Bu gün dünyanın dörd bir yanında terror, soyqırım, qətliam halları yaşanılır, günahsız insanlanlar qəddarcasına öldürülür, süni səbəblərlə bir-birinə düşmən edilmiş qruplar ölkələri qana qərq edir. Bir-birlərindən fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara sahib olan ölkələrdə baş verən bu hadisələrin özünəməxsus bəzi səbəbləri və mənbələri ola bilər. Bir az daha da dərindən araşdırsaq, hər birinin çox qəribə ortaq məqamda birləşdiyini görərik – Bu, dinsiz ideologiyaların insanlar üzərində yaratdığı mənəvi təxribatdır.
Dinsiz ideologiyaların ən əsas ortaq xüsusiyyətlərindən biri Darvinizmi mənimsəmələridir. Təkamül nəzəriyyəsi insanların bəşəriyyətə, insanlığa qarşı özlərini məsuliyyətli hiss etmələrini və axirətdə hesab verəcəkləri bir Yaradıcının varlığını inkar edir. Bu nəzəriyyəni mənimsəyən insan özünü məsuliyyətsiz və özbaşına zənn edər. Buna görə də, onsuz da kiməsə hesab verməyəcəyini düşünərək hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı rahatlıqla edə bilər.
Təkamül nəzəriyyəsinin terrorizmə verdiyi ikinci əsas dəstək də, bu nəzəriyyənin insanı inkişaf etmiş heyvan olaraq göstərməsidir. Beləliklə, Darvinizmə inananlar bir insanın öldürülməsini hər hansı bir heyvanın öldürülməsi kimi sadə görürlər. Terrorun bütün dünyada olduğu kimi ölkəmizdə də körpələri, qadınları, yaşlıları və minlərlə günahsız insanı gözlərini belə qırpmadan öldürə bilməsinin ardında yatan səbəb, mənimsədikləri və bütün insanlıq üçün təhlükə meydana gətirən bu Darvinizm anlayışı olub və indi də belədir.
Darvinizm təhlükəsini insanlara izah edilməsinin vacibliyi bu yerdə təkrar ortaya çıxır. Darvinizmi elmi həqiqət zənn edən və dini duyğulardan uzaq olan, Allah qorxusu olmayan bəzi şəxslər özlərinə Darvinizmə əsaslanan ideologiyalar təlqin edildiyində asanlıqla yoldan çıxarıla , günahsız insanların canına qəsd edə və dövlətlərinə qarşı çıxa bilərlər. Çünki bu kəslərə Allah, din, vətən, millət və bayraq sevgisi yerinə dinsizlikləri və qanlı qırğınları ilə tanınan Stalini, Lenini, Maonu sevib hörmət etmələri, insanı heyvan kimi göstərən Darvinin nəzəriyyəsinə görə düşünmələri öyrədilir.
Allahın varlığının sübutları və Onun Quranda bildirdiyi gözəl əxlaq izah edildiyində insanların düşmənçiliyi, müharibə və xaos hallarını özlərinə hədəf seçənlərin bu cür ideologiyalara uyması imkansız hala gələr. Allaha iman edən, axirətdə hər etdiyinin hesasbını verəcəyini bilən insan Quran əxlaqını əsas alaraq dövlətinə və millətinə güclü bağlarla bağlanar. Çünki, Allah Quranda insanlara fitnə-fəsadı qadağan etmişdir:
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rad Surəsi, 25)
Bu ayədən də göründüyü kimi, Allahdan qorxan bir insan dövlətinə, millətinə ən cuzi zərər verəcək hərəkətə göz yumması belə mümkün deyil. Çünki, Allahdan qorxan bir insan onun razı olmayacağı və cəhənnəmdə sonsuz əzabla qarşılıq verəcəyini bildirdiyi hər cür hərəkətdən ehtiyatla çəkinər. Allaha və axirət gününə inanmayan bir insan isə kimsəyə hesab verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilər.
Anarxiya, terror və çatışma bəlasının kökündə insanların sevgi, hörmət, mərhəmət kimi gözəl duyğulardan uzaqlaşması, əxlaqi və insani dəyərlərini itirməsi durur. Bu bəlanın ortadan qalxması üçün, ilk öncə ediləsi iş dinsizliyin ortadan qaldırlımsı və insanlara Allah qorxusunun və Quran əxlaqının öyrədilməsidir.
Keçdiyimiz 20. əsrə damğasını vurmuş Kommunizm ideologiyası da terroru dəstəkləyir və bunu dünya səviyyəsində tətbiq edir. Tarixçilərin hesablamalarına əsasən, yalnız bu ideologiya səbəbiylə 20. əsr boyunca təxminən 120 milyon insan öldürülmüşdür. Bunlar müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqları içində öldürdükləri sivil xalqdır. 120 milyon kişi, qadın, yaşlı, kiçik uşaq, körpə yalnız "kommunizm" deyilən bu soyuq, qatı, sərt və vəhşi ideologiyaya görə həyatınları itirmişdir.
Kommunizm və ya başqa adı ilə marksizm-leninizm, digər ideologiyaların əksinə, fəlsəfi təmələ dərindən bağlıdır. Bu fəlsəfə materializm və Marksın materializmə gətirdiyi diyalektik materializmdir. Bir kommunist təşkilat ya da rejiminin davamlılığı bu fəlsəfənin başa düşülməsi və qəbul etməsi ilə bağlıdır. Bu səbəblə, bütün kommunist təşkilatlar tərəfdaşlarına bu fəlsəfəni təbliğ edərlər, onların beyinlərini materializm ilə “yuyarlar”.
Məşhur Marksist Fəlsəfəçi Georges Politzer Fəlsəfənin Başlanğıc Qanunları adlı kitabında materialist fəlsəfənin qəbul etdirilməsinin bütün kommunist tərəfdaşlar üçün lazımlı olduğunu belə vurğular:
“Doğru bir təhlil və düşüncə yöntəmi hər bir üzv üçün lazımlıdır... Belə bir vasitə də Marksizimin əsasını təşkil edən və bizim bu kitabda izah etmək istədiyimiz dialektik materizlizm fəlsəfəsidir.”
Dialektik materializm “hər bir kommunist üçün vacibdir”, çünki ancaq insanı adi bir maddə yığını halına gətirən, vətən sevgisi, fədakarlıq, ədalət kimi idealist anlayışları yox edən bu fəlsəfə sayəsində gənc insanların əllərinə silah verib dövlətə və cəmiyyətə qarşı düşmən halına gətirirlər. Ancaq bu fəlsəfə sayəsində dini inanclar yox edilir və kommunist təbliğat təsirli hala gəlir.
Terrorizmə qarşı fikri təbliğat
Ölkəmizin də illərcə mübarizə apardığı Marksist-Leninist ideologiyasını mənimsəmiş bölücü terror təşkilatlarının daxili qayda-qanununu qorumasını, yeni xadimlər, pərəstişkarlar və dəstəkçilər qazanmasını təmin edən bu ideologiyaya qarşı fikri mübarizə aparmaq lazımdır.
Kommunizmə qarşı yönələn bu fikri mübarizə birbaşa dialektik materializmi hədəf almalıdır. Bu fəlsəfənin etibarsızlığını, həqiqətə zidd olmasını insanlara izah edilməsi və beləcə bölücü terrorun da fikri zəmini olan kommunizmin dayaqsız buraxılması lazımdır.
Materializmin etibarsızlığını sübüt etmək üçün ən təsirli vasitə bu fəlsəfənin müsbət elmlərlə bağlı olan iddiaları araşdırmaqdır. Sözsüz ki, materializm tarix nəzəriyyəsi, cəmiyyət nəzəriyyəsi ya da iqtisadi nəzəriyyə kimi müxtəlif istiqamətlərdən tənqid oluna bilər, ancaq ictimai elmlər heç bir zaman üçün qəti və asan anlaşılan nəticələr vermədiklərinə görə bu cür tənqidlərin təsiri az olar. Müsbət elmlərlə isə dəqiq nəticələr əldə edə bilərik. Buna görə də, bu yöndə əldə etdiyimiz materializmin ziddiyətlərini asanlıqla cəmiyyətin qarşısına çıxarıla bilər. Burada izah edilməsi lazım olan ən vacib nöqtə isə, müsbət elmlərin materializmin ən vacib elmi təməli sayılan Darvinizm ilə olan ziddiyyətləridir.
Müasir elmi araşdırmaların Darvinizmin etibarsızlığını ortaya çıxartdığını başqa məqalədə ələ almaq məqsədi ilə, burada bu nəzəriyyə ilə Marksizm arasındakı əlaqəyə toxunmaqda fayda var.
Darvin canlıların Allahın yaratdığı gerçəyinin açıq şəkildə mənimsənildiyi dövrdə, canlıların yalnız cansız maddənin öz içindəki qarşılıqlı təsirləri ilə, təsadüfən ortaya çıxdıqlarını iddia etmişdi. Bundan əlavə, maddənin öz içindəki bu qarşılıqlı təsiri də "həyat mübarizəsi", yəni qarşıdurma olaraq şərh edirdi. Bu, Marksın tarixə gətirdiyi fikirlə eyni idi. Çünki, Marksa görə tarixin inkişafı də əks tezislərin qarşıdurmasıyla -yəni dialektika olaraq- reallaşırdı.
Beləliklə, Darvinin materializmə gətirdiyi bu fikirin əhəmiyyətini ilk başa düşən insan da elə Karl Marksın özü oldu. Karl Marks Darvinin 1859-cu ildə nəşr etdirdiyi “Növlərin mənşəyi” adlı kitabı oxumuş və kitabın öz fikirləri üçün böyük bir qüvvət olduğunu görmüşdü. Engelsə yazdığı 19 Dekabr 1860 tarixli məktubunda, Darvinin kitabı üçün "bizim fikirlərimizin təbii tarix təməlini ehtiva edən kitab budur " deyirdi. Marx, Darvinə olan simpatiyasını ən böyük əsəri olan “Das Kapital”ı Darvinə həsr edərək də göstərmişdi. Kitabın Darvinə göndərdiyi Almanca nəşrində əl yazısı ilə belə yazmışdı: "Charles Darvinə, həqiqi bir pərəstişkarı olan Karl Marksdan".
Kommunizmin banisi tərəfindən belə ucaldılan təkamül nəzəriyyəsi təbii olaraq onların ardıcılları tərəfindən də dəstəklənir. Dünyanın harasında olursa olsun, hər cür kommunist təşkilat, rejim ya da hərəkat Darvinizmi sonuna qədər müdafiə etmiş, onu öz fikiri evinin təməl daşlarından biri olaraq qəbul etmişdirlər. Bu gün hələ də marksizm-Darvinizm əlaqəsi davam edir. Dünyanın hər harasında olursa olsun, hər cür Marksist hərəkat öz fikirlərini Darvinizmdən alır və bu nəzəriyyəni israrla müdafiə edir.
Kommunizm iddiası da sözügedən bu ideoloji əsası “elmi həqiqət” hesab edir və bu səbəbdən kommunistlər özlərini “elmi sosialistlər” adlandırırlar. Kommunizm ilə materialist fəlsəfə və Darvinizm arasındakı əlaqə, kommunizmə qarşı icra ediləcək ideoloji mübarizənin, materializmi və Darvinizmi elm yolla çürütməyi hədəf almasının lazım olduğunu göstərir.