Hz. Mehdinin (ə.s.) zühurundan əvvəl cinayətlərin  artacağını Peyğəmbərimiz (s.ə.v.) hədislərində bildirmişdir. Bunlar axır zaman əlamətidir.
Cinayətlərin artacağı, zinanın çoxalacağı, intihar hadisələrində artım olacağı, rüşvətin yayılacağı və buna bənzər bir çox cinayətlərin artacağı axır zamana aid hədislərdə izah edilmişdir.
Axır zamanda insanlar arasında sevgisizlik və etibarsızlıq hakim olduğu üçün  ən kiçik fikir ayrılıqları  ciddi mübahisələrə yol açır nəticəsində isə ciddi cinayətlər işlənir.
Bunun  nəticəsi olaraq hazırki dövrdə həbsxanalar tam doludur. Ədliyyələr hər gün insanlarla dolub-daşır.
Ədliyyə və həbsxanalarda işləyən hakimlər, prokurorlar, gözətçilər dörd divar arxasında  dar, qaranlıq, otaqlara həbs olmuş vəziyyətdədirlər . Səhərdən axşama qədər  örtülü məkanlarda çalışmaq məcburiyyətindələr. İnsanlar arasında ən ədalətli qərarları, bir insanın bütün həyatına təsir edə biləcək qərarları belə çətin şərtlərdə vermək məcburiyyətindədirlər.
Belə dəyərli insanların yerinə yetirdikləri vəzifələr nə maddi, nə də mənəvi heç bir təzyiq altında olmamalıdır. Ən məqsədəuyğun və ən vicdanlı qərarlara imza ata bilmələri üçün başlarının son dərəcə rahat,sakit olması lazımdır. Bu insanlara çox gözəl imkanların təqdim edilməsi vacibdir.
Hətta məhkum olan insanlar da son dərəcə qaranlıq, dar  otaqlarda illər boyu yaşamaq məcburiyyətindədirlər.
Hz. Mehdi (ə.s.) dövründə İslam əxlaqı bütün dünyaya hakim olacaq (inşAllah). İnsanlar din əxlaqına yönəldikləri üçün  hidayət tapacaqlar. Allahdan qorxduqları üçün cinayət törətməyəcək, bir-birlərinə pis söz söyləməyəcək və yüksək əxlaq nümayiş etdirərək yaşayacaqlar.
Hz. Mehdinin (ə.s.) şəfqətli, mərhəmətli sevgi dolu, ədalətli rəftarı insanlara mükəmməl  nümunə olacaq. Onlara sevgi ilə yaxınlaşan insanlar başqalarına da bu şəkildə mülayim və xoşmünasibətlə yaxınlaşacaqlar. Buna görədə cinayətlər tədricən azalmağa başlayacaq.
Bütün ədliyyələr, həbsxanalar boşalacaq. Prokurorlarımız, hakimlərimiz səhərdən axşama qədər tozlu, havasız, dar otaqlarda insanların cinayət işləyib işləmədiklərini araşdırmayacaqlar.
Türk İslam Birliyi içərisində öz ixtisaslarına uyğun estetik, rahat, təmiz və zəngin şərtlərdə, daha çox rahatlayacaqları mühitdə vəzifələrini yerinə yetirəcəklər. 
Belə olmadıqda isə çox ciddi  enerji və pul itkisi yaranır. Hz. Mehdinin (ə.s.) zühur etməsi ilə birlikdə bu itkinin də ən gözəl şəkildə qabağı alınacaq.