ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (17 DEKABR 2010)
ADNAN OKTAR: "Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan..."-yəni dərin həyəcan, dərin diqqətlə-" yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma." Baxın, bu ayə çox əhəmiyyətli bir ayədir. Çox əhəmiyyətlidir. Hər ayə əhəmiyyətli, lakin bu ayə də çox əhəmiyyətlidir. "Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan…" Baxın, diqqət edin qorxaraq (ürpərərək), dərin diqqətlə, yalvararaq, ürəkdən, içindən gələrək, dərin coşğu ilə, Allah eşqiylə, dərin bir sevgiylə, haqqıyla Allahdan qorxaraq Rəbbini zikr et və "Qafillərdən olma." Belə bir dua bütün dünyanı dəyişdirər. Çox zəruridir inşaAllah.