Cahiliyyənin ehtirasi: Dünyada sonsuza qədər yaşamaq istəyi
ucgen

Cahiliyyənin ehtirasi: Dünyada sonsuza qədər yaşamaq istəyi

2443

Ömürlərini sonsuz yaşamaq ehtirası və dünya həyatının arxasından qaçaraq sərf edən cahil insanların itirdikləri, heç dada bilmədikləri bir zövq vardır. Bu, Allah'ın razılığına uyğun hərəkət etmənin, Onun sevgisini, dostluğunu və yaxınlığını ümid etmənin verdiyi həyəcandır.

Quranda bildirilir ki, cahil cəmiyyət Allah'ı layiqincə qiymətləndirmədilər(Ənam Surəsi, 91) və ya Onu unudub saymırsınız? (Hud Surəsi, 92) düşüncəsinin hakim olduğu insanlardan ibarət bir cəmiyyətdir. Bu cəmiyyətin üzvləri bəzən özlərini "mədəni" olaraq göstərsə də, Allah'ı lazımınca təqdir edə bilmədikləri, axirətə inanmadıqları və tanımadıqları, öz yaradılışlarının məqsədi haqqında düşünmədikləri və bunu anlamaqdan da uzaq olduqları üçün əslində "cahil"dirlər. Bu “cahil” cəmiyyət mənsublarının sahib olduğu bir çox səhv anlayışların yanında ən diqqət çəkən xüsusiyyətlərindən biri, “heç ölməyəcəkmiş” şəkildə yaşamağı planlaşdırmalarıdır.

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cumuə Surəsi, 8)

  • Heç bir şey deyilkən Rəbbimizin sizi yoxdan yaradaraq nemətlər verdiyini, hər insanın müəyyən vaxta qədər yaşayacağını və bir gün  mütləq öləcəyini,
  • Ölümü düşünməyərək ondan qaça biləcəyini,
  • İnsanlar öldükdən sonra Rəbbimizin onları yenidən dirildib yaşadacağını, Quranda yüzlərlə ayədə vəd edilən və xəbər verən Allah'ın, bu sözü şübhəsiz tutacağını,
  • Ölümün yox olmaq deyil əksinə axirətə və sonsuz həyata gedən bir giriş qapısı olduğunu.

Bütün bunları fikirləşəndə ölümdən qorxmanın bir mənası olmadığını asanlıqla anlamaq olur. Ölümdən qorxmanın heç bir faydası yoxdur. Çünki tarix boyunca heç kim ölümdən qaça bilməmişdir və qaça da bilməz. Bütün insanlar talelərində təyin olunan o an gələndə şübhəsiz öləcək və nə etsələr də bir dəqiqə belə yaşamayacaqlar. Ölüm qorxusuna qapılanların ölümdən əsla qaça bilməyəcəkləri Quranda belə bildirilmişdir:

…Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər... (Ali İmran Surəsi, 154)

Ölüm insanlar üçün axirətə gedən keçid qapısıdır. Ancaq bu qapı eyni zamanda həyatını Allah rızasına uyğun olaraq qiymətləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılan müjdə qapısıdır. Ölüm Allah'a iman etməyənlər üçün tarix boyunca davam edən sonsuz fəlakətin başlanğıcıdır. Heç ölməyəcəkmiş kimi yaşayaraq Allah'ı unudanların, ölüm gəldiyində çəkdikləri peşmançılığın bir şey ifadə etməyəcəyini Rəbbimiz Quranda bu şəkildə xəbər verir:

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!(Nisa Surəsi,18)

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.(Muminun Surəsi, 99-100)

Özünü Allah rızasını qazanmağa həsr etməyən hər kəs (Allah'ın diləməsi xaricində) bu peşmançılığı yaşayacaqlar. Həyat çox qısadır, bu həyatdan sonra gərçək həyat vardır və o sonsuz həyat, bu dünyada Allah'ın razılığını axtararaq qazanılacaq.

İnsanın buradakı qısa və keçici həyatından çox, ölümdən sonra başlayan əsl həyatını düşünməsi və buna görə hərəkət etməsi lazımdır. Bu həqiqəti qavramış olan möminlər "naz-nemətə, şan-şöhrətə uymayıb ömürlərini Allah'a ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqqında düşünərdilər". (Sad Surəsi, 46)

Dünyada əldə olunan sərvətə və imkanlara ehtirasla bağlanmanın heç bir mənası yoxdur. Kimsə nə malını, nə gözəlliyini, nə qüvvətini, nə ailəsini, nə də şöhrətini axirətə apara bilməz. Bunların heç biri məzardakı insana yoldaşlıq edə bilməz. Məzara girən yalnız kəfənə sarılı bir bədəndir, o da qısa bir müddət içində torpağa qarışacaq.

Bu dünyadan axirətə aparılacaq tək şey Allah rızası üçün edilən saleh əməl və ibadətlərdir. Bu dünyada qısa bir müddət üçün insana verilmiş olan nemətlər (sağlamlıq, gözəllik, sərvət və s.), axirətdə əbədi olaraq və ən gözəli ilə yenidən insana veriləcək.

Bu həqiqətləri qavramayıb verilən nemətləri Allah rızası üçün xərcləməkdən qaçıb çoxbilmişlik edən şəxs öz axirətini təhlükəyə ataraq ağılsızlıq edir. Bu mövzu ilə əlaqədar bir ayə belədir:

Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhəmməd Surəsi, 38)

Özünü ”ölümsüz”ləşdirməyə çalışanların nəticəsiz cəhdləri

Bunları qavraya bilməyən və dünyaya ehtirasla bağlanmış şəxslər özlərini dildə “ölümsüz”ləşdirməyə çalışarlar. Quranda bu səhv anlayışa sahib insanlardan bəhs edilir və bu kəslərin ölümsüz olmaq üçün müxtəlif yollara baş vurduqları xəbər verilir. Bu ayələrin bəziləri bu şəkildədir:

Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?(Şüəra Surəsi, 128-129)

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah'dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid Surəsi, 20)

Əlbəttə insanın gözəl əsərlər hazırlaması və ya gözəl əxlaqlı, xeyirli insanlar yetişdirmək istəməsi gözəl davranışdır. Ancaq burada əsas mövzu cahiliyyə əxlaqının yaşandığı bir sistemdə, insanların bu istəyinin səbəbi Allah'ın razı olması deyil, öz qürurlarını razı etmək üçün dünyada qalıcı bir iz buraxmaq istəmələridir.

Əbədi qurtuluşun açarı: Allah'ın razılığı

Möminlər, Allah'ın hər şeyə hakim olduğunu bilən və ölümün son yox, əsl həyata (axirətə) keçid mərhələsi olduğunu qavrayan insanlardır. Möminlər həyatın, ölümün və ölümdən sonrakı həqiqi həyatın əsl sahibinin Allah olduğunu və onu Allah'ın yaratdığını çox yaxşı bilən və hər zaman Ona yönələn kəslərdir. Onlar pulun, məqam və mövqenin, fiziki gözəlliyin Allah'ın yaratdığı bu sistemdə əsl qurtuluş yolu olmadığını görənlərdir. Çünki bütün bunlar ancaq qısa müddətdə bu dünyada görünən keçici “bəzəklər”dir. Uca Allah'ın yoxdan yaratdığı dünya həyatında və axirətdə, insanı xoşbəxtliyə və qurtuluşa aparan yalnız Allah'ın razılığı və rəhmətidir. Allah yalnız Ona inananları doğru yola çatdıracaq:

Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxardar və düz yola yönəldər! (Maidə Surəsi, 16)

Cahil cəmiyyətdə ölüm, hər kəsin bildiyi amma heç danışmadığı hətta adını ağzına almaq istəmədiyi bir mövzudur. Artıq ölümü yox sayırlar. Bütün hesablar, ölüm göz önündə tutulmadığı üçün, bu qaçılmaz sondan bəhs etmək də çox “xoş qarşılanmır”.

Ölümü görməzlikdən gəlmək, yuxarıda bəhs etdiyimiz cahil insanların bir çox mövzuda yalnış dünyagörüşlərindən biridir. Hər insan “Hər kəs ölümü dadacaqdır”. (Ali-İmran Surəsi, 185) hökmü ilə mütləq öləcəyi üçün, ölüm həqiqətini hesaba qatmadan planlanan və yaşanan bir həyat əlbəttə böyük bir aldanma üzərinə qurulmuşdur. Bu hər bir insanın səmimi təfəkkür ilə asanlıqla qavrayacağı böyük bir həqiqətdir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr