Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!
(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, - dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir. (Ənam surəsi, 137-138)
Zənnə, rəvayətə uyur, atalarımızdan, əcdadımızdan belə eşitdik deyirlər. Peyğəmbər (s.ə.v) adına da yalan danışır, ondan eşitdik deyirlər. Bunu etməyəni küfrlə ittiham edirlər. "Dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə"; içindən çıxılmaz bir din meydana gətirir. Minlərlə haram, qadağan, qarmaqarışıqlıq yaradırlar. Allah o dövrdə bunların haram çıxarma texnikalarından nümunələr verir.