Hz. Ömər (radıyallahu ənh) izah edir: Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki: “Allahın qulları arasında bir toplum var ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Hətta qiyamət günü Allah qatındakı mövqelərinin ucalığı səbəbiylə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edərlər.” Orada olanlar soruşdu: Ey Allahın Elçisi! Onlar kimdir? Bizə xəbər ver! Onlar,aralarında nə qan bağı, nə də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda, Allah üçün bir-birlərini sevənlərdir. Allaha and içərəm, onların üzləri mütləq nurdur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər və bu Quran ayəsini oxudu: "Xəbəriniz olsun Allahın dostları var ! Onlara nə qorxu var, nə də onlar kədərlənəcəklər" (Yunus surəsi, 62) (Əbu Davud, (3527))