Delfinlər hər nəfəs aldıqda ciyərlərinin 80-90% -ni hava ilə doldurarlar. Halbuki, bir çox insan üçün bu nisbət ancaq 15% qədərdir. Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli bir hərəkətdir. Yəni biz necə hərəkət etməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxusu əsnasında beyninin sağ və sol yarım kürələrini təxminən on beş dəqiqə arayla növbəli istifadə edər. Bir yarım kürə yatarkən, digər yarım kürə səthə çıxaraq heyvanın nəfəs almasını nəzarət edər.
Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran bir başqa dizayndır. Canlı bu quruluş sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətli üzə bilir. Müasir gəmilərin burunlarında da delfinin ağzına bənzəyən bir çıxıntı vardır. Bu hidrodinamik dizayn, gəmilərin sürətini də eynilə delfinlərdəki kimi artırır.
Həmrəylik əsasında qurulan sosial həyatları
|
Delfinlər çox böyük qruplar halında yaşayır. Təhlükəsiz bir qoruma üçün dişilər və balalar belə bir qrupun ortasında olurlar. Qrupun xəstə üzvü tək buraxılmaz, ölənə qədər qrupun içində saxlanılar. Bu güclü həmrəylik bağı, yeni bir bala qrupa qatıldığı ilk gündən etibarən başlayar. Delfin balaları ilk öncə quyruqları çölə çıxacaq formada doğulurlar. Bu sayədə doğum tamamlanana qədər balanın havasızlıqdan ölməsinin qarşısı alınar. Ən sonda delfinin başı doğum kanalından çıxan kimi ilk nəfəsini alması üçün sürətlə su səthinə çıxarılır. Ümumiyyətlə, kömək məqsədiylə ana delfinə başqa bir dişi delfin də yoldaşlıq edər. Dişi delfin doğumdan sonra balasını əmizdirər. Süd əmmək üçün dodağı olmayan bala anasının qarınındakı bir yarıqdan çıxan iki süd qaynağından bəslənər. Bu bölgəyə kiçik ağız zərbələriylə toxunduğu zaman fışqıran südlə bəslənər. Bala hər gün onlarla litr süd içər. Bu südün 50% -ni yağ təşkil edir (inəklərdə isə südün 15%-i yağdır). Bunun sayəsində, bədən temperaturunu nizamlamaq üçün lazımlı olan dəri yağı sürətlə meydana gəlir. Sürətli suya enmə əsnasında digər dişilər balanı aşağı doğru itələyərək köməkçi olurlar. Ayrıca, balaya ov və sonarını istifadə etməyi də öyrədirlər. Bu illərlə sürən bir təhsil mərhələsidir. Bəziləri illərcə sevdikləri bir ailə üzvünün arxasından ayrılmazlar. 30 il boyunca bu belə davam edə bilər.
Vurğunun (dekompressiya) qarşısını alan sistem
Delfinlər insanlarla müqayisə edilə bilməyəcək qədər dərin sulara dala bilərlər. Bu mövzudakı rekord balinakimilər dəstəsindən olan Amber (Kaşalot) balığına aiddir. Amber balığı bir nəfəs almada 3000 metr dərinliyə dala bilər. İstər delfinlər, istərsə də balinalar bu tip dalmalara uyğun gələn bir dizaynda yaradılmışlar. Palitra şəklindəki quyruqları suya dalmağı və səthə çıxmağı kifayət qədər asanlaşdırır. Dalmaq üçün yaradılmış başqa bir dizayn da heyvanın ciyərlərində gizlidir: Heyvan dərinə daldıqca üzərindəki suyun ağırlığı, yəni təzyiqi artar. Bu təzyiqi nizamlamaq üçün ciyərlərinin içindəki hava təzyiqini də getdikcə artırır. Ancaq bu hava təzyiqi tədricən çox yüksək dərəcələrə çıxır. Eyni təzyiq bir insan ciyərini tətbiq olunsa, ciyər parçalanıb dağılar. Məhz bu təhlükəyə qarşı delfinlərin bədənlərində çox xüsusi müdafiə sistemi yaradılmışdır: Delfinlərin ağciyərindəki bronxlar və hava kisəcikləri təzyiqə qarşı son dərəcə dayanıqlı qığırdaq halqalarla qorunmuşdur. Delfinlərin bədənlərindəki bir başqa yaradılış nümunəsi isə, vurğun təhlükəsinə qarşı alınan tədbirdir. Dalğıclar su səthinə sürətli çıxışlarda təzyiq fərqindən qaynaqlanan bu təhlükəylə qarşılaşırlar. Vurğunun səbəbi ağciyərlərə sorulmuş olan havanın ani bir şəkildə qana qarışaraq damarların içində qaz qovuqcuqları meydana gətirməsidir.
Bu qovuqcuqlar qan dövranındakı nizamı pozaraq ölüm təhlükəsi meydana gətirər. Balinalar və delfinlər isə bizlər kimi ağciyərləri ilə tənəffüs etmələrinə baxmayaraq belə bir problemlə əsla qarşılaşmazlar. Bunun səbəbi, dərinlərə dalarkən insanlar kimi hava ilə dolu olan ciyərlə deyil, boş ciyərlə hərəkət etmələridir. Ciyərləri hava ilə dolu olmadığı üçün bu havanın təzyiq dəyişikliyi səbəbiylə qana qarışması və dolayısilə "vurğun yemə" təhlükəsi ilə qarşı-qarşıya qalmazlar. Amma əsl sual burada ortaya çıxır: Əgər ciyərlərini hava ilə doldurmurlarsa, oksigensiz qalıb boğulmaqdan necə xilas olurlar? Bu sualın cavabı bu canlıların əzələlərindəki yüksək nisbətdəki "miyoqlobin" zülalıdır. Bu miyoqlobin zülalları çox yüksək miqdarda oksigen molekulunu öz üzərlərinə birləşdirir və mühafizə edirlər. Yəni canlı üçün lazım olan oksigen ciyərdəki havada deyil, birbaşa əzələlərin içində saxlanır. Delfinlər və balinalar bunun sayəsində uzun müddət nəfəs almadan üzər və istədikləri qədər də dərinliyə dala bilərlər. İnsanlarda da miyoqlobin zülalı vardır, amma çox daha az nisbətdə olduğu üçün, eyni üzmə sərbəstliyini təmin edə bilmir. Delfin və balinalara xas olan bu biokimyəvi nizamlama, əlbəttə şüurlu bir dizaynın açıq dəlilidir. Allah, hər canlı kimi dəniz məməlilərini də içində olduqları şərtlərə ən uyğun bədən quruluşları ilə yaratmışdır.
Delfinlər insan qulağının qəbul edə bilməyəcəyi ölçüdə (20.000 hers və daha yüksək) səs dalğaları yayarlar. Bu yayılmanı başın ön hissəsində "qovun" olaraq adlandırılan bir bölgədən qaynaqlanır. Heyvan başını hərəkət etdirərək dalğaları istədiyi istiqamətə doğru yönləndirə bilər. Sonar dalğası bir maneə ilə qarşılaşdığı zaman dərhal əks olunaraq geri dönər. Alt ağız qəbuledici vəzifəsini yerinə yetirərək əks olunmanı daxili qulağa göndərər. Daxili qulaq da məlumatları beyinə göndərər. Bu məlumatlar beyində təhlil edilər və şərh olunar.