20-ci əsrdə dünyanın hər tərəfində müharibələr, daxili çaxnaşmalar, terror aktları bəşəriyyətə fəlakət yağdırdı. Dünya tarixində müharibələrdə ilk dəfə bu qədər çox dinc insan öldürüldü. Demək olar ki, bütün qitələrin bir və ya bir neçə yerində zülm və xaos mühiti meydana gəldi. Dünyanı bu cür qana boyayan, insanlara hər cür zülmü yaşadan səbəb isə 19-cu əsrin primitiv elmi metodları olan ideologiyalar idi.
Dünyaya fəlakətgətirən ideologiyaların başında kommunizm dayanır. Karl Marks və Fridrix Engelsin əsasını qoyduğu bu ideologiyanın Lenin, Stalin və Trotski tərəfindən dəstəklənməsi ilə dünya tarixinin ən böyük qırğınları həyata keçirilməyə başladı. Bu ideologiyanın Rusiyadan sonra Şərqi Avropa, Çin, Hind-Çin yarımadası, Latın Amerikası kimi bölgələrə yayılması ilə zülm daha da artdı və bu ideologiya milyonlarla insanın qətlinə səbəb oldu. Konkret rəqəmlərlə ifadə olunması nə qədər mümkün olmasa da, kommunizmin dünyaya gətirdiyi ölüm faktlarının sayı təxminən 100 milyondur. Rusiyada 20 milyon, Çində 65 milyon, Vyetnamda 1 milyon, Şimali Koreyada 2 milyon, Kambocada 2 milyon, Şərqi Avropada 1 milyon, Latın Amerikasında 150 min, Afrikada 1,7 milyon, Əfqanıstanda 1,5 milyon və beynəlxalq kommunist hərəkatın və iqtidarda olmayan kommunist partiyaların səbəb olduğu 10.000-ə yaxın ölüm hadisəsi. (Kommunizmin Qara Kitabı, Doğan yayınları, səh. 17)
Sovet İttifaqının dağılması iləkommunizm rejim kimi çöksə də, kommunist ideologiya və onun təsirləri hələ də davam edir. Qızıl Ordu zehniyyətinin hakim olduğu Rusiyanın Çeçenistanda, Çinin isə Şərqi Türküstanda həyata keçirdiyiqəddar siyasət bunun ən bariz nümunəsidir. Bu gün Şərqi Türküstanda yaşayan müsəlman türklər Maonun kommunist Çinində baş verənləri təkrarən yaşayırlar. Gənclər səbəbsiz yerə həbs olunur, rejimə qarşı cıxdıqları iddiası ilə edama məhkum edilərək güllələnir, müsəlmanların ibadətlərinə maneə törədilir, qazancları ağır vergilərlə əllərindən alınır,xalq aclıq və ölüm təhlükəsi ilə yaşayır, bölgədə aparılan nüvə sınaqları ilə ölümcül xəstəliklərə tutulurlar. Qərb ölkələri isə Çinin bütün dünya ilə əlaqəsini kəsdiyi bu torpaqlarda olan insan hüquqlarının pozulmasını hər zamanki kimi görməməzliyə vurur.
Şərq Türküstanın qısa tarixi
Orta Asiyada türkdilli uyğur xalqı14-cü əsrdə İslamı qəbul etdi. Daşkənd və Qaşqar kimi şəhərlər zənginlik və mədəniyyət mərkəzinə çevrildi. Böyük türk xaqanı Bilgə xaqan ilk müsəlman türk sultanı və Qaraxanlılar dövlətinin əsasını qoyan Abdulkərim Saltuk Buğra xanı, Dilşad sultanı, Osman Baturu, “Divanı lüğəti türk”ün müəllifi Mahmud Qaşqarlını, “Kutadqu bilgi”müəllifi Yusuf Has Hacibi, Atabətül Hakayiqin müəllifi Əhməd Yüknəki və bir çox tarixi şəxsiyyətləri yetişdirmiş bu torpaqlar, çox təəssüf ki, iki əsrdir tarixi ehtişamını və zənginliyini itirmişdir.
Şərqi Türküstanın qaranlıq günləri 17-ci və 18-ci əsrin ortalarında Rusiya, Çin və İngiltərənin müstəmləkəçi siyasəti və öz aralarındakı açıq və gizli razılaşmaların nəticəsində Türküstanı üç yerə parçalamaları ilə başladı. Bu parçalanma nəticəsində Çinin işğalı altındakı Şərqi Türküstan köhnə SSRİ, indiki MDB sərhədləri daxilindəki Qərbi Türküstan (Qərbi Türküstan Rusiya tərəfindən 5 respublikaya bölünmüşdü. Bunlar: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır); Əfqanıstanın şimalı isə Cənubi Türküstan olaraq qaldı.
Bir-birindən tamamilə fərqli üç dilin və mədəniyyətin asılığına düşən bu torpaqlarda son 100-150 ildir inkişaf tamamilə dayandı. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu xalqların bir qismi öz müstəqilliklərini əldə etdi. Ancaq Çinin rəhbərliyi altındakı uyğurlar bir neçə dəfə azadlıq əldə etməyə cəhd göstərsələr də, hər dəfə bu cəhdlər amansızlıqla yatırıldı və Çinin zalım rəhbərliyindən xilas ola bilmədilər.
Şərqi Türküstanda Çin zülmü
Şərqitürküstanlı müsəlman türklər təxminən 250 ildir ki, Çinin hakimiyyəti altında yaşayırlar. Çinlilər İslam torpağı olan Şərqi Türküstana "qazanılmış torpaqlar" mənasında olan "Sinszyan" adını qoydular və buranı öz torpaqları elan etdilər. 1949-cu ildə Maonunbaşçılığı altında kommunistlərin Çin iqtidarını ələ keçirmələrindən sonra Şərqi Türküstana edilən təzyiqlər əvvəlkinə nisbətdə daha da artdı. Kommunist rejimin siyasəti türklərin assimilyasiyasına və birbaşa fiziki məhvinə yönəldi. Qətl edilən müsəlmanların sayı inanılmaz həddə çatdı. 1949-1952-ci illər arasında 2 milyon 800 min, 1952-1957 -ci illərdə 3 milyon 509 min, 1958-1960-cı illərdə 6 milyon 700 min, 1961-1965-ci illərdə 13 milyon 300 min adam ya Çin ordusu tərəfindən öldürüldü, ya da rejimin həyata keçirdiyi qıtlıq siyasəti nəticəsində öldülər. 1965-ci ildən sonrakı qırğınlarla birlikdə öldürülən Şərqi Türküstanlıların sayı 35 milyon kimi inanılmaz bir həddə çatdı.
Xalqın sağ qala bilən hissəsi isə böyük təzyiq və işgəncələrə məruz qaldı. Şərqi Türküstanın uzun müddət sürgündə yaşayan mərhum lideri İsa Yusuf Alptəkin Türkiyədə nəşr olunan “Şərqi Türküstaniddiası və unudulmuş vətən-Şərqi Türküstan” mövzusundakı kitablarında haqqında danışılan təzyiq və işgəncələriəhatəli şəkildə izah edir. Bu kitablarda bildirildiyinə görə, Şərqi Türküstan xalqına tətbiq olunan təzyiqlər serblərin Bosniyada müsəlman boşnaklara və ya Kosovada albanlara yönələnsiyasətindən heç də fərqlənmir. Ölkədəki Çin məhkəmələrinin "cəza" üsulları da son dərəcə mərhəmətsiz və vəhşidir. Diri-diri torpağa basdırmaq, döyülən bir insanı çılpaq halda ölənədək qar üzərinə yatırtmaq, ayaqları iki ayrı öküzə bağlanan bir insanıiki yerə bölmək kimi "cəzalar” tətbiq olunmuşdur.
Assimilyasiya və bir sivilizasiyanı yox etməyə yönələn fəaliyyət
Rejim 1949-cu ildən etibarən müsəlmanları məhv edir, digər tərəfdən də bölgəyə sistemli şəkildə çinli mühacirləri yerləşdirirdi. Çin hökumətinin 1953-cü ildə start verdiyi bu kampaniyanın nəticələri çox düşündürücüdür. 1953-cü ildə bölgədə 75% müsəlman, 6% çinli yaşadığı halda, bu nisbət 1982-ci ildə 53% müsəlman, 40% çinli olaraq dəyişdi. 1990-cı ildə aparılan əhalinin siyahıya alınmasında 40% müsəlman, 53% çinli nisbəti bölgədəki etnik təmizləmə siyasətinin həcmini göstərən mühüm dəlildir.
Hazırda uyğurlar kənd və ucqar bölgələrdə yaşamağa məcbur edildiyi halda çinlilər şəhərlərə yerləşdirilir. Bu səbəbdən bəzi şəhərlərdə çinlilərin sayca üstünlüyü 80%-ə gəlib çıxır. Məqsədləri isə çinlilərin şəhərlərdə sayının artmasıdır. Çin hökumətinin Şərqi türküstanlıları çinlilərlə evləndirmək üçün tətbiq etdiyi üsullar isə bu assimilyasiya işlərinin bir hissəsidir.
Çin rəhbərliyi nüvə sınaqlarında Şərqi Türküstanda yaşayan müsəlmanları üzərində təcrübə aparılan labaratoriya heyvanları kimi istifadə etmişdir. Bölgədə ilk dəfə 16 oktyabr 1964-cü il tarixində başlayan nüvə sınaqlarının mənfi fəsadları nəticəsində bölgədəki türklər ölümcül xəstəliklərə tutulmuş, 20 min şikəst uşaq dünyaya gəlmişdir. Nüvə sınaqlarına görə ölən müsəlmanların sayının 210 mindən çox olduğu hesablanır. Minlərlə insan şikəst qalmış, sarılıq, xərçəng kimi xəstəliklərə tutulmuşdur.
Çin 1964-cü ildən günümüzə qədər Şərqi Türküstan torpaqlarında əlliyə yaxın atom və hidrogen bombası partlatmışdır. İsveçli mütəxəssislər 1984-cü ildə aparılan yeraltı nüvə sınağında 150 ton gücündəki bombanın rixter şkalasıyla 8,8 bal gücündə zəlzələyə səbəb olduğunu təsbit etmişdi.
Müsəlman türklərin 21-ci əsrdə dünyanın gözü qarşısında yaşadığı bəlalardan, məruz qaldıqları təzyiqlərdən danışmazdan əvvəl Şərqi Türküstanın tarixinə və tarixi torpaqlarına zülm və bəlaların necə gəldiyinə qısa şəkildə baxaq.
Zülmün Əsl Səbəbi: İslam Düşmənçiliyi
Çinin Şərqi Türküstan xalqına etdiyi zülmün ən əsas səbəblərindən biri xalqın müsəlman olmasıdır. Çünki Çin bölgə üzərindəki hakimiyyətinin qüvvətlənməsinə qarşı ən böyük maneə kimixalqın dinini görür.
Xalqı dinindən imtina etdirmək üçün hər cür qorxu və təzyiq metodlarından istifadə edən Çin şovinizminin ən fanatik dövrü Maonun 1966-1976-ci illərdə tətbiq etdiyi Mədəniyyət İnqilabı oldu. Məscidlər dağıdıldı, ibadət etmək qadağan edildi, Quran kursları bağlatdırıldı və məqsədyönlü şəkildə bölgəyə yerləşdirilən Çinlilər xüsusilə müsəlmanlara qarşı qəsdən donuz saxlamağa başladılar. Məktəblərdə dinsizlik təbliğatına başlandı. Dini elmlərin öyrənilməsi və dini bilgilərə sahib olan qabaqcıl şəxsiyyətlərin xalqı məlumatlandırması isə tamamilə qadağan edildi. Buna baxmayaraq xalqın İslam kimliyini yox edə bilmədilər.
Türklərə tətbiq olunan başqa bir təzyiq üsulu isə özünü təhsildə birüzə verdi. Bölgədəki bütün universitetlərdə təhsil Çin dilindədir. Tələbələrin isə sadəcə 20%-i müsəlmandır. Məktəblərdə din dərsi proqramları ateizmə əsaslanır. Çin dilində təhsil verən orta dərəcəli məktəblər inkişaf etmişimkanlara sahib olduğu halda, uyğur məktəblərində parta belə yoxdur. İqtisadi çətinliklər isə təhsil səviyyəsini aşağı salan ən əsas amillərdəndir.
Otuz ildə dörd dəfə əlifbalarını dəyişdirilməsi də bölgədəki müsəlman türklərə edilən zülmün bir hissəsidir. Mao Mədəniyyət İnqilabına baxmayaraq Çin əlifbasına toxunmayaraq Uyğur əlifbasını İslam hərflərindən kirilcəyə çevirmişdir. Bir müddət bu əlifbanı istifadə etdikdən sonra uyğurların Rusiyaya meyillənmə təhlükəsindən ehtiyyyat edərək Latın hərflərinə keçilmiş, ancaq bu dəfə də Türkiyə ilə mədəniyyət əlaqələrinin qurulmasından ehtiyyat edərək təkrar İslam hərfləri geri qaytarılmışdır. Əlifbanın belə tez-tez dəyişilməsi nəsillərarası uzlaşmanı nə qədər qəlizləşdirir.
Çinin Uzaq Şərqdə anti-İslam fəaliyyəti
Şərqi Türküstanda müsəlman türklərə yönələnişgəncə siyasəti şiddətlə davam edir. Çinin rəsmi nümayəndələri türk gənclərini rejimin potensial düşmənləri kimi qələmə verərək səbəbsiz yerə evlərindən çıxarırlar. Gənclər bu zülmdən xilas olmaq üçün dağlara və ya çöllük zonalara üz tuturlar.
1996-cı ildən etibarən on minlərlə uyğur türkü əsir düşərgələrində saxlanılır. Təşkilatlardan birinin rəsmi hesabatında bildirdiyi kimi, şübhəlilər məhkəməprosesinin ilk mərhələsindəcəağır həbs cəzasına məhkum edilir və yameydanlarda edam edilir,güllələnirlər. Çünki məhkəmələr məhz kommunist partiyanın təlimatı ilə fəaliyyət göstərirlər. Ən dəhşətlisi isə hamilə qadınların evlərindən çıxarılaraq qeyri-gigiyenik şəraitdə sonsuzlaşdırılmaları, çox sayda doğulan körpələrin vəhşicəsinə öldürülmələridir.
1997-ci ilin fevral ayında yenidənbaşlayan hadisələr zamanı yaşananlar isə Çin zülmünə digər bir nümunədir. İctimaiyyətə verilən xəbərlərə görə, Çin polisqüvvələri 4 fevrala düşən Qədr gecəsində bayrama görə bir məsciddə toplanan 30-dan çox qadını Quran oxuyarkən dəmir dəyənəklərlə döyüb sürüyərək polis bölmələrinə apardılar. Məhəllə sakinləri isə bölmələrə gedərək qadınların sərbəst buraxılmalarını istədi. Buna cavab olaraq isə işgəncə ilə öldürülən 3 qadının cəsədi qaytarıldı. Buna dözməyən sakinlər ilə çinlilər arasında münaqişələr başladı. 4-7 fevral arasında 200 Şərqi Türküstan sakiniöz həyatını itirdi, 3500-dən çox uyğur əsir düşərgələrinə atıldı. Fevralın 8-i səhər vaxtı isə bayram namazı üçün məscidlərdə toplanan xalqın namaz qılmasına təhlükəsizlik gücləri tərəfindən maneə törədildi. Bundan sonra münaqişələr təkrar alovlandı və nəticədə 1996-cı ilin aprel-dekabr aylarındaməhbusların sayı 58 mini ötüb keçərək 70 minə çatdı. 100-ə qədər gənc meydanlarda güllələnir, 5 min uyğur türkü 50 nəfərlik şəxsi heyət halında meydanlarda nümayiş etdirildilər.
Qərb dünyası isə hər zamanki kimi bütün bu vəhşiliyə heç bir reaksiya vermədi. BMT-nin soyqırıma verdiyi tərif Çin işğalı altındakı Şərqi Türküstandakı vəziyyətə tamamilə uyğun gəldiyi halda Şərqi Türküstanlılar BMT-dən heç bir yardım görmədilər. BMT-yə ünvanlanan bütün müraciətlər cavabsız qaldı. 25 milyon türküstanlı müsəlman hələ də Çinin təzyiqi altında yaşayır. Minlərlə siyasi məhbus var və onların çoxu həbsxanalarda "itkin" düşüblər. Məhbuslara işgəncə verilməsi isə artıq adi hala çevrilib.
Bir sözlə, Çin Uzaq Şərqin İslam əleyhinə olan ən əsas güclərindən biridir. Çin Şərqi türküstanlı müsəlmanlara yönəlmiş siyasəti ilə bərabər, ətrafındakı İslam ölkələri üçün də potensial düşməndir. Dünyanın ən çox əhalisi olan ölkəsinin bu strateji "anti-İslam" mövqeyi kommunist rejimdən bazar iqtisadiyyatına keçməklə də azalmadı.
Çin-İsrail Strateji Əməkdaşlığı
Çin Soyuq müharibə dövründə uzun müddət Qərbə, xüsusilə də Amerikaya qarşı son dərəcə əks siyasət yürüdürdü. Sovet İttiffaqının Qərb siyasətini kifayət qədər sərt hesab etməyən və bu səbəbdən də rus yoldaşlarını ideoloji azğınlıqda günahlandıran çinlilərin bu rəftarı 1970-ci illərə qədər sürdü. O tarixdən sonra Çin və Amerika arasında münasibətlər inanılmaz dərəcədə yaxınlaşdı. Amerika Üçüncü Dünyada artan siyasi nizama, sabitliyə qarşı sanki "şimal cəbhəsi" yaratmağa qərar verdi və Çini də bu cəbhəyə daxil etməklə, eynilə Sovet İttifaqı kimi bir müddət əməkdaşlıq qurmaq, əlaqələri gücləndirmək istəyirdi. Çin-ABŞ yaxınlaşmasının əsasını qoyan Henri Kisinger idi (Henry Kissinger). O,İsrailin Amerikadakı ən əsas nümayəndələrindən biri idi.
Kisingerin cəhdləri ilə Çin qısa müddətdə 1960-cı illərdəki radikal əsasını dəyişdirdi və kapitalist iqtisadiyyata keçdi Çin yaxın gələcəkdə qurulacaq "şimal cəbhəsi"nə girməyə qərarlı idi.
Kissingerin verdiyi proqnozlar isə şübhəsiz ki, hər şeydən əvvəl İsrailin istəklərini əks etdirirdi. Necə ki, qısa müddət sonra, xüsusilə Maonun ölümündən sonra inkişaf edən və xüsusilə də hərbi sahədə sürətlə yüksələn Çin-İsrail əlaqələri, İsrailin Çini də, formalaşdırmağa çalışdıqları "qlobal anti-İslami cəbhə"yə daxil etmək istədiyini ortaya qoydu.
Çin-İsrail hərbi əlaqələri 1970-ci ilərin ikinci yarısında başladı. İsrail ilk olaraq, Çinin köhnə Sovet silahlarından ibarət olan ordusunun yenilənməsinə yardım etdi. Çin isə bu əməkdaşlığın gizli qalmasına diqqət göstərir, xüsusilə 1982-ci ildə İsrailin Livanı işğal etməsindən sonra İsraillə sıx əməkdaşlıq edən bir ölkə olaraq tanınmaq istəmirdi.
1980-ci illərin ortalarından sonra isə strateji əməkdaşlığın bəzi əlamətləri ortaya çıxmağa başladı. BMT-dəki İsrail və Çin səfirləri arasında rəsmi münasibətlər başladı. 1989-cu ildə Çin ilə İsrail arasında bir müqavilə imzalandı. Çində İsrail akademiyası qurulmalı, 1990-cı ildə aralarında bir nüvə fizikinin də olduğu 70 çinli alimbir ay davam edən İsrail səyahətindəolmalı idilər. Daha sonra Şanxayda İsrail Araşdırma Mərkəzi quruldu. Bu mərkəz sonralar İbrani Universiteti, Təl-Əviv Universiteti və Ben Qurion Universiteti ilə əlaqələr qurdu.
Görünən əlaqələr "kənd təsərrüfatı əməkdaşlığı" kimi İsrailin klassik metodlarını ehtiva edirdi. 1990-cı ilin əvvəllərində Çinin İsrail texnologiyasına ehtiyacı olduğu geniş şəkildə yayıldı. Yenə də bu fikirlə Pekində Çin-İsrail sulayihə mərkəzi quruldu. Səhra-çöl araşdırmaları aparmaq üzrə bir qrup çinlialimin İsraildə Neqevə səhrasına gəlməsi ilə səhra-sulama layihəsi həyata keçirilməyəbaşlandı. Bu elm mübadiləsindən sonra iqtisadi əlaqələr 1990-cı ildə daha da genişləndi. 14 israilli şəxsi heyət Çinə gələrək ticarət şirkətləri qurdu.
Çinlə İsrail arasındakı yaxın əlaqələr, əslində, silah satışını da əhatə edirdi. İsrailin Çin üçün xeyli miqdarda silah satışını Mossad(kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı) adına çalışan İsrailli iş adamı Shaul Eisenberg həyata keçirdi. İsrailin bu yolla 1980-ci ilərdə Çinlə olan silah satışı dövriyyəsi 3 milyard dolları keçdi. Eisenberg xüsusi təyyarəsi ilə Çinə qeyri-rəsmi uçuşlar həyata keçirir, bu uçuşlarda İsrailli silah tacirlərini də yanında aparırdı. Əlaqələr təmin edildikdən sonra gizli razılaşmalar və əlaqələrin qurulması Mossadın vəzifəsi idi təbii ki.
İsraillə Çin arasındakı hərbi əlaqənin miqyasına, Təl-Əvivdə nəşr olunan “Jerusalem Post” qəzeti də toxunmuşdu. “The Times”ın nəşr etdiyi bir CIA hesabatına əsaslanan Jerusalem Post İsrailin uzun illərdir fasiləsiz olaraq Çinə silah satdığını bildirirdi:
"Çin və İsrail aralarındakı texnoloji və hərbi əməkdaşlığı rəsmi hala salmağa və inkişaf etdirməyə çalışırlar. Çin İsrailin hərbi texnologiyasından, tank və radar sistemlərini inkişaf etdirməsi üçün kömək istəyir. Çinlilər on illərdir ki, bu mövzuda İsraildən gizli olaraq aldığı köməkləri də rəsmi hala salmaq istəyir. İndi də İsrailin son dərəcə inkişaf etmiş “Arrow” mərmi-əleyhinə müdafiə sistemini Çinlilərlə paylaşıb paylaşmayacaqlarını müzakirə edirlər."
Bu yaxınlaşmanın əsasında Çinin Şərqi Türküstanda və ya yaxın ətrafındakı İslami yüksəlişindən narahatlıq dururdu. “Washington Report on Middle East Affairs”də Çin-İsrail ittifaqının təməlində Çinin "İslami radikalizmi neytrallaşdırmaq" səyinin dayandığı, Pekinin Şərqi Türküstandakı 20 milyondan çox müsəlman əhalidən son dərəcə narahat olduğunu yazmışdı.
Şərqi Türküstanda etdikləri nəticəsində anti-İslam mövqeyini isbat etmiş Çin İsrailin dünya səviyyəsində yaratmağa çalışdığı anti-İslam ittifaqa girməyə haqq qazanmışdır. (Ətraflı məlumat üçün baxın: “Yeni Masonik Düzen”, Düzenin Müslümanlarla Savaşı bölməsi)
Nəticə
Son 150 ildir İslam aləmi dünyanın bir çox bölgəsində oxşar zülm və təzyiqə məruz qaldı. Bu zülmün arxasındakı qüvvələrin ən böyük hədəfi dini, xüsusilə də müsəlmançılığı ortadan qaldırmaq idi. Bu məqsədlə, təxminən bir əsr boyu müsəlman qırğınlarına başladılar. Bugün Çeçenistanın Ruslardan çəkdiyi zülm, Şərqi Türküstanın da Çindən çəkdiyi zülm göz önündədir. Dünya bu zülmə aşkar göz yumur. Ancaq vicdan sahibi insanlar bu zülmü dayandıracaq bir yol tapa bilərlər. Hər şeydən əvvəl Şərqi Türküstan məsələsi yalnız uyğurların problemi hesab edilməməlidir. Onların bütün məsuliyyətlərinə vicdan sahibi insanlar sahiblənməlidir. Ağıllı, cəsur və uzaqgörən siyasətlərlə Türkiyənin və bütün türk millətinin bu problemin həllində mühüm bir rol oynayacağına əminik.