Böyük Əhli-sünnə alimi Suyuti həzrətləri, dünyanin ömrünün 7000 il olduğuna bağli səhih hədisləri kitabinda nəql etmişdir
ucgen

Böyük Əhli-sünnə alimi Suyuti həzrətləri, dünyanin ömrünün 7000 il olduğuna bağli səhih hədisləri kitabinda nəql etmişdir

974

1. Böyük Əhli-sünnə alimi Suyuti həzrətləri; Əlkəsfu An mücavəzəti Hazihilummə əl Əlf və Əlluma fi Əcvibəti əl-Əsilə adlı əsərinin (imam Cəlaləddin Suyuti, şərh və Təhqi: Səid Məhəmməd Lahham, Beyrut-Livan) ərəbcə orijinalında Peyğəmbərimiz (s.ə.v)-in hədisi şəriflərinə yer vermişdir. Bu əsərin 10-cu səhifəsində qeydə alınmış aşağıdakı iki hədisdə Peyğəmbərimiz (s.ə.v), dünyanın ömrünün 7000 il olduğunu açıq bir şəkildə bildirmişdir. Bu hədislər hər hansı bir adam tərəfindən deyil, Əhli-sünnə üləmasının böyük alimlərindən olan Suyuti həzrətləri tərəfindən nəql edilmişdir:

Əmr ibn Yəhya, əns haqqında Əlala ibn Zeydə bildirdik: Allah ondan razı olsun dedi ki: Allahın Rəsulu (s.ə.v) dedi ki: dünyanın ömrü axirət günlərindən yeddi gündür. Uca Allah dedi ki: Həqiqətən sənin rəbbinin dərgahında bir gün sizin saydığınız illərdən min il kimidir.1
Ettəbərani Əlkəbiyr də dedi ki: Əhməd ibn Ənnadril əsgəri və Cəafər ibn Məhəmmədul Əryaniyə (və ya uryani də ola bilər) bildirdik (xəbər verdik) ikisi də dedilər ki: Əlvəliyd ibn Əbdül Məlik ibn Sərhul Səhraniyə xəbər verdik, Süleyman ibn Ataul Qüreyşilhərbiyə xəbər verdik, Sulləmətu ibn Əbdüllahil Cəhni haqqında Əmr ibn əbi Şəcəati ibn Rabiil Cəhni haqqında Əddəhhaq ibn Zəmlil Cəhni dedi ki: Bir yuxu gördüm, onu Rəsulullah (s.ə.v)-ə izah etdim. Özündəki sözü zikr etdi: Ya Rəsulullah birdən mən səninlə içində yeddi dərəcə olan bir minbərin (kürsünün) üzərindəyəm, sən onun ən yüksək bir dərəcəsindəsən, (s.ə.v) dedi ki: İçində yeddi dərəcə olan minbərə gəlincə, mən onun ən yüksək bir dərəcəsindəyəm, dünya isə yeddi min il...

 

PEYĞƏMBƏR ƏFƏNDİMİZ (S.Ə.V) HƏDİSLƏRİNDƏ MÜSƏLMAN ALƏMİNİN YAŞAYACAĞI ƏHƏMİYYƏTLİ HADİSƏLƏRİ ƏHATƏ EDƏN 7000 İLLİK BİR TƏQVİMDƏN BƏHS ETMİŞDİR

2. İmam Əhməd ibni Hənbəl kimi bir çox alimin Peyğəmbərimiz (s.ə.v)-dən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v)-ə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək insanlıq tarixinin başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:

Əhməd ibni Hənbəl İləlində nəql etdi. İsmayıl ibn Əbdülkərim, Əbdüssəməddən, o da Vehbdən rəvayət etdi: Dünyadan beş min altı yüz il keçmişdir. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)

(Aşağıda yer alan tərtib Əli B. Hüsaməddin əl-Müttəqi həzrətlərinin, Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman adlı əsərinin hörmətli dr. Suat Arusan tərəfindən hazırlanan türkcə tərcüməsidir, səhifə 89-da qeydə alınmış əlaqədar hissəsidir.)

 

3. Böyük Əhli-sünnə alimi Bərzənci həzrətləri isə hicri 1500-cü illər daxilində qiyamətin baş verməsinin Allahın izniylə gözlənildiyini ifadə edir. (Doğrusunu Allah bilir.)

Bu ümmətin ömrü min ili keçəcək, lakin min beş yüz ili aşmayacaq... (Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk Yayıncılık, İstanbul, 2002, səh. 299)

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə əsaslanaraq Suyuti həzrətləri isə etdiyi şərhdə belə ifadə edir:

Mənim ümmətimin ömrü 1500 ili çox keçməyəcək. (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89)

Bütün bu hədisi-şəriflərə baxıldıqda, dünyanın ömrünün 7000 il olduğu Peyğəmbərimiz (s.ə.v)-ə qədər bu ömrün, 5600 ilinin keçdiyi və ümmətin ömrünün 1500 il keçməyəcəyi açıq bir şəkildə aydın olur.

_______________________________________________________

1)  ... Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47) 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr