“The Guardian” qəzeti və ABC kanalı 15 may 2016-cı il tarixində nadir rast gəlinən dimdikli balina növünü gündəmə gətirdilər. Xəbərlərdə bu balinalardakı fərqli diş quruluşu haqqında bəhs edilir və bu tapıntıları heç bir elmi dəlil göstərmədən, guya təkamül prosesinin qalıqları olduğu iddia edilirdi. Cənubi Avstraliya Muzeyində işləyənlərin iddialarına da yer verilən xəbərə görə, haqqında danışılan balinanın korlaşmış dişləri mövcud idi.
Bu iddia, təkamülçülərin dəfələrlə çürüdülmüş olan korlaşmış orqanlar iddiasının bir bənzəri idi. Təkamülçülər kimi orqanların zamanla itdiyini, bu səbəbdən də bəzi canlıların istifadə etmədikləri, yəni lazımsız bəzi orqanlara sahib olduqlarını müdafiə edirlər. Ancaq təkamülçülərin korlaşmış kimi elan etdikləri orqanların əslində zəruri əhəmiyyətə sahib olan kompleks orqanlar olduğunu artıq hər kəs bilir. Buna baxmayaraq, darvinistlərin dəfələrlə fərqli formalarda təkrarladıqları korlaşmış orqan nağılı məlumat əskikliyinin və ən əsası da insanları aldatmaq məqsədinin məhsulu olaraq gündəmdə tutulmağa çalışılır.
Məhz dimdikli balinalardakı vəziyyət də, bu məlumat əskikliyindən və çarəsizcə təkamül nəzəriyyəsinə dəlil tapmaq üçün aparılan yeni səylərindən biridir. Tədqiqatı aparan elm adamları, bəhs olunan dimdikli balinanın çənə quruluşunu araşdırdıqlarında digər bir dişin altında saxlanılan, daha əvvəl qarşılaşmadıqları böyük bir dişlə qarşılaşmışdılar. Bu dişin "deformasiyadan çox təkamülü sübut etmək üçün dəlil" ola biləcəyini iddia etmişlər. Yalnız zənlə hərəkət edən və heç bir elmi əsasları olmayan bu elm adamları, bu əhəmiyyətli həqiqətləri nəzərə almamışlar. İlk növbədə balinaların kəşf edilmiş onlarla növü var. Bu növlərin bəziləri 2, bəziləri isə 4 böyük dişə sahibdir. Həm də çənələrində sıralı dişləri olanlar da vardır. Bu cür dəyişikliklər təkamül prosesindən deyil, balina növləri arasındakı genetik mütəliflikdən qaynaqlanır.
Muzeydə işləyənlər də, xəbərlərdə bəhs olunan balina növü haqqında olduqca az məlumat olduğunu və bu balinalara çox nadir rast gəlindiyini etiraf etmişlər. Çox nadir rast gəlinmələrinin səbəbi, bu balinaların açıq okeanlarda və 1000 metrdən çox dərinliklərdə yaşamalarıdır.
Bununla yanaşı, okeanların yalnız 5%-nin ətraflı xəritəsi çıxarıla bilinmiş və ancaq üçdə biri haqqında ətraflı məlumat verilmişdir. Kəşf edilməmiş ən az 5000 balıq növü olduğu düşünülür və hər il ən az 150 yeni balıq növü kəşf edilir. Hər dənizi tədqiqatı isə ən az 1 yeni növün kəşfi ilə nəticələnir.
Bu məlumatlara əsasən elm adamlarının dəniz canlıları haqqında sahib olduqları məlumatın nə qədər məhdud olduğu aydın olur. Bəzi təkamülçülər isə, bu məlumat azlığından faydalanaraq, elmi sübut olmadığı halda, eyni bu balinanın dişləri kimi qalıqları, təkamül prosesinin nəticəsi kimi göstərirlər. Diqqət yetirilsə, yazıda hər hansı bir elmi səbəb göstərilmədən, nadir görünən bir dişin təkamül prosesinin qalığı olduğu bildirilir.
Başqa az rast gəlinən bir dəniz canlısı Coleacanth adlı balıq qalığı tapılanda da buna bənzər fərziyyələr edilmiş, Coleacanth adlı balığın dənizdən quruya keçid nağılında, “itmiş halqa” iddia edilmiş və yüzlərlə xəbər verilmişdir. Ancaq nəsli tükənmiş zənn edilən və buna görə də rahatlıqla haqqında təkamül nağılları danışılan bu canlının, balıqçılar tərəfindən açıq dənizlərdə tapılması, təkamülçülərin məyusluğuna səbəb olmuşdur. Necə ki, Coleacanth adlı balığın bütün orqanları və quruluşuyla tam inkişaf etmiş bir dib balığı olduğu aşkar edilmişdir. Elmi məlumatın artması və yeni kəşflər Allahın yaratma sənətini gözlər önünə sərir. Buna qarşılıq həqiqi xarici məlumat və təhrif etmə üsullarını darvinistlərin israrla istifadə etmələri təəccüb doğurur.
Dimdikli balinalarındakı sonar sistemi
Təkamülçülərin məntiq və elmdən kənar iddialarla təkamülə dəlil göstərməyə çalışdıqları dimdikli balinalar, əslində bütün xüsusiyyətləriylə yaradılış həqiqətini gözlər önünə sərir. Dimdikli balinalardakı olduqca inkişaf etmiş sonar sistemi də bu yaradılışın dəlillərindən biridir. Balinaların bu xüsusiyyətlərinə aid hal-hazırda elm adamları tərəfindən döyüş gəmilərində və təyyarələrdə istifadə etmək üçün təqlid olunan sonar sistemi inkişaf etdirilmişdir.
Dimdikli balinalar ən az 200 metr dərinə endikdən sonra çox sayda, qısa və müəyyən bir istiqamətə fokuslanan ultrasəslər çıxarırlar. Ultrasəs dalğaları ən az 20 kHz enerji səviyyəsində təxminən 200 desibel şiddətində çıxarırlar.
Həm də, balina, sudakı dərinliyi təyin edə bilir və ov edə biləcəyi bölgələrdə sonar sistemindən istifadə edir. Çıxardığı səsləri geriyə qaytararaq analiz edir və tədqiq etdiyi məlumata görə okeanlarda hərəkət edir.
Ancaq burada əhəmiyyətli bir nüansı xatırlamaqda fayda vardır. Ən inkişaf etmiş sonarların başında, cihazdan gələn məlumatları şərh edə bilən xüsusi təhsil almış operatorlar var. Halbuki təkamülçülərin ibtidai olduğunu iddia etdikləri dimdikli balinalar, heç vaxt belə bir operatora ehtiyac duymazlar və qüsursuz bir şəkildə bu sonarı istifadə edərlər. Ayrıca unutmamaq lazımdır ki, dimdikli balinanın öz bədənini və ya təkamül prosesinin balinanı ultrasəslər çıxaracaq mükəmməl bir sistemlə təchiz edəcək gücü və ağlı da yoxdur. Bu canlıları üzməyə ən əlverişli sistemlərlə təchiz edən Rəbbimiz olan Uca Allahdır. Allah bir ayəsində, yaratdığı varlıqlar üzərindəki rəhmətini belə bildirmişdir:
"Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımcınız yoxdur?!" (Bəqərə surəsi, 107)
Dimdikli balinaların bir başqa möhtəşəm xüsusiyyətləri isə nəfəs tutma qabiliyyətləridir. Bu balinalar, oksigenlə nəfəs alarlar. Bu səbəblə, müəyyən aralıqlarla su səthinə çıxaraq nəfəs alarlar. Ancaq suyun altında keçirdikləri müddət, suyun səthində keçirdikləri müddətdən olduqca çoxdur. Bununla yanaşı 1800 metrə qədər enə bildikləri kəşf edilmişdir. Ən müasir və son texnologiya, dəniz altına ancaq 490 metrə qədər enə bilir, 730 metr səviyyəsində isə yüksək su təzyiqi səbəbiylə parçalanır. Balinalar isə 0 və 1800 metr arasında heç bir problem yaşamadan ola bilirlər.
Bu qədər dərin enmələr əsnasında qandakı nitrogen, yüksək təzyiq səbəbiylə sıxılar. Ancaq canlı təkrar su üzünə çıxmağa başlayınca nitrogen qabarcıqları və nitrogen zəhərlənməsi ortaya çıxar. Balinalardakı mükəmməl sistem, bu canlıların 1 saatdan çox dərin enmələrdə də yetərli oksigeni yığa bilmələrini və nitrogen zəhərlənməsindən qoruna bilmələrini təmin edər.
Dimdikli balinalar Darvinin bütün iddialarını çürüdür
Dimdikli balinaların dərin dalışları, bir dalğıc kimi dərinlik təzyiqi xəstəliyindən qoruna bilmələri, ağciyərlərinin sahib olduğu xüsusi sistem, Darvinin, "Bir ayı cinsinin təbii seleksiya yoluyla gedərək daha çox suda yaşamağa uyğun xüsusiyyətlər əldə etməsində, daha böyük ağızlara sahib olmasında və sonda bu canlının nəhəng bir balinaya çevrilməsində heç bir çətinlik görə bilmirəm" (Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, s. 186) sözləri ilə əlbəttə açıqlana bilməz. Darvinin bu elmi həqiqətlərdən uzaq şərhi əslində nəzəriyyənin bir xülasəsidir.
Heç bir dalğıc, dalma haqqında sahib olduğu təcrübələri, uşaqlarının genlərinə daxil edib, doğulduğu andan etibarən bu məlumat təchizatına sahib olmasını təmin edə bilməz. Mütləq bunları ona öyrətməlidir. Halbuki dimdikli balinaların balaları doğulduqları andan etibarən dalma ilə əlaqədar bütün məlumatlara sahibdirlər. Çünki bu canlılar təkamüllü bir müddət nəticəsində bu məlumatları qazanmamışlar. Nəticələri həmişə zərərli olan mutasiyaların bir ayını son dərəcə təchizatlı bir dalğıc halına gətirməyəcəyi də bir gerçəkdir. Dimdikli balinaların başqa bir canlıdan törəmələri qətiyyən mümkün deyil. Dimdikli balinalar, bir anda bu xüsusiyyətlərə sahib olaraq ortaya çıxmışlar, fosil tapıntıları da bu həqiqəti təsdiqləyir. Ayrıca ortaya çıxdıqları vaxtdan bu günə qədər heç dəyişmədən Uca Allahın ilhamıyla varlıqlarını davam etdirirlər.
"Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” –deyər, o da olar." (Bəqərə surəsi, 117)