Muminun surəsi, 81-82 (Quranda Dəccalın cadusu barədə məlumat)
ucgen

Muminun surəsi, 81-82 (Quranda Dəccalın cadusu barədə məlumat)

1123

Adnan Oktarın Kahramanmaraş Aksu telekanalında verdiyi canlı müsahibəsi (13 dekabr 2010)

Adnan Oktar: Məsələn, bax, burada açdıq; dəccaliyyət var və mehdiyyət var. "Dəccaliyyət haradadır?" deyir. Sənin gözün kordursa, mən nə edim? Baxmırsan ki, Qurana. "Onlar dedilər: "Öldüyümüz, torpaq və sümük olduğumuz zaman, həqiqətən, bizmi dirildiləcəyik?"" Bunu kim söyləyir? Dəccaliyyət söyləyir. Bax, Allah: "Xeyr, onlar, keçmişdəkilərin söylədiklərinin bənzərini söylədilər". Məsələn, müsəlmanlığı, Quranı, İslamı necə qiymətləndirir? "Mifoloji məlumatdır" deyir, "bu" deyir. Marksizm, Leninizm necə söyləyir; "mifologiya" demirmi İslam barədə? Quran eyni şeyi söyləyir. Marksizm, Leninizm, darvinizm, materializm nədir? Dəccaliyyətdir. Quran dəccaliyyəti izah edir və Allah: "Onlara cadu edilib" deyir, "cadu edir" deyir. "İnsanlar cadunun təsiri altına düşdü" deyir. Allah müsəlmanlara, İslama inananlara, dünyadakı insanlara səslənir. Allah: "O zaman, necə olur ki, ovsunlanırsınız?" deyir, "cadunun təsiri altına düşürsünüz?" deyir. Allah: "Dəccalın cadusuna etiraz edin" deyir, "müqavimət göstərin" deyir, "cadunun təsirindən xilas olun" deyir. Bax: "Bu təhdid, bizə və bizdən əvvəlki atalarımıza da edilmişdi; bu, keçmişlərin uydurma nağıllarından başqa şey deyil". Aç materialistlərin, Marksistlərin kitablarını; eynidir, sözbəsöz belədir. Eynisini söyləyirlər. Nə deyirlər? "Qiyamət təhdidi keçmiş dövrlərdə, ən qədim tarixi dövrlərdə də həmişə mifoloji hadisə kimi edilmişdir. Bu mifologiyadan qaynaqlanan uydurmadır. Belə şey yoxdur" deyirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo