13 noyabr Paris hücumlarından sonra Suriyadakı hava əməliyyatlarını artıracağını bildirən Fransa, bu təşəbbüsünə diplomatik dəstək təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi yekdilliklə qəbul edildi. 2249 saylı bu qərarda İŞİD-in beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğu yenidən vurğulanaraq, gücü və imkanı olan bütün üzv ölkələrin Suriya və İraqdakı hərbi qüvvələrini iki mislinə çıxarmaları, İraq və Suriyadakı İŞİD sığınacaqlarını məhv etmələri tələb olunur.
Bu qərarın ən böyük xüsusiyyəti isə bundan sonra istəyən hər bir ölkənin Suriya hökumətinin tələbi olmadan bölgədəki terror hədəflərinə əməliyyat həyata keçirməsinə hüquqi əsas təşkil etməsidir. Belə ki, İngiltərə Daimi Nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Metyu Rikroft BMT-nin qərarına əsasən Suriyadakı İŞİD hədəflərinə hücum üçün hüquqi zəminin yarandığını və bu hücumlar üçün Suriya hökumətindən icazə almağa ehtiyac olmadığını ifadə etdi.
Əlbəttə ki, Suriya vətəndaş müharibəsindən sonra hava əməliyyatları nəticəsində meydana gələn on minlərlə insan itkisi nəzərə alındıqda, bu əməliyyatların daha da artırılmasının yol açacağı insan təlafatı, dağıntı və fəlakətin miqyasını təsəvvür etmək belə çətindir.
Sanki Armagedonun final səhnəsi üçün bütün dünya dövlətlərinə açıq dəvət xarakterli bu qərarın regionu sərbəst şəkildə yerlə bir etmə izni verməsinin ardından ölkələr bir-birinin ardınca hərbi güclərini Suriyaya doğru istiqamətləndirməyə başladı.
İlk hərəkətə keçən ölkələrin başında Fransa gəlir. Fransa Paris hücumlarından dərhal sonra təyyarə gəmisi «Şarl de Qoll»u Şərqi Aralıq dənizinə doğru yola saldı. Fransız donanmasının yeganə təyyarə gəmisi olan «Şarl de Qoll»un üzərində 18 Rafale qırıcı təyyarəsi, 8 Super Etenard tipli bombardman təyyarəsi, 2 ədəd havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi, Eurocopker Dauphin tipli vertolyotlar var.
Fransanın BMT-dəki Daimi Nümayəndəsi Fransua Delattre BMT-nin qərarından sonra Şurada verdiyi açıqlamada bunları dedi: "Bu qərarla BMT Təhlükəsizlik Şurası İŞİD-lə mübarizə üçün həyata keçirdiyi əməliyyatları beynəlxalq hüquq və BMT nizamnaməsi çərçivəsinə saldı. Yaxın günlərdə «Şarl de Qoll» təyyarə gəmimizin çatması ilə birlikdə İŞİD-ə qarşı hücum gücümüzü üç qatına çıxaracağıq". [i]
İngiltərə Baş naziri David Kameron da BMT-nın qərarı ilə bağlı, "Bu əhəmiyyətli bir andır. Dünya İŞİD-ə qarşı birləşdi. Beynəlxalq cəmiyyət bir araya gəldi və hər ölkədən, hər dindən insanları təhdid edən bu şər qüvvələri məğlub etməyə qərar verdi" deyə bildirdi.
Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Vitali Çurkin isə qətnamə layihəsini dəstəklədiklərini bildirərək, "Beynəlxalq terrorizmə qarşı mübarizə barədə ölkələr arasında getdikcə böyüyən bir anlayış var" deyə bildirdi.
Göründüyü kimi, hər kəs bütün dünyanın İŞİD-ə qarşı birləşdiyini elan etmə yarışındadır. Ancaq Suriyada bütün dünyanın gözü önündə baş verən tarixi dəhşət və fəlakət mənzərələri, bu birləşmənin yeganə nəticəsinin məzlum ərəb, türkmən, kürd və digər region xalqlarının yox olan həyatları, ailələri, evləri, kəndləri və şəhərləri olduğunu göstərir.
Bu yeni qlobal birlikdə hər kəsin yer almasının vacibliyini vurğulayan Almaniya Müdafiə Naziri Ursula fon der Leyen də "BMT-nin Təhlükəsizlik Şurasının son qərarındakı ifadələr çox dəqiqdir: İŞİD-lə mübarizə Fransa üçün olduğu qədər ABŞ, Çin, Rusiya, Türkiyə, İran və ərəb ölkələri üçün də əsas prioritetdir". Almaniyanın Baş Qərargah rəisi Volker Viker də "Bild am Sonntag" qəzetinə verdiyi açıqlamada Fransaya dəstək üçün bir freqat, bir yanacaq dolduran təyyarə və kəşfiyyat təyyarələri ilə birlikdə 1200 əsgərin Suriyaya göndəriləcəyini bildirib.
"İngilis Daily Express" qəzetinin xəbərinə görə, Rusiyadan sonra Çinin hərbi qüvvələri də Suriyaya doğru yola çıxıb. Rusiya mediası da müxtəlif mənbələrdən Çinin təyyarə gəmisi "Lianoning" ilə idarəolunan raket kreyserin Aralıq dənizindən daxil olduğunu, çinli hərbi müşavirlərin isə çoxdan bölgədə olduğunu, hətta rusların Suriyadakı hərbi əməliyyatlarında iştirak etdiklərini qeyd edir. Məlum olduğu kimi, bölgədəki müharibə səbəbindən Çinin Suriyadakı varlığı və İraqdakı neft yataqları uzun müddətdir təhlükə altında idi.
Nəticədə regiondan pay qoparmaq və oyundan kənarda qalmaq istəməyən onlarla ölkə "İŞİD-in kökünü kəsmə", "terrorla mübarizə" şüarları altında bölgəyə axın edir. Bir-birilə yarışırmış kimi, məzlum uşaqların, qadınların, yaşlıların üzərinə tonlarla bomba yağdıraraq "terrora qarşı amansız mübarizə" aparırlar. Regiondakı müxtəlif maraq, mənafe və hesablar istiqamətində terroristlərə aid heç bir əlamət olmayan yüzlərlə dinc yaşayış məntəqəsi bombalanır, minlərlə məzlum insan amansızlıqla şəhid edilir. Çoxəsrlik kəndlər, şəhərlər, minlərlə illik mədəni və tarixi irs saniyələr içində vəhşicəsinə məhv edilir.
Yox edilə bilməyən tək şey terrordur.
Avropadakı terror aktlarını törədən terrorçuların çoxunun Fransa, Belçika kimi ölkələrdə doğulmuş, bu ölkələrin vətəndaşları olması terrorun çoxdan Qərb ölkələrində ciddi şəkildə kök saldığını göstərir. Bunlar Şengen zonası içində rahat hərəkət etmə azadlığına malikdirlər. Paris hücumları nümunəsində olduğu kimi, Avropa mərkəzli terror aktlarında ortaya çıxan təhlükəsizlik və kəşfiyyat zəifliyinin əsas səbəbi də budur.
Xurafatlara əsaslanan İslam anlayışını mənimsəyən radikal ünsürlər Avropa vətəndaşlarının səyahət etmə asanlığından istifadə edərək ABŞ-a də rahatlıqla sıza bilirlər. ABŞ-ın öz daxilindəki terrorçu ünsürləri də bunlara əlavə etdikdə, habelə silah satışı sərbəst olan bu ölkədə rahat silahlana biləcəkləri həqiqətini və canlı bomba faktorunu da nəzərə aldıqda ortaya çıxan mənzərə heç də ürəkaçan deyil.
Suriyada hava əməliyyatları ilə yox edilməyə çalışılan terror Yaxın Şərqdəki varlığını getdikcə simvolik hala çevirərkən, maraq dairəsini və hədəfini böyük ölçüdə Qərbə meyil etdirmiş vəziyyətdədir. Öz doğma yurdlarına, vətəndaşlarına, qardaşlarına, ailələrinə edilən hər hücumu da bir intiqam səbəbi kimi görür. Bu səbəbdən, terror təşkilatlarına qarşı artıq ənənəvi üsullardan fərqli, daha ağıllı və elmi metodlarla mübarizə aparmaq vacibdir.
Əlbəttə ki, məqsəd həqiqətən İslam aləmini deyil, terroru məhv etməkdirsə.
..........................................................
[i] http://www.aljazeera.com.tr/haber/bmden-isidle-mucadele-karari
Adnan Oktar'ın Middle East Monitor'de yayınlanan makalesi: