Bəziləri ayədə “zinət” kəlməsi ilə nəzərdə tutulanın “muncuq, bəzək əşyaları” olduğunu iddia edə bilirlər ki, bu da bəzi “hədislərə” əsaslanaraq gətirilən izahların yanlışlığını və qəribəliyini göstərir. Bu təəccüb doğuran iddiaya görə bir kişi elə vəhşi bir instinktlə yaşayır ki, bir muncuğa baxmaq belə onun nəzarətdən çıxmasına kifayət edir. Bu zehniyyətə görə də muncuqlar qadağan edilir ki, olduqca vəhşi bir varlıq olan “kişi” özünü cilovlaya bilsin! Bu ağılsız məntiq xurafatçıların əslində müsəlman kişiyə olan münasibətini də göstərir. Halbuki müsəlman kişi Allah’dan qorxan varlıqdır. Haram olan davranışları qadağan olunduğu üçün deyil, Allah istəmədiyi üçün etmir. Müsəlman kişi açıq bir qadın və ya bir ovuc muncuq gördüyü üçün özünü itirən, nəzarətdən çıxan, heyvani instinktləri ilə yaşayan bir varlıq deyil. Bunu iddia etmək müsəlman kişiyə edilmiş çox böyük təhqirdir. Həmin izahlar əslində xurafatçıların vəhşi zehniyyətlərinin anlaşılması baxımından çox vacibdir. Xurafatçıların izahlarını bir kənara qoyub yalnız Qurana müraciət edəndə isə ayədə keçən zinət kəlməsinin nə mənada işləndiyini çox aydın görürük.