VƏHHAB - Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən
ucgen

VƏHHAB - Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən

1638
Yoxsa güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad surəsi, 9)
 
Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə, səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allah`a yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükür etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə hz. Süleymanın duasıdır. Bir ayədə hz. Süleymanın: “Həqiqətən, mən mal sevgisini Allah`ı zikr etməkdən ötəri seçdim” (Sad surəsi, 32) - dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:
 

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən bəxş edənsən. (Sad surəsi, 35)

 
Yuxarıdakı ayədə göründüyü kimi, hz. Süleyman Allah`dan heç kimə nəsib olmayan səltənət istəmiş və Rəbbimizi Vəhhab sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:
 

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən bəxş edənsən. (Ali-İmran surəsi, 8)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr