Təkamül nəzəriyyəsinin xüsusilə son bir neçə ildir aldığı ağır zərbələr və tərəfdarlarını sürətlə itirməsi, bəzi təkamülçüləri təşviş içində hərəkətə keçirdi. Təkamülçülərin son çırpınışlarından biri “Scientific American” jurnalının 2009 –cu il sentyabr sayında göründü. Jurnal, sentyabr sayını “həyatın mənşəyi” mövzusuna ayırdı və bilinən, dəfələrlə elmi dəlil və açıqlamalarla çürüdülən təkamülçü iddiaları, ilk dəfə yeni tapılmış kimi oxucusuna təqdim etdi.
Aşağıdakı yazıda, Alonso Rikardo (Alonso Ricardo) və Cek W. Szostak (Jack W. Szostak) tərəfindən qələmə alınaraq “Life on Earth” (Yer üzündə həyat) başlığı ilə sözü gedən jurnalda yayımlanan yazıya elm və məntiqin verdiyi cavabları tapacaqsınız.
“Scientific American”ın etirafları və “olmuş olmalı” üslubu
“Yer üzündə həyat” başlıqlı yazının məzmunu, həyatın ilk dəfə necə ortaya çıxdığı sualına təkamülçülərin verdiyi demaqoq izahlardan ibarət idi. Ancaq, təkamül nəzəriyyəsinin bu mövzuya elmi bir izahı və dəlili olmadığı üçün, bütün darvinist nəşrlərdə olduğu kimi burada da darvinist yazarlar məqalə boyunca hekayə üslubundan istifadə etmişdilər.
Hekayə üslubu ilə yanaşı, digər darvinistlər kimi, bu yazarlar da ilk olaraq həyatın yer üzündə özbaşına və təsadüfən meydana gəldiyi iddiasını mütləq bir gerçəkmiş kimi qəbul etmişlər, sonra bunun necə reallaşmış ola biləcəyinə dair tezislər, ehtimallar, daha doğrusu hekayələr danışmışlar. Yəni dəlillərdən nəticəyə gəlmək yerinə, əvvəl öz istədikləri təkamülçü və materialist nəticəni yazmışlar, sonra da bu nəticəyə gəlmək üçün hekayələr uydurmuşlar. Məqaləyə “belə olmalı olduğuna görə, deməli belə olmuş ola bilər” tərzində bir izahat hakimdir.
Yazıda, həmçinin fərqli elm adamlarının yer üzündə həyatın necə meydana gəldiyi ilə əlaqədar apardıqları təcrübələr izah edilir, ancaq izah edilən hər təcrübənin ardından həmin təcrübələrin nəticələrinin əslində canlı aləmin əsasını təşkil edən zülalların özbaşına necə meydana gəldiyini açıqlaya bilmədiklərini etiraf edirlər. İndi bu etiraflardan və “olmuş olmalı” üslubundan bəzi nümunələr verək.
Tək bir zülal darvinizmi çökdürdü
Yazıda adı çəkilən darvinist yazıçılar, həmin yazıya belə başlayırlar:
Hər canlı hüceyrəsi, ən sadə bakteriyalar belə, nanotexnoloqların qısqanacağı qədər çox qəribə molekulyar maşınlarla doludur. Fasiləsiz olaraq hüceyrənin ətrafında yellənən, dövrə vuran bu maşınlar genetik molekulları kəsər, yapışdırar və köçürər, ətrafdakı qidaları gətirib aparar və ya enerjiyə çevirər, hüceyrə membranını tikər və təmir edərlər, mexaniki, kimyəvi və ya elektrik mesajlarını çatdırarlar - bu siyahı belə davam edər və yeni kəşflərlə siyahıya davamlı olaraq yeni şeylər əlavə olunmaqdadır. Əslində, əksəriyyətini ferment deyilən zülal əsaslı katalizatorların meydana gətirdiyi bu hüceyrə içindəki maşınların 3.7 milyard il əvvəl, cansız maddələrdən özbaşına meydana gəldiyini düşünmək qeyri-mümkündür.
Göründüyü kimi bu darvinist yazıçılar əvvəl əhəmiyyətli bir etiraf etməkdə və hüceyrə kimi böyük kompleks bir quruluşun özbaşına, təsadüflər nəticəsində ortaya çıxmasının QEYRİ-MÜMKÜN OLDUĞUNU SÖYLƏMƏKDƏDİRLƏR.
Di gəl ki, bu etirafın ardından zülalın əsas elementləri olan amin turşularının sadə maddələrdən asanlıqla meydana gəldiyini iddia edərək, buna guya dəlil olaraq Urey-Miller təcrübəsini göstərməkdədirlər. Halbuki Urey-Miller təcrübəsinin təkamül nəzəriyyəsini əslində tamamilə çökdürmüş olduğu, bu təcrübədə 3,7 milyard il əvvəlki atmosfer şərtlərinin həqiqi olaraq əks etdirilmədiyi, soyuq tələ kimi təbii şərtlərdə olmayan texnikalarla təcrübəyə müdaxilə edildiyi bilinməkdədir. Bu vəziyyəti təcrübəni aparan Millerin özü də etiraf etmişdir. Eyni zamanda əldə edilən amin turşuları sağ-əlli amin turşularıdır. Halbuki, canlı orqanizmlərdə yalnız sol-əlli amin turşuları var. Bütün bu faktorlar darvinist elm adamları tərəfindən də çox yaxşı bilinməkdədir. Miller təcrübəsi darvinistlərin, həyatın başlanğıcına dair heç bir izahlarının olmadığını göstərən, digər bir deyişlə təkamül nəzəriyyəsinin təməlindən etibarsız olduğunu sübut edən tarixi bir müvəffəqiyyətsizlik təcrübəsidir.
(Urey-Miller təcrübəsinin etibarsızlığı ilə əlaqədar geniş məlumat üçün baxın. “Müvəffəqiyyətsiz bir cəhd: Urey Millər təcrübəsi”)
Daha da əhəmiyyətlisi, bu təcrübə ilk atmosfer şərtlərinə bağlı olaraq edilsəydi və nəticəsində doğru amin turşuları əldə edilsəydi belə, bu, təkamül nəzəriyyəsinin həyatın özbaşına meydana gəldiyi iddiasına bir dəlil meydana gətirməzdi, çünki amin turşularının varlığı zülal kimi son dərəcə kompleks bir quruluşun özbaşına, təsadüflər nəticəsində meydana gəlməsi üçün kifayət deyil. (Burada əhəmiyyətli bir nöqtəni xatırlatmaq lazımdır: Təcrübə nəticəsində amin turşuları meydana gəlsəydi belə, atmosferdə olan oksigen tərəfindən dərhal yox ediləcəkdilər. Bütün geoloji dəlillərə baxmayaraq, darvinistlərin iddia etdikləri şəkildə mühitdə oksigenin olmadığını fərz etsək, belə bu vəziyyətdə ozon təbəqəsi olmayacaq və bu dəfə amin turşularını Günəşdən gələn ultrabənövşəyi şüalar parçalayacaqdı.)
Necə ki “Scientific American” jurnalında da bu gerçək etiraf edilmiş və Urey-Miller təcrübəsindən danışıldıqdan sonra bu şərh edilmişdir:
Ancaq buradan [amin turşularından] zülallara və fermentlərə keçmək başqa bir problemdir. Bir hüceyrənin zülal istehsalı müddəti, genlərdəki məlumatı qəbul etmək üçün DNT spiralını açan və bu məlumatı son məhsula çevirən bir çox kompleks fermentdən asılıdır. Bu səbəblə, həyatın necə başladığını açıqlamaq ciddi bir paradoksu özü ilə gətirir: zülal istehsalı üçün DNT-də hazır məlumatla birlikdə zülallara da ehtiyac vardır.
Göründüyü kimi amin turşuları təbiətə hazır olaraq buraxılsa belə, bunların özbaşına zülalları meydana gətirmələri mümkün deyil. İndiki vaxtda laboratoriyalarda, üstün texnologiya və elm istifadə edilərək, elm adamları tərəfindən də bu reallaşdırıla bilməmişdir.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Bir parçası yerində olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.
Qısacası,
BİR ZÜLALIN MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qisimini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətcə, BİRCƏ ZÜLAL BELƏ YARANA BİLMƏZ.
“Yağ turşularından hüceyrə meydana gəldi” iddiası, darvinistlər baxımından son dərəcə alçaldıcı bir iddiadır
“Scientific American” jurnalının yazı boyunca davam etdirdiyi əfsanəvi izahata bir nümunə, ilk həyatın yağ turşularında meydana gəlmiş ola biləcəyi iddiasıdır. Bu iddia elmi bir dəlilə əsaslanmadığı, ağıla və məntiqə isə tamamilə zidd olduğu kimi, istifadə edilən üslub da darvinistlər baxımından son dərəcə alçaldıcıdır:
“İlk həyat formaları yağ turşularından ibarət bəsit membranlar olmuş ola bilər...”
Bu cümlə tamamilə subyektiv bir fikirdir və elmi açıqca heçə saymaqdır. Bu, bir dəlilə və ya elmi tapıntıya, ya da hesablamaya əsaslanan bir fikir deyil. Tamamilə təkamülçülərin təxəyyülünün məhsuludur. Həyatın cansız maddələrdən necə meydana gəldiyini heç cür açıqlaya bilməyən təkamülçülər, “Scientific American” jurnalındakı sözü gedən yazıda da göründüyü kimi, davamlı təxminlər edib, xəyal güclərinin sərhədlərini aşmaqdadırlar. Özləri də bu izahların gülünc olduğunu çox yaxşı bildikləri halda, darvinist ideologiya uğruna yenə də özlərini alçaltmaqdan çəkinmirlər.
“Elm həyatın mənşəyini bilə bilməz” yalanı
Həyatın özbaşına təsadüflər nəticəsində meydana gəldiyi iddiasını əvvəl qəbul edib, sonra bu ağıldan kənar iddianı elmi olaraq açıqlaya bilməyən darvinistlər, bu dəfə də həyatın mənşəyini “bəlkə də heç bilməyəcəyik” deyərək, elmi aciz göstərməyə çalışmaqdadırlar. “Scientific American” mövzu ilə əlaqədar bu iddianı irəli sürür:
“İlk orqanizmlərin gerçək təbiəti və həyatın mənşəyinin tam şərtləri sonsuza qədər elm üçün bilinməzlik olaraq qala bilər”.
Halbuki, elm üçün həyatın mənşəyinin bilinməzlik olaraq qalmasından söhbət belə gedə bilməz. Elm adamları, elmin göstərdiyi üsullarla dəlilləri araşdırar və gördükləri və əldə etdikləri nəticələrdən yola çıxaraq bir nəticəyə gələrlər. Məsələn, həyatın kompleks quruluşunu görən, bir zülal molekulunun təsadüfən özbaşına meydana gəlməsinin qeyri-mümkündən də qeyri-mümkün olduğunu görən bir elm adamı, HƏYATIN ÖZBAŞINA, TƏSADÜFLƏR NƏTİCƏSİNDƏ MEYDANA GƏLMƏDİYİNİ açıq və qəti olaraq anlayar. Bunun üzərinə artıq “görəsən özbaşına necə meydana gəlmiş ola bilər” deyə spekulyasiyalar etməz, yalanlar uydurmaz.
Ancaq sözü gedən elm adamları əgər mütləq “elmin öz materialist, darvinist düşüncələrini təsdiq etməsini, onların özlərinin istədikləri nəticəyə gəlməsini” istəyirlərsə, o zaman dedikləri kimi, bu “sonsuza qədər elm üçün bir bilinməzlik olaraq qalacaq”. Necə ki, sonsuza qədər aralıq-keçid forması qalığı tapa bilməyəcəklərsə, sonsuza qədər də həyatın təsadüfən və özbaşına meydana gəldiyi yalanını isbat edə bilməyəcəklər.
“RNT dünyası” yalanı
“Scientific American” jurnalı həyatı meydana gətirən molekulların, yəni zülalların özbaşına, təsadüflər nəticəsində ortaya çıxmasının qeyri-mümkünlüyünü izah etdikdən sonra, RNT dünyası iddiasını bütün bu problemləri ortadan qaldıran bir ehtimalmış kimi təqdim etmişdir. Halbuki RNT dünyası tezisi təkamülçülərin böyük bir əksəriyyətinin də məntiqdən kənar və imkansız olduğunu qəbul etdiyi, bəzi təkamülçülərin çarəsizlikdən sığındıqları bir iddiadır.
(“RNT Dünyası” iddiasının etibarsızlığı üçün baxın https://www.harunyahya.info/kitaplar/evrim-aldatmacasi/bolum/bolum-10-evrimin-molekuler-cikmazi)
Bütün molekullar əllərinə hazır olaraq verilsə də, həyatı yarada bilməzlər
“Scientific American” jurnalındakı yazının əsl məqsədi darvinistlərin çarəsizliklə müdafiə etdikləri, həyatın təməl daşı olan nükleotidlərin və zülalların özbaşına və təsadüfən necə yarandığı yalanına bir şərh gətirə bilmək idi. Jurnal, təkamül nəzəriyyəsi üçün ən böyük çıxılmaz vəziyyətlərdən biri olan bu mövzunu açıqlaya bilmədiyi kimi, yazı boyunca laboratoriyalarda aparılan ağıllı, elmli, Nobel mükafatlı professorların üstün texnoloji imkanlarla icra etdikləri təcrübələrdə də BU MOLEKULLARIN HEÇ BİR ŞƏKİLDƏ YARADILA BİLMƏDİYİNİ GÖZLƏR ÖNÜNƏ SƏRMİŞDİR. Laboratoriya şərtlərində, hər cür texnologiya və məlumatdan istifadə edilərək, ağıllı insanların dizayn və müdaxilələriylə belə yaradıla bilməyən molekulların təbiət şərtlərində, yağışın, şimşəklərin, ultrabənövşəyi şüaların, vulkanlardan axan lavaların arasında meydana gəlməsini gözləmək, çox böyük ağılsızlıq və məntiqsizlikdir.
Bundan əlavə darvinistlər bu molekulları (nükleotidleri və ya zülalları) yaratmış olsalar belə, bu, təkamül nəzəriyyəsini xilas edə bilməz. İstəyərlərsə, darvinistlərin əlində bir okean dolusu zülal olsun, yenə də bu zülallardan həyatı meydana gətirə bilməyəcəklər. Hətta istəyərlərsə, bir canlı hüceyrəsini götürsünlər hüceyrəni meydana gətirən bütün elementləri, orqanoidləri hüceyrənin xaricinə çıxarsınlar, əllərində həyat üçün lazım olan bütün elementlər olsun. Hətta amin turşuları tam da istədikləri kimi sol əlli olsun, lazım olan maddələr nə çox, nə də az, tam lazım olduğu, ehtiyac olduğu qədər olsun. Darvinist professorlar hüceyrənin içindən çıxarılan bu elementlərdən istədikləri kimi istifadə etsinlər. Bunları istədikləri mutasiyaya məruz qoysunlar, qızdırsınlar, elektrik versinlər, ultrabənövşəyi işığa tutsunlar, qarışdırsınlar, dondursunlar, təkrar əritsinlər, istəyərlərsə də milyardlarla il bir-birlərinə vəsiyyət edib bu qarışığın başında növbə çəksinlər. Bu hazır elementlərlə də heç bir şəkildə həyat, tək bir hüceyrə də yarada bilməzlər. Hüceyrənin içindəki fövqəladə kompleks fabriki yenidən inşa edə bilməzlər. Bu elm adamlarının bu qədər texnologiya və şüurla edə bilmədiyini, şüursuz təbiətin əsla edə bilməyəcəyi açıqdır.
Necə ki, bir fabrikin bütün materilları hazır olsun, taxtalar, inşaat maşınları, sement, qum, su, kərpiclər və s. bunları bir araya gətirib, işləyən, istehsal edə bilən bir fabrik qura bilmək üçün ağıllı, məlumatlı insanlara ehtiyac vardır. İstənsə bütün materiallar hazır olsun, hətta ehtiyacdan 1 milyon dəfə çox material bir araya gətirilsə və bunlar öz halına buraxılsa, milyardlarla il gözlənilsə də, bu materiallar öz-özlərinə bir fabrik meydana gətirə bilməzlər. Ağıl və məlumat olmadıqca materiallar kompleks və işlək bir quruluş meydana gətirə bilməzlər. Məhz bu lazım olan ağıl və məlumat, həyatı yoxdan yaradan Uca Allahın sonsuz ağlı və elmidir.
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” – dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır. (Ən'am surəsi, 73)
Qeyd:
“Təkamülün Molekulyar Dilemması” haqqında geniş məlumat üçün baxın: https://www.harunyahya.info/kitaplar/evrim-aldatmacasi/bolum/bolum-10-evrimin-molekuler-cikmazi