Peyğəmbərimizin (səv) təmizliyə əhəmiyyət verməsi
ucgen

Peyğəmbərimizin (səv) təmizliyə əhəmiyyət verməsi

1755

Ürək və əxlaq təmizliyi qədər bədən, paltar, məkan və yediyi yeməklərin təmizliyi də müsəlmanların ən diqqətə çarpan xüsusiyyətlərindəndir. Bir müsəlmanın saçları, əli, üzü, bədəninin hər yeri daim tərtəmiz olmalıdır. İşlədiyi və ya yaşadığı məkanlar da hər zaman yığcam, təmiz, xoş ətirli, təmiz havalı və rahatlıq verici olmalıdır. Möminlərin bu xüsusiyyətlərinə ən gözəl nümunə yenə Peyğəmbərimizdir (səv) Allah  bir surədə Peyğəmbərimizə (səv) belə buyurmuşdur:

 

“Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et! “ (Muddəssir surəsi, 1-5)

 

Allah Quranda möminlərə təmiz olan şeylərdən yemələrini bildirmiş, Peyğəmbərimizə (səv) də təmiz olan şeylərin halal olduğunu möminlərə bildirməsini söyləmişdir:

 

"Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm!”   (Muminun surəsi, 51)

 

“Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.”   (Maidə surəsi, 4)

 

Peyğəmbərimiz (səv) bir hədisində də möminlərə təmiz olmağı belə nəsihət etmişdir:

"Müsəlmanlıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin, Çünki cənnətə təmizlər girər."

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr