Adnan Oktarın Kaçkar TV - dəki canlı reportajı (29 dekabr, 2010-cu il)

Adnan Oktar: Şeytandan Allaha sığınaram. Allah, Taha surəsi, 114-cü ayədə belə buyurur: "Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Elmimi artır!" - de" Müsəlmanlar da elmlərinin artması üçün Allaha: "Ey Rəbbim! Elmimi artır!"- deyə belə dua etməlidirlər. Biz də Cənabı Allaha belə dua edirik: "Ey Rəbbim! Elmimi artır!”  Quranı oxumağa tələsmə"-deyir Allah. Deməli, Quranı düşünərək, fikirləşərək, yavaş-yavaş və anlayaraq oxumaq lazımdır. 115-ci ayədə isə Allah deyir:  Bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm (qərarlılıq) görmədik".  Allah, Adəm (ə.s.)-da iki şeyə diqqət çəkir. Birinci, verdiyi sözü unutması, ikincisi isə əzm (qərarlılıq) göstərməməsidir. "Əzm görmədik"- deyir Allah. Müsəlmanın yaddaşı çox güclü olmalı, diqqəti çox iti olmalı, bir də qərarlı olmalıdır. Dini yaymaqda, Türk-İslam Birliyini istəməkdə, Allahı sevməkdə, Allah qorxusunda, Qurana xidmətdə qərarlı olmalı, heç bir şəkildə diqqəti dağılmamalıdır, inşaAllah.