Quranda edilən bütün ibadətlərin könüldən, yalnız Allah rizası güdülərək edilməsi bildirilir. Ayələrdə belə buyurulur:
… Kim könüldən bir yaxşılıq etsə, bu da özü üçün xeyirlidir. Oruc tutmağınız, -əgər bilsəniz- sizin üçün daha xeyirlidir. (Bəqərə surəsi, 184)
Namazları və orta namazını (üstlərinə düşərək, vasvasılıq göstərərək) qoruyun və Allaha könüldən boyun əyicilər olaraq (namaza) durun. (Bəqərə surəsi, 238)
Gerçək budur ki, İbrahim (tək başına) bir ümmət idi; Allaha
könüldən yönəlib itaət edən bir muvahhiddi və o müşriklərdən deyildi.
(Nəhl surəsi, 120)
Allah Quranda göstəriş üçün infaq edən və ya göstəriş üçün namaz qılan insanlar olduğunu xəbər verir. Ancaq ayələrdə xəbər verildiyi kimi, namaz qılan, oruc tutan, zəkat verən, itaət edən bir insanın əsl olaraq niyyəti, ürəyindən keçirdikləri əhəmiyyətlidir. Bu insanlar namaz qılarkən Allahı düşünmür, Onun qarşısında nə qədər aciz və boyun əyən olduğunu düşünmədən yalnız ağızlarıyla dua və təsbehlər edə bilərlər. Və ya bir insan həmişə yaxşılıq edir, məktəblər açıb, kasıblara kömək edə bilər. Ancaq bu insan əgər bu etdiklərini, Allahın özündən məmnun olmasını diləyərək, Allaha qarşı aciz və möhtac olduğunu düşünərək, axirətdən qorxaraq etmirsə, etdikləri Allah qatında qəbul edilməyə bilər.
Allah insanların kəsdikləri qurbanların qanlarının deyil, təqvalarının Ona çatacağını bir ayədə belə bildirir:
Onların ətləri və qanları qəti olaraq Allaha çatmaz, ancaq sizdən Ona təqva çatar. Allah sizi doğru yola yönəltdiyi üçün (sizə həccin əməllərini göstərdiyi üçün) Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhamməd) Ehsan edənlərə (Cənnətlə) müjdə ver. (Həcc surəsi, 37)
Bir çox insanın ən əhəmiyyətli yanılmalarından biri, yalnız əməl olaraq etdiklərindən sorğulanacaqlarını zənn etmələridir. Halbuki Allah insanın niyyətindən, düşüncələrindən, ürəklərində gizlədiklərindən də sorğulanacağını bildirir.
Göylərdə və yerdə nə varsa Allahındır. İçinizdəkini aşkar etsəniz də, gizləsəniz də, Allah sizi onunla sorğuya çəkər. Sonra dilədiyini bağışlayar, dilədiyinə əzab verər. Allah hər şeyə güc yetirəndir. (Bəqərə surəsi, 284)
Allah hər insanın ürəyini, düşüncəsini, şüuraltını, insanlardan gizlədiklərini ən yaxşı biləndir. Allah insan ilə ürəyi arasındadır. Bu səbəbdən insan Allahdan heç bir şeyini gizlədə bilməz. Ağlından keçən bir şübhə, vəsvəsə, möminlər haqqındakı gerçək düşüncələri, Quran haqqındakı inancı, ibadətləri edərkən ağlından keçənləri Allah tək-tək bilməkdə və bütün bunlar mələklər tərəfindən yazılmaqdadır. Məsələn, əgər bir ibadəti həvəssiz edirsə, içindən mənfi düşüncələr keçirsə, Allah bunu bilər. Və insan hər birini axirət günündə qarşısında görəcək. İnsanın qurtuluşunun yollarından biri, ürəyinin təmiz olması, dini səthi deyil, ürəyində, düşüncələrində səmimi olaraq yaşamasıdır. Qısa və keçici bir həyat üçün, axirətdəki sonsuz və gerçək həyatı gözardı etməsi böyük bir ağılsızlıq olar. Allahın dünya həyatının keçiciliyi haqqında insanları xəbərdar etdiyi ayələrdən bəziləri belədir:
Ey qövmüm, həqiqətən, bu dünya həyatı, yalnız bir əmtəə (qısa davamlı bir faydalanma)dır. Şübhəsiz, axirət (əsl) qərar qılınan yurd odur. (Mömin surəsi, 39)
Gerçək budur ki, bunlar, tez keçməkdə olan (dünyan)ı sevirlər. Önlərində olan ağır bir günü buraxırlar. (İnsan surəsi, 27)