Yərmukun yardım fəryadı
ucgen

Yərmukun yardım fəryadı

824

Reklam dünyası qəribə ziddiyyət təşkil edir. Televiziya kanalları tərəfindən hər gün reklam atəşinə məruz qalır, şokolad kimi iştah açan qidaları istehlak etməyə inandırılmağa çalışırıq. Halbuki eyni kanallar artıq çəkidən xilas olmağı vəd edən idman hərəkətlərini və arıqlama məhsullarını da reklam edir.

Media dünyası da bundan fərqli deyil. Kütləvi media vasitələrində südə ehtiyacı olan məzlum uşaqların, güllə yaralarının sağalması üçün antibiotikə ehtiyacı olan insanların görüntüləri tez-tez qarşımıza çıxır. Ancaq bu görüntülər sadəcə olaraq yaxşı fotoşəkil olaraq görünür və nəticədə statistik məlumatlar kimi yer alır. Bəli, Suriyada teatr səhnəsində kimsəsiz və çarəsiz şəkildə tərk edilmiş Yərmuk xalqından bəhs edirəm.

Yərmuk 1948-ci ildə İsrailin qurulmasından etibarən 160 min suriyalıya ev sahibliyi etdi. Düşərgə Paris kimi deyildi bəlkə, amma suriyalılar üçün hər şey qaydasında idi. Hər an ölüm qorxusu ilə yaşamaq məcburiyyətində qalmadıqları normal həyatları vardı. Bəşər Əsəd və əsgərlərinin 2012-ci ilin dekabrında öz vətəndaşlarına hücum etməyə başlaması ilə Yərmuk dünyanın ən böyük açıq həbsxanası oldu.

Əsəd gücləri muxaliflərin Yərmukdan istifadə etdiklərini iddia edərək, Yərmuk xalqını aclığa və susuzluğa tərk etdi. Xüsusilə də bir şəkil bütün dünya tərəfindən tanındı. Orta əsrlərdən bir səhnəni xatırladan bu şəkil küçəni dolduran bir çox insanın məhdud sayda humanitar yardımı ala bilməsi üçün çarəsiz şəkildə gözlədiklərini göstərirdi.

Ancaq mediada kağız qutuların içində donmuş uşaq meyidləri, acından ölümə tərk edilmiş körpələr və buz üstündə ayaqyalın gəzmək məcburiyyətində olan kiçik uşaqların görüntüləri heç vaxt olmadı. Yaxud da cəsur görünməyə çalışan 10 yaşındakı uşağın BBC kanalında hadisələri izah etdiyi video görüntüləri... Özünü təsirlənməmiş kimi göstərməyə çalışarkən “bəli, acıq” deyir. Bir tərəfdən zəif olduğu  üçün utanarkən, digər tərəfdən də özünü saxlaya bilməyib ağlamağa başlayırdı.

Yərmuk və dünyanın şişmanlıqla mübarizə aparan digər hissəsi ilə fərq o qədər böyük və kəskindir ki, sanki iki fərqli dünyadır. Bu fərq eynilə aclıqla həyat mübarizəsi aparan bir cəmiyyətin əyləncə üçün digər cəmiyyət tərəfindən seyr edilməsindən bəhs edən filmlər kimidir. Dövrümüzdə isə zalım olanlar filmlərdəki mənfi obrazlardan daha da zalımdırlar. Çünki bütün dünya bu görüntüləri film kimi izləyir.

Qəddarlıq, aclıq, cinayət artıq dünyanın bu hissəsinin ortaq cəhəti halına gəldi. Dünyanın digər hissəsi üçün isə bu xəbərlərə qulaq asıb keçmək, heç təsirlənmədən həyatlarına davam edə bilmək ortaq cəhətləri halına gəldi.

Bu gün 18.000 insan Yərmukda ölümə tərk edildi. BMT təcili sürətdə təxliyə üçün çağırış etdi. Son  xəbərlərə görə, 2000 nəfər təxliyə edilmişdi.

BMT-nin (UNRWA) Qaçqınlar üzrə Ali Komissarı Piyer Krahenbühl böhrandan təsirlənən Yərmuk qaçqınlarını görmək və yardımın ehtiyac içindəki insanlara necə göndərilə biləcəyi ilə bağlı müzakirə aparmaq üçün liderlərlə görüşdü. Bunlar gözəl xəbərlərdir, ancaq yetərli deyil. O halda nə edilməlidir?

Radikal terror qruplaşmalarına istiqamət verənlər də daxil olmaqla Yaxın Şərqdəki problemlərin gerçək həll yoluna toxunmadan əvvəl, bu humanitar yardım problemi ilə bağlı qısa müddətli və sürətli tənzimləmələr üzərində durmalıyıq. BMT-nin də üzərində durduğu kimi, bütün sivil xalqın dərhal təxliyə edilməsi şərtdir. Təhlükəszilik Şurası bazar ertəsi təcili iclas çağırdı. Ancaq daha da cəld olmaq lazımdır. Aralarında 3500 uşağın da olduğu sivil xalqa yardım edilməsi məqsəi ilə Azad Suriya ordusu və digər muxalif qruplarla əməkdaşlıq edilməsi bir yol ola bilər. Piyer Krahenbühl Suriya rejim güclərinin Yərmuka atdıqları barrel bombası hesabatlarından sonra vəziyyəti “insanlıqdan kənar” adlandıraraq çağırış etdi.

Başqa bir ssenari ilə qaçqınların humanitar yardım təşkilatlarının dəstəyi ilə rus ordusunun nəzarətində bölgədən çıxarılmaları təmin edilə bilər. Nə Əsəd gücləri bu əsnada ruslara qarşı çıxmaya çalışacaq, nə də İŞİD yeni bir cəbhə açmaq istəyəcək.

Bu insanların qarşılaşdıqları digər bir problem isə gedəcəkləri demək olar ki, heç bir yer olmamasıdır. İordaniya, Livan və Misir Suriyadan fələstinli qaçqınların girişini qadağan etdi. İraqda da qarşıdurmalar olduğu üçün ora da gedə bilməzlər. Türkiyə isə hər zaman çətin vəziyyətdə olan insanlara ev sahibliyi etmişdir. Türk rəsmilərinin hazırda verəcəyi qonaqpərvər bir açıqlama çox böyük bir addım olardı.

Dünya təcili sürətdə o bölgədəki məzlum xalqı təxliyə etməyə başlamalıdır. Unutmayın ki, orada xəstə və yaralı uşaqlar, qadınlar, qocalar var və bizdən kömək gözləyirlər. Özünüzü onların yerinə qoyun və onlara yardım etmək üçün əlinizdən gələni edin.   

 

Adnan Oktarın «Arab News & Jefferson Corner»da nəşr olunan məqaləsi:

http://www.arabnews.com/news/734206

http://www.jeffersoncorner.com/yarmouk-cries-for-help/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr