Müharibədən sonrakı dövrdə suriyalıları nə gözləyir?
ucgen

Müharibədən sonrakı dövrdə suriyalıları nə gözləyir?

1182

Suriyada vəziyyətin dəhşətli olduğunu demək çox zəif səslənər. Bunu anlamaq üçün öz aclığını unudub uşaqlarının fəryad səsini dinləyən və yemələri üçün onlara ot qaynadan ananın nümunə göstərilməsi kifayətdir. Şərqi Qutada körpələr susuz, qidasız qaldıqları üçün ağlayırlar. Hansının daha yaxşı olduğuna qərar vermək vacibdir. Mövcud vəziyyəti mühafizə etməkmi, yoxsa bu dağıntı və yoxsulluq girdabından xilas olmaq üçün bir yol axtarmaqmı? Bu, ölkəni tərk etməkdən başqa bir seçimi olmayan suriyalıların vəziyyətidni əks etdirir.
 
Rusiya, Türkiyə və İran Suriyada sabitliyi təmin etmək üçün bir müddətdir planlı şəkildə iş görürlər. Bu üç ölkə regiona sülh gətirmək üçün müxtəlif güzəştlər edərək ortaq məxrəcə gəldilər və münaqişəni həll etmək üçün həmrəy oldular. İlk öncə, Suriyadakı münaqişəni sona çatdırmaq üçün bu günə qədər atılmış ən mühüm addım olan Astana sülh prosesini başlatdılar. O vaxtdan etibarən xüsusilə Soçi Zirvəsindən öncəki 10 gün ərzində region liderləri arasında geniş diplomatik danışıqlar baş tutdu. Bu üç ölkənin baş qərargah  rəhbərləri, o cümlədən yüksək rütbəli vəzifəli şəxsləri Suriyada baş verənlərə son qoymaq və sürətli həll yolu tapmaq üçün tez-tez bir-birilərinə səfərlər edərək danışıqlar apardılar. 22 noyabr 2017-ci ildə üç ölkənin prezidenti Soçi Zirvəsini həyata keçirmək üçün Qara dənizin sahil şəhəri olan Soçidə toplaşdılar. Həmin müddətdə Türkiyə dörd ildir qapalı olan hava məkanını Rusiyaya açdı.

Soçi Zirvəsinin nəticələri baxımından üç iştirakçı ölkə daha çox əməkdaşlıq üçün prioritetlərini müəyyənləşdirdilər. Üç ölkə Suriya üçün yeni bir konstitusiya hazırlanması və Əsədin də namizəd olacağı yeni prezident seçkilərinin keçirilməsinə kömək olmaq üçün dekabr ayında yenidən Soçidə Milli Dialoq Konqresi keçirməyə qərar verdilər. Soçi Zirvəsi Astana Sülh Danışıqlarından sonra bu üç ölkənin əməkdaşlığının nəticəsidir. Ədalət və İnkişaf partiyasının millət vəkili, Türkiyə - Avropa İttifaqı Birgə Parlament Komissiyasının həmsədri Əhməd Berat Çonkar Soçi Zirvəsi ilə bağlı belə demişdir: "Rusiya, İran və Türkiyənin eyni hədəfləri var: Suriyanın ərazi bütövlüyü, terror təşkilatları ilə mübarizə aparılması və Suriyanın xalqın iradəsinə əsaslanan siyasi bir modellə idarə edilməsi barədə ortaq fikir meydana gətirmək. Bunlarla bağlı konkret addımlar atmaqla müsbət istiqamətə doğru irəliləyirik. Bu, bölgəmiz baxımından, regionumuzda baş verən qarışıqlığa son verilməklə əmin-amanlığın, rifahın təmin olunması baxımından çox əhəmiyyətli bir hadisədir".

Türkiyə bu görüşlər vaxtı çox önəmli tələb irəli sürdü: Yaxın zamanlarda baş tutacaq Suriya Milli Dialoq Konqresində PYD terror təşkilatı olmamalıdır. PKK-nın Suriyadakı qolu olan PYD kürdlərin təmsilçisi deyil. Bu səbəbdən prezident Rəcəb Tayyib Ərdoğan PYD-nin müzakirə masasında heç vaxt oturmamalı olduğuna dair çox dəqiq şərh vərərək bunları dedi: "Milli təhlükəsizliyimizə qəsd edən bir terror təşkilatı ilə eyni dam altında olmağımızı, eyni platformada yer almağımızı heç kəs bizdən gözləməməlidir". Soçi görüşündə razılıq əldə edildikdən sonra Rusiya prezidenti Putin Suriyadakı son hadisələr və Soçi Zirvəsinin nəticələri haqqında məlumat vermək üçün prezident Tramp, Kral Salman və İsrail Baş naziri Netanyahu ilə telefon danışıqları apardı. 
 
Analitiklər bu üçtərəfli ittifaqın varlığının Yaxın Şərqdəki qüvvələr nisbətində balansı pozacağını düşünürlər. Bu isə bəzi Qərb güclərini çox narahat edir. Buna görə də bu birliyə bəzi siyasi hücumlar edildi.

Lakin  görünən odur ki, mənfi siyasi manevrlər ittifaqa təsir etmir və o, yenidənqurma prosesinə qoşulmağa hazırdır İttifaq münaqişələr tamamilə bitdikdən sonra Suriyada mümkün nəticələr əldə edilməsi üçün səy göstərməyə davam edəcək. İttifaqın indiyə qədər əldə etdiyi ən mühüm nəticə Suriyanın ərazi bütövlüyünün qorunması qərarı oldu. Bu, heç bir radikal və terrorçu təşkilatın Suriya ərazisində mövcud ola bilməyəcəyi deməkdir.
 
Bu ittifaqın əldə etdiyi digər mühüm nailiyyətlər arasında uzunmüddətli atəşkəs zonalarının yaradılması var. Bu, müzakirələrin davamı üçün zəmin hazırlayacaq və həll prosesini  sürətləndirəcək. Gələcəkdəki Suriya milli konqresinə və yaxınlaşan seçki planlarına gəlincə burada söz sahibi Suriya xalqı olacaq. Demokratiya bu zaman dövrəyə girəcək. Yenidənqurma prosesində Suriyanı dəstəkləməyə hazır olan bu ölkələr digər ölkələrə sığınmış qaçqınların qayıtmaları üçün təcili olaraq ev, xəstəxana və məktəblərin tikintisini təşkil etməlidirlər. Müharibənin çətinliyini yaşayanların normal həyata uyğunlaşmaları üçün əxlaqi və mənəvi təlim kursları təşkil edilməli və müharibə qurbanları bu ittifaqdan bütün lazımi maddi-mənəvi dəstəyi almalıdırlar. 


Adnan Oktarın “The Jakarta Post”da yayımlanan məqaləsi:    

http://www.thejakartapost.com/news/2017/12/16/what-awaits-syrians-post-war-period.html
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr