Adnan Oktarın 1 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Bismillah. Təğabun surəsi. Şeytandan Allaha sığınırıq. Şeytandan Allaha sığınıram. "Mallarınız və uşaqlarınız sizin üçün ancaq bir fitnə (bir sınaq)dır." deyir Allah. Baxın, "mallarınız və uşaqlarınız" insanların, bəzi insanların ən çox başlarını qatdıqları mövzulardan biridir. "Allah isə, böyük əcr (ən gözəl qarşılıq) Onun qatında olandır." Məqsədiniz yalnız Allahın razılığı olsun, deyir. Allah dünyada mallarınızı, uşaqlarınızı, yoldaşlarınızı bütləşdirməyin, deyir. Əsas hədəf halına gətirməyin. "Elə isə" deyir baxın Allah, "güc çatdıra bildiyiniz qədər Allahdan qorxub çəkinin." Ən son iradənizlə, ən son diqqətinizlə. "Dinləyin və itaət edin. Öz nəfsinizə xeyir (ən böyük fayda) olmaq üzrə infaq edin." Yəni kasıba, füqəraya insanlara paylayın. "Kim nəfsinin eqoist ehtiraslarından (ya da xəsislikdən) qorunsa;" eqoist, simic olmazsa " məhz onlar, nicat (qurtuluş) tapanlardır." Eqoist, simic olmayan insan o qədər şirindir ki, o qədər hüzür vericidir ki. Eqoist insan da çox çətindir. Çox çətindir, çox iztirab verər. "Əgər Allaha gözəl bir borc verəcək olsanız," yəni verdiyiniz hər pul Allaha borc olaraq verirsiniz, Allah sizə onu qat-qat ödəyəcək, deyir. Məsələn, kömək, yemək, nə olsa. "Onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah Şekurdur (şükrü qəbul edib çox lütf edən), Həlim (cəzanı verməkdə tələsməyəndir)." Şükrü qəbul edib lütf edən Həlimdir, mülayimdir.