Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (16 dekabr 2011, 13:00)
Adnan Oktar: "Sağ əlindəki nədir ey Musa?" Hz. Musa (ə.s)-ın əsasını sağ əlində tutduğunu anlayırıq. Deməli, əsasən sağ əlindən istifadə edir. Buradan, yəni ayələrdən hz. Musa (ə.s)-ın həm ruh halını, həm şəxsiyyətini, həm də hər şeyini anlamış oluruq. “O dedi: “Bu, mənim əsamdır;”” uzun yolda ehtiyacı olduğu üçün, həm də qorunma məqsədli ona ehtiyac duyur deməli. "Ona söykənir", yəni yeriyərkən ona söykənir. Deməli, ərazi yoxuş və çətin keçilən yerdir. Düz yol olsa ona ehtiyac duymaz. Lakin söykənməsi üçün, yoxuşlu vadilərdən, dağlardan keçdiyini anlayırıq. "Və onunla davarlarım üçün", o zaman yanında davarları da olur, birlikdə gedirlər, qoyunlarını da yanında aparır, birlikdə hərəkət edilir. "Onunla davarlarım üçün, ağaclardan yarpaq silkələyirəm", deməli, quraq bir ərazidir, yerdə ot yoxdur, heyvanların yeyəcəyi kimi bir ot yoxdur. Quraqlıq dövrü yaşandığı aydın olur. Lakin ağaclar yerdən suyu aldqları üçün, onlar yağış yağmasa da, məsələn, otlar qurusa da onlar, kökləri dərində olduğu üçün, özlərini qidalandıra bilirlər, dolayısilə sulu yarpaqları olur, yaş yarpaqları olur. "Ağaclardan yarpaq silkələyirəm", onunla ağaclara doğru uzanır. Heyvanların daha çox keçi növü olduğu aydın olur. Çünki keçilər ağac yarpağından xoşlanırlar. Hamısını həll etmək mümkün olur. "Onda mənim üçün, başqa faydalar da var", (Taha surəsi, 17, 18) Müdafiədə istifadə edər, hər şeydə istifadə edər. “Başqa faydalar da var” deyir.