Təkamülçülərin iddiaları doğru olsaydı, keçmişdə, həm çöl iti xüsusiyyəti daşıyan, həm də fərqli bir canlı növünün xüsusiyyətlərinə sahib olan bir çox qəribə canlının olması lazım idi. Qalıq qeydlərində bir çox nümunəsinə rast gəlinməsi lazım olan bu canlılar, iki fərqli növün xüsusiyyətlərini daşımalarıyla dərhal tanınmalı və təkamülçü sözdə baba-nəvə əlaqələrinin nümunəsi kimi sərgilənməli idi. Nə var ki, saysız-hesabsız nağılla və xəyali senarilərlə dolu olan təkamülçü nəşrlərdə, bir dənə belə ara canlı qalığı sərginlənmədi. Çünki belə bir qalıq yoxdur. Çünki belə bir canlı tarixin heç bir dövründə yaşamamışdır. Bütün canlılar, şəkildə nümunəsi görülən 68 milyon illik çöl iti kimi, var olduqları ilk hallarıyla günümüzə qədər gəlmişlər. Canlıların tarixi, təkamül iddialarını təkzib edir.