Adnan Oktarın 6 dekabr 2010-cu il tarixli Kahramanmaraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR : 36-cı ayə, Əhzab surəsi "Allah və elçisi, bir işə hökm verdiyi zaman", Peyğəmbərimiz (s.ə.v) bir şey söyləyir, Allah Quranda bir şey söyləyir. "Mömin bir kişi və mömin bir qadın üçün o işdə öz istəklərinə görə seçmə haqqı yoxdur". Nə dedisə, o eyni şəkildə bu Mehdi (ə.s)-da da belə olacaq. Mehdi (ə.s) nə desə eynisi tətbiq olunacaq. Mehdi (ə.s) ilə xalq mübahisə etməyəcək. Müşavirə edər Mehdi (ə.s) məlumat alar, amma hökm onundur. Bir şey söylədiyində, ona uyğun hərəkət ediləcək. Hz. İsa Məsihdə də elədir. Müşavirə edər, danışar, amma hökmü verdiyində, bitdi.