Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (22 iyul 2012, 23:00)
Adnan Oktar: “Onların bir hissəsi: “Mənə icazə ver və məni fitnəyə qatma” deyər”. “Mənə icazə ver”. Niyə? Məsələn, “məktəbim var” deyir, “evlənəcəyəm” deyir, “ticarətim var” deyir. "Mənə icazə ver və məni fitnəyə qatma. Başıma iş açma indi" deyir. "Televiziya kanallarında göstərilərik, qəzetlərdə adımız çıxar, orada-burada eşidilərik. İndi mənim dostlarım var, tərk edərlər" deyir. “İşdən çıxardarlar” deyir. Yaxud müsəlmanlarla birlikdə olduğunu eşitsə arvadının özündən boşanacağını söyləyir. “Məni fitnəyə qatma” deyər. Bilin ki, onlar fitnənin (lap) içinə düşüblər". Allah: "Onsuz da, onlar bəlalarını tapıblar" deyir. Çünki, onsuz da cəhənnəm yolçusudur; avtobusa minib, cəhənnəmə gedəcək kimi gözləyir və ya onu aparacaq minik vasitəsinə minib gözləyir. "Şübhəsiz ki, Cəhənnəm o inkarçıları hər tərəfdən əhatə edəcək!" Yəni: “Onsuz da, hazırda cəhənnəm onları hər tərəfdən əhatə etmişdir” deyir. Təkcə pərdənin qalxması qalıb. Allah: “Pərdə qalxdıqda cəhənnəmin içində olduqlarını görəcəklər” deyir. Çünki cəhənnəm onları əhatə edəcək deyir.