Canlıların ən əsas struktural vahidi olan hüceyrələr insanı heyrətə salacaq dərəcədə mürəkkəbdir. Tək bir hüceyrənin varlığı qədər, hüceyrənin içindəki harmoniya və əməkdaşlıq da son dərəcə diqqətçəkicidir. Hüceyrənin quruluşu və içindəki sistemlər araşdırılıb yeni detallar tapıldıqca bu qüsursuz sistem daha dəqiq anlaşılır.
Tək bir hüceyrəni bütün çalışma sistemləri, kommunikasiya şəbəkəsi, nəqliyyatı və idarəçiliyi ilə böyük bir şəhərə bənzətmək olar. Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar; Həyat üçün zəruri olan ferment və hormonları istehsal edən zavodlar; Hasil ediləcək bütün məhsullarla bağlı məlumatların qeydiyyatda olduğu məlumat bankı; Bir regiondan digərinə xammalı və məhsulları nəql edən kompleks daşıma sistemləri, boru kəmərləri; Kənardan gələn xammal növlərini işə yarayacaq parçalara ayıran inkişaf etmiş laboratoriya və zavodlar; Hüceyrənin içinə daxil olunacaq və ya xaric ediləcək materialların giriş-çıxış nəzarətini edən ixtisaslaşmış hüceyrə membranı proteinləri bu mürəkkəb quruluşun yalnızca bir hissəsini təşkil edir.
Şəhərlərdəki kimi hüceyrələrin içində də sanki “sallar üzərində hərəkət edən”, “insan kimi yeriyən”, “əl-ələ tutuşan” molekulların, “orqanoidləri daşıyan tırların” səbəb olduğu intensiv nəqliyyat axını vardır. Ancaq bu axın şəhərlərdəki tıxac qarışığının əksinə, hüceyrə içində mükəmməl bir nizam içində baş verir.
Sözügedən mükəmməl nizamı gözlər önünə sərən bir araşdırma, keçdiyimiz günlərdə Exeter Universitetində baş tutdu və nəticələri “Nature Communications” jurnalında nəşr olundu. Bu araşdırma ilə orqanoidlərin hüceyrə daxilindəki bölgüsünün necə gəldi olmadığı enerjiyə əsaslanan bir hərəkətlilik nəticəsində yarandığı ilk dəfə ortaya qoyuldu.
Məlum olduğu kimi orqanoidlər hüceyrədə olan və öz içində xüsusiləşmiş funksional vahidlərdir. Orqan orqanizm üçün nə mənaya gəlirsə, orqanoid də hüceyrə üçün eyni mənaya gəlir. Hər bir orqanoidin hüceyrənin həyatda qalmasını təmin edəcək xüsusi vəzifələri vardır. Bu orqanoidlərin hüceyrə içində paylanmasındakı nizam da diqqətçəkicidir. İndi hüceyrə içindəki bu paylanmanın necə baş verdiyini ortaya qoyan araşdırmanın nəticəsinə qısaca nəzər salaq.
Orqanoidlərin paylanması ATP (Adenozintrifosfat) adlı xüsusi bir molekul vasitəsilə baş verir. Qidalardan əldə edilən enerji əvvəl ATP-lərdə toplanır. Sonra da hüceyrənin içində baş verən bütün istehsal və daşıma proseslərində bu enerjidən istifadə edilir. Əslində ATP yoldakı tırlar kimi xüsusi yüklər daşıyan bir maşının, yəni hüceyrədəki molekulyar motorların yanacağıdır. Tırların müəyyən bir yükü daşıması kimi orqanoidlər də ehtiyaca görə hüceyrə daxilində bir yerdən başqa yerə bu yanacaq sayəsində daşınırlar. Daşıma prosesi zamanı digər orqanoidlər də həm sürüklənir, həm də hərəkətlərini daha da artıran bir turbulentliyinin təsiri altına girir. Lakin bu hərəkətlər heç vaxt təsadüfi şəkildə olmur. Orqanoidlər hüceyrənin bir tərəfində yığılıb qalmaz, necə gəldi paylanmaz, bir sözlə qarışıqlıq yaratmazlar. Tam əksinə, hüceyrə komponentlərinin bu şəkildə qarışdırılması; orqanlar arası qarşılıqlı təsirin təmin olunması və ən əhəmiyyətlisi də hüceyrənin həyatda qalması üçün lazımdır.
Məsələ ilə bağlı, araşdırmanın başında duran Böyük Britaniyadakı Exeter Universiteti Hüceyrə Biologiyası bölməsindən Professor Gero Steinberg belə şərh etmişdir:
“Çox insan daha əvvəllər orqanoidlərin necə gəldi paylandığını güman edirdi, çünki elə görünürdü. Araşdırmamız hüceyrələrin özlərini təşkil etmə yollarına dair yeni bir əsas prinsipi ortaya qoydu. Orqanoidlər bu bərabər paylanmanı yaratmaq üçün enerjidən istifadə edirlər. Bu, orqanoidlərin hüceyrə daxilində bir-biri ilə qarşılıqlı təsir içində olmalarına imkan verir”.1
Əgər bu araşdırmadan əvvəl iddia edildiyi kimi orqanoidlər daşınma zamanı təsadüfi olaraq paylansa idi, bəzi xəstəliklər ortaya çıxardı. Belə ki, orqanoidlərin hüceyrə içində bərabər paylanmayaraq bir yerdə yığılıb qalmaları Zellweger sindromu adı verilən ölümcül bir xəstəliyə səbəb olur. Bu xəstəliyə yoluxan uşaqlar bir yaşına çatmamış həyatlarını itirirlər. 2
Təkamülçülər tək bir zülal molekulunun belə necə meydana gəldiyini açıqlaya bilməzkən, hüceyrənin təsadüflər nəticəsində öz-özünə əmələ gəldiyini iddia etməyə davam edirlər. Təkamülçülərin çıxılmaz vəziyyətləri zülalların və ya hüceyrənin necə olub təsadüflər nəticəsində meydana gəldiyini açıqlamaqla da məhdud deyil. Orqanoidlərin daşınmalarındakı nizam kimi, minlərlə mexanizmin daha necə yarandığına, cansız molekullar necə bu qədər şüurlu, bilik və ağıl tələb edən planlar qura bilməsinə bir açıqlama verməlidirlər.
Exeter Universitetinin apardığı bu yeni elmi-tədqiqat işi orqanoidlərin hüceyrə daxilində təsadüfi bir şəkildə paylanmadığını, bunları idarə edən bir ağıl olmadan heç vaxt bir yerdən başqa bir yerə köçə bilməyəcəklərini göstərir. Şübhəsiz, hüceyrə içindəki bu qüsursuz nizam, ağılı və şüuru olmayan orqanoidlərin təsadüflər nəticəsində qazandığı bir qabiliyyət deyil. Tam əksinə, Uca Allahın sonsuz qüdrətinin, yaratma sənətinin ən gözəl nümunələrindən biridir. Allah bir ayədə belə buyurur:
“Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır”. (Ənam surəsi, 102)
MƏNBƏLƏR:
1. University of Exeter. “How to organize a cell: Novel insight from a fungus.” ScienceDaily, 2 June 2016. www.sciencedaily.com/releases/2016/06/160602083246.htm
2. Femke C. C. Klouwer, Kevin Berendse, Sacha Ferdinandusse, Ronald J. A. Wanders, Marc Engelen and Bwee Tien Poll-The. “Zellweger spectrum disorders: clinical overview and management approach.” Orphanet Journal of Rare Diseases, 2015; 10: 151