Təqsiri qarşı tərəfə yönəltmək bəlkə də ən yaxşı bilinən psixoloji taktikadır. Öz qüsurlarını qarşı tərəfə yönəldərək aparılan mübarizədə, kim bu istiqamətdə daha güclü təbliğat aparsa onun qazanacağını düşünür. Yəni, haqsız və günahkar tərəf əgər təbliğatını yaxşı aparsa, haqlı və zərər çəkmiş kimi görünəcək və özü-özlüyündə mübarizəni qazanacaqdır.
Bu bilinən taktika Darvinistlər tərəfindən açıq şəkildə tətbiq olunur. Saxtakarlıq edən, yalanı müdafiə edən, ağla və məntiqə zidd olan, aldadan tərəf Darvinistlər olmasına baxmayaraq məntiqə zidd fikirləri müdafiə edənlərin təkamülü inkar edənlər olduğuna insanları razı salmağa çalışırlar. Darvinistlər insanları bu yalana razı salsalar, insanları kifayət qədər təsirli şəkildə istiqamətləndirsələr uğur qazanacaqlarına inanırlar. Halbuki unutduqları bir həqiqət var: Batil heç vaxt qalib gəlməz. Bu Allahın qanunudur. Uca Rəbbimiz olan Allahın ədaləti mütləq yerini tapacaq. Uca Allah mütləq batili ortadan qaldıracaq və haqq olanı gücləndirəcək. Darvinist taktikalar dəccalın bir oyunudur və bütün varlıqlar kimi dəccalı da yaradan Allah, onun bütün oyunlarını yerlə bir edəcək. Allah bir ayəsində belə buyurur:
Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir. (Ənfal Surəsi, 18)
Yaradılış gerçəyinə qarşı inkişaf etdirilmiş olan bu saxta üsulun təsirli olduğu dövrlərdə Darvinistlər, yaradılış gerçəyini izah edənləri müxtəlif böhtan və ittihamlarla günahlandırmışlar. Əslində Darvinistlərin iman edənlərə qarşı atdığı böhtanlar, tarix boyunca təkrarlanmış və Quranda reallaşacağı xəbər verilmiş hadisələrdir. Göylərin və yerin hakimi olan Uca Allah bu böhtanı atanların vəziyyətini ayəsində belə xəbər vermişdir:
Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” - deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər. (Bəqərə Surəsi, 13)
Darvinistlərin qarşı tərəfi təqsirləndirmələrinin səbəbi, yaradılışın mütləq gerçək olduğunun şübhəsiz fərqində olmalarıdır. Lağa qoymalarının səbəbi isə nəzəriyyələrinin elmi tapıntı və dəlillərlə dəstəklənmədiyini bilmələri və buna görə də insanları söz oyunları ilə təsir etməyə çalışmalarıdır. Bu yolla dəccalın sistemi üçün uğur əldə edəcəklərinə inanırlar. Berkeley Universitetindən hüquq professoru Phillip E. Johnson, bu taktika ilə əlaqədar olaraq bunları deyir:
“...Şagirdlərin qanadlı güvə hekayəsindəki qüsurları, Haeckelin embrion şəkillərindəki saxtakarlığı, Kambriyen partlamasının sirrini və öndə gələn təkamülçülərin dini mənada əslində nəyə inandıqlarını da öyrənməyi lazımdır. Bu təhsil sistemində çox keçmədən üsyanların başladığını görəcəklər. Darvinçilər taktikalarını dəyişdirməz, çünki təkamül barəsində veriləcək təhsil, təkamülün yalan olduğunu açıq-aşkar ortaya qoyacaq.”
Realist cərəyan olan naturalizm (batil) bir dindir və həddindən artıq doqmatikdir. Bir növ inancla müdafiə olunan həqiqət haqqındakı təmələ söykənir. Öz 'bilgi' və 'ağıl' anlayışlarına malikdir. Bilginin hislərimizdən qaynaqlandığını və daha kompleks məlumatların elmi araşdırmalardan meydana gəldiyini söyləyir. Naturalizmə görə, fövqəltəbiinin məlumatı deyə bir şey ola bilməz. Tanrı haqqındakı mülahizələr ya məntiqdən kənar ya da məntiqsiz kimi qələmə verilir.(Allahı tənzih edirik.)
Əslində elə naturalizm və materializmin özü məntiqsizlik, ağılsızlıqdır. Bu azğın və batil inancların təqibçiləri şansa, təsadüfə, şüursuz hadisələrə yaradıcılıq xüsusiyyəti verən (Allahı tənzih edirik), ağıllı düşünmə qabiliyyətindən məhrum insanlardır. Təsadüfü saxta ilah edinən azğın dinin müdafiəçilərinin "məlumat" dedikləri şey də yenə təsadüflərin hər şeyi yoxdan var etdiyi fikrinə söykənir. Bu səbəbdən burada bəhsini etdiyimiz şey, ağılsız və məntiqsiz azğın inanc sistemindən ibarətdir. Bu səbəbdən naturalizm, materializm və Darvinizmdən bəhs edildikdə ağıl və ya bilgi kimi anlayışlardan bəhs etmənin mümkün olmayacağını anlamaq da çətin olmayacaq.
Darvinistlər, açıq-aşkar həqiqət olan yaradılış gerçəyinin geniş şəkildə izah edilməsindən çox qorxular. Çünki bilirlər ki, yaradılış gerçəyini dəstəkləyən çoxlu dəlil var və bunları görən insanın təkamül yalanına aldanması artıq mümkün olmayacaq. Digər tərəfdən Darvinizmi dəstəkləyən bir dəlil belə yoxdur. Bu böyük yalanı müdafiə edən şəxslərin yaradılış inancını tənqid etmələrinin əsl səbəbi elə budur. New York Universiteti kimya professoru təkamülçü Robert Shapiro, nəticələr heç vaxt təkamül nəzəriyyəsini dəstəkləməsə də mütləq sonuna qədər Darvinizmin müdafiəçisi olacağını belə ifadə edir:
“Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın mənşəyinin bütövlükdə səhv olduğunu göstərə bilər. Bundan başqa, yeni geoloji dəlillər dünyada həyatın anidən meydana gəlməsini göstərə bilər. Son olaraq bütün kainatı kəşf edib başqa bir yerdə həyat izinə və ya həyata səbəb ola biləcək bir mərhələyə rast gəlməyə bilərik. Belə bir vəziyyətdə bəzi elm adamları cavab üçün dinə müraciət edə bilərlər. Ancaq mənim də daxil olduğum digərləri, əldə olan daha az olabiləcək elmi şərhləri, qalanlardan daha mümkün olan birini seçə bilmək məqsədi ilə ayırd etməyə çalışacaqlar.”
Bu sözlər, dəccalın qaranlıq sistemini açıq şəkildə görə bilmək üçün kifayətdir.