«Möminlərdən – üzürlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.» (Nisa surəsi, 95)
Bu ayədə Quranda bildirildiyi tərzdə şövq və həyəcana malik olmadıqları üçün bir o qədər də məsuliyyət yüklənilmədən sərbəst buraxılan və möminlər tərəfindən idarə edilən insanların vəziyyətindən bəhs olunur. Quranda qəti hökm olaraq bildirildiyi halda, dinin mənfəətləri üçün çalışmaqdan yayınmaq və peşmançılıq hissi keçirmədən bunu davam etdirmək Quran ayələrində qınanan bir əxlaqdır. Belə bir insanın mövqeyinin həyatını daim mübarizədə keçirən, Allahın rizasını əldə edə bilmək üçün canını və bütün malını fəda etmiş möminlərdən dərəcə baxımından çox fərqli olduğu Quranda bildirilmişdir. Ayədəki «dərəcə etibarilə üstün tutdu» ifadəsi üzrsüz olaraq oturanlarla möminlər arasındakı fərqin nə qədər böyük olduğunu göstərir. Bu səbəbdən də, axirətin üstün dərəcələrini dünya həyatındakı az mənfəətə və aldadıcı bir rahatlığa qurban vermək ağıllı hərəkət olmaz.
Allah’ı hər şeydən çox sevən, Allah’ın rizasını qazanmaqdan başqa bir məqsədi olmayan bir möminin Allah’ın yolunda mübarizədən çəkinməsi və ləng davranması mümkün deyil. Mömin əlində olan bütün imkanları sonuna qədər istifadə edərək Quran əxlaqını hakim etmək üçün fikri mübarizə aparar və bundan böyük zövq alar. Allah’ın rizasını qazanmaq üçün çalışmağın, Allah’ın yolunda mübarizə aparmağın verdiyi zövq heç bir dünyəvi nemətlə müqayisə edilməyəcək qədər dəyəridir. Mömin üçün Allah’ın yolunda elmi mübarizə aparmaq gözəl bir nemətdir.