Canlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.
Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.
Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Məsələn, 100 amin turşusu daşıyan bir zülal molekulu E.coli bakteriyasının hüceyrəsində 5 saniyədə sintez edilir. Bu o qədər böyük sürətdir ki, yer üzündə belə sürətlə bütün istehsal prosesini tamamlayan fabrik yoxdur. Bu sürət canlı üçün çox vacibdir. Çünki həyatın davam etdirilməsi üçün hüceyrələrdə hər an bir çox zülala ehtiyac olur.
Zülal sintezlənməsi zamanı bir çox zülal eyni anda fəaliyyət göstərir. Hüceyrələrin içində zülal sintezi üçün bütün lazımi hissələr qüsursuz şəkildə işləyir. 80-dan çox ribosom zülalı, 20-dən çox amin turşusu xəbərçisi olan molekullar, 12-dən çox köməkçi ferment, 100-dən çox son əməliyyatları həyata keçirən ferment, 40-dan çox RNT molekulu olmaqla təqribən 300 makromolekul mütəşəkkil şəkildə zülal sintezində işliyir. Böyük mühəndis briqadasının belə çətinliklə təşkil edəcəyi bu qüsursuz istehsal prosesi 0.001 mm-dən də kiçik sahədə, bundan çox kiçik yüzlərlə molekulun sıx fəaliyyətilə həyatın davam etməsini təmin edir. Bu prosesdə fəaliyyət göstərən molekullardan biri olmasa, bütün istehsal prosesi zədələnər. Bu da zülal sintezinin canlılardakı “reduksiyaedilməz kompleks” sistemlərdən biri olduğunu göstərir. Belə bir sistemin tərkibindən bir hissə çıxarılsa, bütün sistem pozular. Məsələn, hasilatı başa çatdıran və sintezlənən yeni zülalı istehsal prosesindən çıxaran zülalın olmaması sintezlənmə prosesini pozmaq üçün kifayətdir. Bu qədər planlı və mütəşəkkil şüurla özünü göstərən proses ancaq Allah’ın yaratmasıyla mümkündür.
Bu istehsal prosesində iştirak edənlər hüceyrənin orqanoidləri və molekullardır. Bu molekulların quruluşunu tədqiq etdikdə daha kiçik molekullar olan amin turşuları və bunların da kökündə şüursuz, cansız atomların olduğunu görürük. Karbon, hidrogen, oksigen, azot kimi atomların birləşməsilə əmələ gələn bu quruluş vahidləri gözlənilməz ağıl və şüurla insanların bacarmadığı əməliyyatları həyata keçirirlər.
Bəs şüursuz atomlara şüurlu hərəkətləri etdirən, atomları atom professorlarından daha müvəffəq edən nədir? Bu, cansız, şüursuz atomların və molekulların özündən qaynaqlanmır. Bütün bu varlıqları “göylərdən yerə qədər hər işi idarə edib yoluna qoyan” Allah qüdrəti ilə hərəkət etdirir.