Kürdlər illər boyunca dağınıq halda yaşadıqları ölkələrdə ölüm-dirim mübarizəsi aparan Yaxın Şərqin dəyərli və önəmli xalqıdır. İnqilabdan sonra İranda, Səddam dövründə İraqda əziyyət görmüş, Suriyada bu günə qədər vətəndaşlıq hüququ belə əldə edə bilməmişlər. Kürd xalqı Türkiyədə də ağır şəraitdə yaşamış, həm PKK terror təşkilatının, həm də Türkiyə dövləti içindəki dərin dövlət tərəfindən assimilyasiyaya məruz qalmışdır. Dərin dövlət vətənpərvər kürdləri belə işgəncə və zorakılığa məruz qoyarkən təqribən 40 ildir Türkiyədə terror hadisələri törədən kommunist terror təşkilatı PKK-nın qətl etdiyi insanların böyük əksəriyyətini kürdlər təşkil edir.
İllər boyu əziyyət görən bu xalq İraqda Məsud Bərzani dövründə rahat nəfəs almış, Türkiyədə isə dərin dövlətin ifşası ilə bir az rahatlamışdır. Ancaq PKK terror təşkilatı Türkiyədə mövcud «çözüm sürəci» çərçivəsində dağlardakı terroru dayandırmış kimi görünsə də, artıq KCK adı altında şəhərə enmiş, konstitusiyası, mühakimə və təhlükəsizlik sistemi olan qeyri-qanuni dövlət formasına bürünmüşdür. Türkiyədəki bu təhdid bəlkə başqa bir yazının mövzusu ola bilər. Bu məqamda Suriya kürdlərinə nəzər yetirmək yerində olacaq. Çünki terror təşkilatının Türkiyədə yaratmağa çalışdığı dövlət sistemi Suriyada çoxdan reallaşıb.
90-cı illərdə türk ordusunun güclü müdaxiləsi nəticəsində PKK militanları liderləri ilə birlikdə Suriyaya qaçmaq məcburiyyətində qaldı. Suriya isə 1999-cu ildə türk dövlətinin təzyiqi ilə 40 min türk əsgərinin ölümünə səbəb olan və təşkilat daxilində 18 mindən artıq edam həyata keçirən PKK terror təşkilatının lideri Öcalanı ölkədən çıxarmağa məcbur oldu. Terror təşkilatı Suriya kəşfiyyatı olan əl-Muhaberata təhvil verilmiş, terroristlərin bir hissəsi PKK-nın mərkəzi olan Şimali İraqdakı Kandil dağlarına gedərkən, Suriyada qalanlar Bəəs rejimi tərəfindən təşkilatlandılar. 2003-cü ildə Demokratik Birlik Partiyası (PYD) adını alan hərəkat Öcalanın təşkilatı PKK-dır. Təşkilat Öcalanı lider olaraq qəbul etdiyini və qanuni idarəçilik olaraq Konqra-Gel-ə, yəni PKK-ya bağlı olduğunu açıqlamışdır (Konqra-Gel- PKK-nın ABŞ və Avropa tərəfindən terror siyahısına salınmasından sonrakı yeni adıdır).
Həmsədrlik sistemindən istifadə edən PYD-nin bir başçısı Öcalanla eyni süfrəni bölüşən, nitqlərini Öcalan posteri arxasında verən Salih Müslim, digər başçısı isə PKK-nın mərkəzi bazası olan Kandildə yaşayan qadın militanlardan Asya Abdullahdır. Əmrlər Kandildəki PKK rəhbərlərindən gəlir. PYD-nin silahlı gücünün adı isə YPG-dir.
Suriyadakı kürd xalqı İraqdakıların əksinə proletariat diktaturasını qurmağı qarşısına məqsəd qoyan leninist terror təşkilatının nəzarəti altındadır və ciddi şəkildə təzyiq görür. Məşhur düşüncə mərkəzlərindən biri olan «Crisis Group» PYD-nin öz ideologiyasına inanmayan, dindar, sadə kürd xalqına amansızcasına əziyyət verdiyini son hazırladığı hesabatında bildirmişdir.1 “Human Rights Watch» təşkilatı 2014-cü il tarixli 108 səhifəlik hesabatında isə Suriyada Kobani və Əlcəzirə kantonlarında regiona hakim olan PYD güclərini qanunsuz həbslər, hüquqların pozulması, qatı açılmamış cinayətlər və adam oğurluğu ilə bağlı təqsirli hesab edir. Məhkumların hər hansı bir qərar olmadan həbs edildikləri, vəkilləri ilə görüşmələrinin qarşısının alındığı, işgəncələrə məruz qaldıqları və ədalət mühakiməsi önünə çıxarılmadıqları qeyd edilmişdir. Müxalif olan hər səs demək olar ki, susdurulmağa çalışılıb. Həbsdə şübhəli ölüm hallarının sayı isə həddindən artıqdır. Həmin hesabatda PYD-nin Türkiyədəki PKK terror təşkilatının bir hissəsi olduğu açıq şəkildə vurğulanır, baş verənlərin narahatlıq verici olduğu bildirilir.2
Qərb jurnalistlərinin də müşahidələri maraqlıdır:
«Daily Beast»da Jamie Dettmer Suriyada kürd bölgəsi idarəçiliyini “PKK-nın Suriya qanadını təşkil edən despot PYD” olaraq tanımlamış və bu şəkildə dəyərləndirmə aparmışdır:
“Kobanili kürdlər PYD-ni xalqın içində tənqid etmə məsələsində çox diqqətlidirlər, intiqam alınmasından qorxurlar. Təşkilatı tənqid edənlərin heç biri adlarının deşifrə edilməsini istəmir. Partiya (PYD) müxaliflərə həyatı çox çətinləşdirir”.
“Kobanidəki döyüşçülərin böyük əksəriyyəti suriyalı kürdlər deyil, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq tanınan PKK üzvləri, Kobanidə atəş əmri verən komandirlər, mühasirə zamanı qadın döyüşçülərin rolunu dünyaya tanıtmaq üçün müsahibə verən Qərb mediasına göstərildiyi kimi, yerli liderlər filan deyillər. Bunlar, əslində, yerli xalqın kandil kürdləri dediyi insanlardan ibarətdir. Kandil Şimali İraqda yerləşən Türkiyədən də 30 kilometrlik bir sahədən içəri girən, separatçı hərəkatın hərbi təlim düşərgələrini əhatə edən PKK-nın dağdakı sığınacağına işarə edir ".3
Oxşar hadisə keçən həftələrdə Tel Abyad bölgəsində də baş verdi. Bölgə türkmənlərindən Jomah Ahmed YPG-nin gəlib evlərini və əşyalarını ələ keçirdiklərini, bölgənin özlərinə aid olduğunu söylədiklərini bildirir və bu şəkildə əlavə edir: “Bizi kəndimizi tərk etməyə məcbur etdilər və “bura artıq Rojovadır” dedilər”.4
Bu məqamda Suriya Kürd İslam Cəbhəsi (Cephetül İslami Kurdi) Lideri Ebu Abdullahın, “Əsəd zindanlarından çıxdıq, PYD zindanlarına düşdük, ikisi də bizim üçün eynidir”5 sözlərini yada salmaq yerində olacaq. Belə ki, 2011-ci ildə Türkiyəyə gələn ilk kürd qaçqınların Suriyada Əsəddən deyil, PYD-nin təzyiqindən qaçdıqlarını da xatırlatmaq lazımdır.
PYD-nin Əsəd rejiminə dəstəyi isə başqa mövzudur. Türkiyədə davam edən KCK işinin ittiham hökmündə Öcalanın 2011-ci ilin aprel ayında vəkilləri vasitəsilə Bəşər Əsədə əməkdaşlıq təklifi məktubu göndərdiyi, məktubda PYD-yə ölkənin şimalında veriləcək idarəçilik səlahiyyəti qarşılığında təşkilatın rejimi dəstəkləyəcəyini ifadə edildiyi bilgisi yer alır.6 Dolayısilə PYD ABŞ-a göz qırparkən, əslində, Əsəd üçün çalışır.
Qeyd edək ki, bizim Suriya və ya İraqda kürd dövləti qurulmasına heç bir etirazımız yoxdur. Hətta cənab Bərzaninin Türkiyə tərəfindən daha güclü dəstəklənməsi, qoruma altına alınması və dövlətinin gücləndirilməsi tələbimizdir. Cənab Bərzaninin və kürd qardaşlarımızın İsrail dəstəyi bəyəndiyimiz və Yaxın Şərqdə olmalı olan bir mənzərədir. Türkiyə də eyni mövqedə olmalı, İsrail dövləti ilə ittifaqını mütləq gücləndirməlidir.
Lakin Suriyada PYD/YPG dəstəyi çox riskli bir məsələdir. PKK təqribən 40 ildir ki, bölgədə kommunist Şimali Koreya modeli qurmağı planlaşdıran bir təşkilatdır və hazırda bunu Suriyadakı daxili qarışıqlıqlardan istifadə edərək ABŞ və Avropa İttifaqının terror siyahısında olmayan PYD qolu ilə həyata keçirməyə çalışır. Həmin təşkilat "hələ ki" ABŞ tərəfdarı kimi görünür, lakin ABŞ və İsrail kimi imperialist ölkələrə kin bəsləyir (PKK təşkilat bəyannaməsində bu imperialist ölkələrin məhv edilməsi şərti var) və dünya miqyasında bütün kommunist ölkə, qrup və partiyalardan dəstək alır. Bəəs dəstəyinin də arxa planı budur. Buna görə də ABŞ-ın dəstəyi ilə PKK nəzarətində qurulacaq kommunist kürd dövləti, xüsusilə, Türkiyə kimi strateji bölgədən Yaxın Şərq, Qafqaz və Avropaya giriş qapısı əldə edəcək və kürdlərdən başlayaraq bütün dünyaya kabus yaşadacaq.
Bu məqamda dəqiq fərqləndirmək lazımdır ki, kürdlər üstün dəyərimiz, namusumuz, dostumuz, qardaşımızdır. PKK/YPG/PYD isə kürd millətçiliyindən alət kimi istifadə etməyə çalışan, kommunist şiddət dövlətini arzulayan terror təşkilatıdır. Suriyadakı vəziyyəti qiymətləndirərkən bunu ayırd etmək və təhlükənin anlaşılması vacibdir.
1. http://www.crisisgroup.org/en/regions/middle-east-north-africa/syria-lebanon/syria/151-flight-of-icarus-the-pyd-s-precarious-rise-in-syria.aspx
2. http://www.hrw.org/news/2014/06/18/syria-abuses-kurdish-run-enclaves
3. http://www.thedailybeast.com/articles/2015/06/02/town-the-u-s-helped-save-now-run-by-terrorists.html
4. http://www.mcclatchydc.com/2015/06/13/269821/ethnic-cleansing-charged-as-kurds.html#storylink=cpy
5. http://www.timeturk.com/tr/2013/08/01/esed-in-zindanlarindan-ciktik-pyd-zindanlarina-girmeyiz.html#.VJZcxsBGo
6. http://ajanshaber.com/-ypg-pkk-tarafindan-kuruldu-haberi/132098
Adnan Oktarın «Jerusalem Post»da dərc olunan məqaləsi:
http://www.jpost.com/Opinion/Prevent-the-rise-of-a-North-Korea-style-Kurdish-dictatorship-408405