Quranın 72-ci surəsi olan Cin surəsində Allah cinlərin də hz. Muhəmmədin (səv) təbliğini və Quranı dinlədiklərini və bəzilərinin müsəlman olaraq Peyğəmbərimizə (səv) tabe olduqlarını bildirir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir:
De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona inandıq və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq” (Cin surəsi, 1-2)
Allah yenə Cin surəsində müsəlman olan cinlərin belə dediklərini bildirmişdir:
“Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman, ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz. Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) çıxanlar da. Müsəlman olanlar doğru yol tutanlardır” (Cin surəsi-13-14)
Bu cinlər, onların, bir qisminin Allaha qarşı yalan danışaraq, batil inanclara inandığını bildirirlər. Cinlərin daha əvvəl inandıqları bu batil dinin xüsusiyyəti Cin surəsində belə açıqlanır:
“Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır. Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar” (Cin surəsi, 3-5)
Bir başqa ayədə isə Peyğəmbərimiz (səv) ibadət üçün qalxanda, cinlərin ətrafında çoxalıb sıxlaşdıqları bildirilir.
“Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (Cin surəsi, 19)
“Sən xatırlat! Çünki, xatırlatmaq möminlərə fayda verir. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zəriyət surəsi, 55-56)
Ayələrdən də göründüyü kimi, hz. Muhəmməd (səv) bütün insanlara və bütün cinlərə Peyğəmbər olaraq göndərilmişdir. Qurani Kərim də həm insanlar, həm də cinlər üçün bir yol göstəricidir.
“Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə (imana, haqqa) çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah, insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız” (Ənfal surəsi, 24)
“Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O, sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir” (Hədid surəsi, 28)