Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi axır zamanda istifadə ediləcək yüksək texnologiyaya bir çox hədisi şərifləriylə diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bəhs edilən hədislərində verdiyi əhəmiyyətli məlumatlar hazırkı dövrümüzdə istifadə edilən bir çox texnologiya yeniliklərlə üst-üstə düşür. Peyğəmbərimiz (s.ə.v)- in xəbər verdiyi axır zaman texnologiyalarından biri də təyyarədir və Hz. Mehdi (ə.s)- ın tələbələrinin də bu texnologiyadan faydalanacaqlarını bildirmişdir. Hadisə görə Hz. Mehdi (ə.s)-ın yaxın tələbələri və ona mənəvi cəhətdən dərindən bağlı olan digər müsəlmanlar, İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olacaq, təbliğ fəaliyyətləri üçün dünyanın dörd bir tərəfinə hava yolları vasitəsi ilə səfər edəcəklər. Peyğəmbərimiz (s.ə.v) bunu "buludlara minib istədikləri yerə gedə biləcəklər" ifadəsiylə çox dəqiq bir şəkildə ifadə etmişdir. Bilindiyi kimi buludlar ümumiyyətlə troposfer təbəqəsində yerləşir, təyyarələr də qitələrarası uçuşlarını bu təbəqənin üstündə yerləşən strotosfer üzərində edirlər. Nəticədə Peyğəmbərimiz (s.ə.v)- in istifadə etdiyi "buludlara minib getmək" ifadəsi, deyilən bu elmi fikrlərə tam uyğun gəlir.