Hz. Mehdi (ə.s)-ın varlığını göstərən dəlillər
ucgen

Hz. Mehdi (ə.s)-ın varlığını göstərən dəlillər

1005

"Hər kəsin (hər cəmiyyətin) üzünü çevirdiyi bir istiqamət vardır. Elə isə xeyirlərdə yarışın. Hər harada olursunuz olun, Allah sizləri bir araya gətirəcək. Şübhəsiz, Allah hər şeyə qadirdir." (Bəqərə surəsi, 148)

Kuleyni Əbu Cəfərin: "bu ayə Qaim Mehdinin dostlarına aiddir" dediyini ifadə edir.

(Ravdatul-kafi, səh. 260;  Iyaşi, ət-Təfsir, I. 66)

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?" (Fussilət surəsi, 53)

Yenə Kuleyni bu ayədə Qaim Mehdinin Allah qatından göndərilməsinin nəzərdə tutulduğunu rəvayət edir.

(Ravdatul-kafi, səh. 312)

 "Həqiqətən onun xəbərini bir zaman sonra öyrənəcəksiniz." (Sad surəsi, 88)

Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.

(Ravdatul-kafi, səh. 239,240)

"Bizim çətinlikli-əzabımızı hiss etdikləri zaman, oradan böyük bir sürətlə uzaqlaşıb qaçırdılar. "Uzaqlaşıb qaçmayın, içində olduğunuz rifaha və yurdlarınıza qayıdın, çünki, sorğuya çəkiləcəksiniz." (Ənbiya surəsi, 12-13)

Kuleyni bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir.

(Hz. Mehdi insanlara zülm edən dəccalları fikirlə tamamilə təsirsiz hala gətirəcək.)

(Ravdatul-kafi, səh. 44)

 "Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər." (Cin surəsi, 24)

Bu hadisə İbrahim əl-Quminin təfsirində ifadə etdiyinə görə Qaim Mehdinin ortaya çıxması ilə reallaşacaq.

(Iyaşi, age., II. 390)

  "O gün onlar bu səsi həqiqətən eşidəcəklər. Bu qəbirlərdən çıxma günüdür." (Qaf surəsi, 42)

Yəni, insanlar Qaim Mehdinin göydən səsini eşidərlər.

(Hz. Mehdi dövründə televiziyalarda və peyk vasitəsilə yayımın olması göydən Hz. Mehdinin səsinin necə eşidiləcəyini açıqlayır. Doğrusunu Allah  bilir.)

(Iyaşi, age., II. 390)

 "Müşriklər istəmə də, dini (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur." (Tövbə surəsi, 33)
 Allah içinizdən iman edənlərə və saleh əməl edənlərə vəd etmişdir: Heç şübhəsiz, onlardan əvvəlkiləri necə güc və iqtidar sahibi etdisə, onları da yer üzündə güc və iqtidar sahibi edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini möhkəmləndirəcək və onları qorxularından sonra təhlükəsizliyə çıxaracaq. Onlar yalnız Mənə ibadət edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Kim bundan sonra inkar etsə,  onlar fasiqdir. (Nur surəsi, 55)
Biz isə, yer üzündə gücdən salınanlara lütf etmək, onları öndərlər etmək və varislər etmək istəyirik. (Qəsəs surəsi, 5)

Bu ayələrin hamısında sözü gedənin Qaim Mehdi olduğu şərh edilmişdir.

"Kitabda İsrailoğullarına bu hökmü verdik: "Şübhəsiz, siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz olduqca böyük təkəbbür göstərəcəksiniz. Necə ki, o iki fəsaddan birincisinin vaxtı gələndə olduqca qüvvətli olan qullarımızı üzərinizə göndərdik (sizi) evlərin aralarına qədər girib araşdırdılar. Bu yerinə yetirilməsi lazım olan bir söz idi. Sonra onlara qarşı sizə təkrar güc və qüvvət verdik..." (İsra surəsi, 4-6)

Kuleyni el-Kafidə Əbu Abdullahdan bu ayənin Qaim haqqında olduğunu rəvayət edib.

(Kuleyni, Ravdatul-kafi, səh. 175)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo