Hər çətinliklə birlikdə bir asanlıq vardır
ucgen

Hər çətinliklə birlikdə bir asanlıq vardır

1413

Allah dünyanı insanları sınamaq üçün yaratmışdır. Və imtahanın gərəyi olaraq hər insana bəzən bolluq və gözəllik verərək, bəzən də şiddətli çətinliklərə uğradaraq sınayar. Hadisələri Quranda bildirilən həqiqətlərə görə qiymətləndirməyən insanlar qarşılaşdıqları çətinliklər qarşısında nə edəcəklərini bilməz, pessimizmə qapılar, ümidsizliyə düşərlər. Halbuki Quranda Allahın bu mövzu ilə əlaqədar olaraq bildirdiyi və ancaq səmimi bir imana və təslimiyyətə sahib olan qulların görə bildiyi əhəmiyyətli bir sirr vardır. Bu sirri Allah belə bildirmişdir:

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5)

Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 6)

Allahın ayələrdə bildirdiyi kimi yaşanan vəziyyət nə qədər çətin və həll edilməsi çətin kimi görünürsə də, Allah möminlər üçün mütləq o vəziyyətdən çıxmağı asanlaşdıracaq, mövcud çətinliyi yüngülləşdirəcək bir səbəb yaratmışdır. Mömin gözəl bir səbirlə səbir etdiyində və səbrində dayanıqlılıq göstərdiyində, bütün çətinliklərlə birlikdə Allahın asanlıq verdiyini görəcək. Necə ki Allah başqa ayələrində də Özündən qorxub çəkinən qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini ayələrdə belə müjdələmişdir:

…  Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

Allah heç kimə güc çatdıracağından çox yükləməz

Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə, yaratdığı hər hadisədə həm bir asanlıq verər, həm də hər insanı gücünə görə sınaqlardan keçirər. Allahın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara yüklədiyi məsuliyyətliklərin hamısı insanların gücü nisbətindədir. Bu, iman edənlər üçün bir müjdə və rahatlıq, Allahın rəhmətinin bir göstəricisidir. Allah bu sirri Quranda belə bildirir:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 62)

Allahın dininə uymaq asandır

Insanların böyük əksəriyyəti dinin həyatlarını çətinləşdirəcəyini, onlara bəzi ağır məsuliyyətlər yükləyəcəyini zənn edərlər. Bu, şeytanın dindən azdırmaq üçün insanlara verdiyi bir vəsvəsə və böyük yanılmaqdır. Əvvəlki mövzularda da toxunulduğu kimi, din asanlıqdır. Allah iman edən insanlara çətinliklərin ardınca asanlıq dilədiyini bildirir. Ayrıca təvəkkül və qədərə iman kimi dinin təməl mövzuları insanın üzərindəki bütün ağırlıqları, çətinlikləri, çətinlik və hüzn verən bütün hadisələri qaldırar. Din əxlaqını yaşayan bir insan üçün çətin, hüzn və ya ümidsizlik verən heç bir mövzu qalmaz. Allah bir çox ayəsində Ona uyanları və dininə kömək edənləri köməyiylə dəstəkləyəcəyini və onları həm dünyada, həm də axirətdə gözəl bir həyatla yaşadacağını vəd edər. Vədindən əsla dönməyən Rəbbimizin bu mövzu haqqındakı sözləri belədir:

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Allah bununla yanaşı dininə uyanları bu asan yolda müvəffəqiyyətli edəcəyi sirrini də möminlərə Quranda belə müjdələyər:

Kim haqqını verir və Allahdan qorxursa, (Leyl surəsi, 5)

və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, (Leyl surəsi, 6)

Biz onu ən asan olana nail edəcəyik. (Leyl surəsi, 7)

Quranda bildirilən bu sirlərdən aydın olduğu kimi, Allahın dininə səmimi olaraq yönələn insan ən başından müvəffəqiyyətli olacağı, dünyada da, axirətdə də qazanc əldə edəcəyi bir yolu seçmişdir. İnkar edənlər üçün isə, tam əksi söz mövzusudur. Onlar da ən başından itirilmiş, hüzn, bədbəxtlik və itkin dolu bir dünya və axirət həyatına sahib olarlar. Onlar inkara qərar verdikləri anda həm dünyalarını, həm də axirətlərini itirərlər. Allah bunu ayələrində belə bildirir:

Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə (Leyl surəsi, 8)

və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, (Leyl surəsi, 9)

Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 10)

Allah hər şeyin sahibi və yaradıcısıdır. Əlbəttə ki, Allahın dostluğunu, köməyini, dəstəyini qazanmaq bir insan üçün bütün güclərin və dəstəklərin üzərindədir. Kim Allahı dost tutsa və Ona təslim olsa, o insanın dünyada və axirətdə çox böyük bir qazanc və gözəllik içində yaşayacağı, heç bir hadisədən və heç bir insandan zərər görməyəcəyi qəti bir gerçəkdir. Elə isə ağıl və vicdan sahibi hər insanın, Allahın Quranda bildirdiyi bu sirləri qavrayıb, ağıllı və doğru olanı seçməsi lazımdır. İnkarçıların bu açıq həqiqətləri anlaya bilməmələri isə ayrı bir sirdir. Onlar nə qədər ağıllı və ya mədəni olurlarsa olsunlar, Allah onların ağıllarını almışdır və bu həqiqətləri görmələrinə maneə törədilmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo