Adnan Oktarın Kaçkar Tv-dəki canlı reportajı (29 dekabr 2010)
Adnan Oktar: Taha surəsi, şeytandan Allaha sığınıram. 114-cü ayə; "Haqq olan, tək hökmdar olan Allah Ucadır. Onun vəhyi sənə gəlib-tamamlanmadan əvvəl, Quranı (oxumada) tələsmə və de ki: "Rəbbim, elmimi artır." Müsəlmanlar da, elmlərinin artması üçün Allaha dua edəcəklər. "Rəbbim, elmimi artır" deyəcəklər. Biz də Allaha deyirik; "Rəbbim, elmimi artır". "Quranı (oxumada) tələsmə" deməli, Quran oxunarkən düşünərək, təfəkkür edərək, yavaş-yavaş oxumaq lazımdır, anlayaraq. "And olsun, Biz bundan əvvəl Adəmə əhd vermişdik, lakin o, unutdu. Biz onda qətiyyət görmədik." Adəm (ə.s)-da Allah iki şeyə diqqət çəkir. Bir, verdiyi sözü unutması, iki qətiyyətli olmaması. Qətiyyət görmədik, Allah deyir. Müsəlmanın yaddaşı çox güclü olacaq, diqqəti çox iti olacaq, ikincisi qərarlı olacaq. Dini yaymada, İslam Birliyində, Türk-İslam Birliyində, Allahı sevmədə, Allah qorxusunda, Qurana xidmətdə qərarlı olacaq, heç bir şəkildə diqqəti dağılmayacaq, inşaAllah.
a