Peyğəmbərimiz (səv) möminlərə olan sevgisinin və bağlılığın bir nəticəsi olaraq onların səhvləri üçün Allahdan bağışlanma diləmişdi. Allahın Peyğəmbərimizə (səv) bu mövzudakı əmrləri isə belədir:
“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən Allah Bağışlayandır, Rəhimlidir” (Mumtəhənə surəsi, 12)
“Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir” (Muhəmməd surəsi, 19)
" Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr , onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən Allah Bağışlayandır, Rəhmlidir" (Nur surəsi, 62)
Allah Tövbə surəsində isə Peyğəmbərimizə (səv) möminlər üçün dua etməsini belə bildirir:
"Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir" (Tövbə surəsi, 103)
Ayədə bildirildiyi kimi, Peyğəmbərimizin (səv) duası möminlər üçün hüzur və rahatlığa vəsilə olmuşdur. Bunu heç unutmamaq lazımdır ki, ürəyə dinclik və rahatlıq verən yalnız Allahdır. Allah möminlərin vəlisi, qoruyucusu olaraq vəkil etdiyi Peyğəmbərinin duasını möminlərin rahatlığı və dincliyi üçün vasitə etmişdir. Rəbbimizin şəfqəti, mərhəməti, möminləri himayə edən və qoruyan olması ən çox Peyğəmbərimizin (səv) əxlaqında təzahür edir.
Peyğəmbərimiz (səv) bir sözündə möminlərə dua haqqında əhəmiyyətli bir mövzunu belə xatırlatmışdır:
"Razılıqdan əmin olaraq Allaha dua edin."
“Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!” (Yunus surəsi, 26)