“Bu dua, zəmanəmizin əfəndisi hz. Mehdi (ə.s) və onun zühuru üçün oxunan duadır. Allaha, hz. Mehdi (ə.s)-ın zühurunun bir an əvvəl reallaşması üçün dua edilər. Xüsusilə sabah namazında oxunar və hz. Mehdi (ə.s)-ın sağlığına da dua edilər.”
Bismillahir rəhmanir rəhim
Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur; Allahın salatı və kamil salamı, Onun Peyğəmbəri, əfəndimiz hz. Məhəmməd (s.ə.v)-ə və onun pak soyuna olsun.
... Haradadır, o hidayət və itrət ailəsinin (əhli beytin) xaricində olmayan olan Bakiyyətullah (Mehdi);
Haradadır, o zalımları təsirsiz etmək üçün (Allah tərəfindən) hazırlanılan kimsə;
Haradadır, o azğınlıq və əyrilikləri düzəltmək üçün gözlənilən öndər;
Haradadır, o zülm və təcavüzü yox etmək üçün ümid edilən rəhbər;
Haradadır, o fərzləri və sünnələri yenidən həyata keçirmək üçün qorunan lider;
Haradadır, o dini geri gətirmək üçün seçilən;
Haradadır, o kitabı (Quranı) və hökmlərini (Quran əxlaqını) əhya etməsi ümid edilən;
Haradadır, o din təlimlərini və din əhlini dirildəcək olan;
Haradadır, o təcavüzkarların şövkət (əzəmətini) qıracaq olan;
Haradadır, o şirk və nifaq binalarını (nizamini) (mənəvi) yıxacaq olan;
Haradadır, o fasiq, üsyankar və tağutları (fikrən) yox edəcək olan;
Haradadır, batilin və bölücülüyün budaqlarını (elmlə, fikirlə) kəsəcək olan;
... Haradadır, o yalan və böhtan şəbəkələrini qoparacaq olan;
... Haradadır, o dostlara izzət verib, düşmənləri zəlil edəcək olan;
Haradadır, o sözləri təqva üzərinə birləşdirəcək olan;
Haradadır, o Allaha doğru açılan tək qapı (səmimi imana vəsilə) olan;
Haradadır, o Allah dostlarının (övliyanın) istiqamətləndiyi Allahın üzü (sevdiyi qulu) olan;
Haradadır, o yer və göyü bir-birinə bağlayan vəsilə olan;
Haradadır, o fəth gününün sahibi və hidayət bayrağını göylərə çəkəcək olan;
Haradadır, o islah və razılığı bir araya toplayacaq olan;
... Haradadır, o özünə zülm və iftira edənlərə qarşı qələbə qazanacaq olan;
Haradadır, o dua edəndə, duası qəbul olan;
Haradadır, o yaradılanlardan ehsan və təqva sahiblərinin öndəri olan;
Haradadır, o Mustafa peyğəmbərin oğlu;
Haradadır, o Murtəza Əlinin oğlu;
Haradadır, o üstün məqam sahibi Xədicənin oğlu;
Haradadır, o Fatiməi Zəhranın oğlu?
Atam, anam və mən sənə fəda olum;
Canım sənə yönələn bəlalara sipər olsun.
Ey Allahın dərgahına yaxın olan böyüklərin oğlu,
Ey kərəm sahibi soyluların oğlu;
Ey hidayətə qovuşmuş hidayətçilərin oğlu;
Ey təmiz seçilmişlərin oğlu;
Ey soylu cahan mərdlərin oğlu;
Ey təmiz qılınmış təmizlərin oğlu;
Ey seçilmiş comərdlərin oğlu;
Ey ulu əfəndilərin oğlu,
Ey aydınladan bədirlənmiş ayların oğlu;
Ey işıq saçan çıraqların oğlu;
Ey axan ulduzların oğlu;
Ey parlaq ulduzların oğlu;
Ey açıq-aşkar yolların oğlu;
Ey aşkar nişanələrin (açıq əlamətlərin) oğlu;
Ey kamil elmlərin oğlu;
Ey cari (keçərli) sünnələrin oğlu;
Ey menkul (anladılan, daşına bilən) təlimlərin oğlu;
Ey mövcud möcüzələrin oğlu;
Ey görünən dəlillərin oğlu;
Ey Dosdoğru Yolun oğlu;
*(Dosdoğru yol, hz. Əlinin adıdır.)
Ey Böyük Xəbərin oğlu;
**Qurani Kərimin Nəbə surəsində keçən Böyük Xəbərə işarə edilir.
Ey Allah Qatında Ümmül kitabda (əsl kitab) adı uca və həkim olanın oğlu;
Ey ayələrin və açıq hüccətlərin oğlu;
Ey açıq-aşkar, nurlu əlamətlərin oğlu;
Ey yetərli hüccətlərin oğlu;
Ey bol nemətlərin oğlu;
Ey “Taha” və “Muhkəmat”ın (sağlamların, qüvvətlilərin) oğlu;
Ey “Yasin” və “Ez- Zariyatın” oğlu;
Ey “Et-Tur” və El-Adiyyatın” oğlu;
Ey Aliyyül Alaya (hər şeydən uca olan uca Allaha), aralarında iki yaydan bəlkə daha az bir məsafə qalacaq qədər yaxınlaşanın oğlu;
...Çətinlik və bəlanın məni yox, həmişə səni (hz. Mehdi (ə.s)-ı) əhatələmiş olması mənə çox pis təsir edir.
Canım fəda olsun sənə, ey ehtiras sahibinin qəlbindəki arzu;
Canım fəda olsun sənə ey bənzəri olmayan izzət sərkərdəsi.
Canım sənə fəda olsun ey əl çatmayan şövkət (əzəmətin) və şərəfin qurucusu.
Canım sənə fəda olsun ey ucalığına əl çatmayan nemət qaynağı.
Canım sənə fəda olsun ey bərabəri olmayan şərəf sahibi.
Hansı vəsflərlə səni vəsf edim;
Hansı dillə səninlə razu-niyaz edim.
Xalqın sənə sahib çıxmaması, bəla və üzüntülərin başqalarının başına yox, sənin başına gəlməsi mənə çox pis təsir edir.
Görəsən səninlə tanışlığa nail ola bilmənin bir yolu var mı? Görəsən bizim bu günümüz, senin sabahına qovuşacaq mı ki, biz də razı olaq?
Nə vaxt sənin o doydurucu çeşmələrinin başına gəlib doya-doya içmək bizə nəsib olacaq?
Nə vaxt sənin o şirin suyundan doyunca içəcəyik; həqiqətən susuzluq müddəti çox uzandı.
Nə vaxt sənin hüzurunda olub hər səhər və axşam sənin səfərinlə gözlərimiz aydınlanacaq?
Nə vaxt sən bizi, biz də səni (hz. Mehdi (ə.s)-ı) (mənəvi) zəfər bayrağını dalğalandırdığın vəziyyətdə görəcəyik?
Məgər sənin xalqın liderliyini üzərinə götürərək yer üzünü ədalətlə doldurduğunu, düşmənlərinə (elmi) məğlubiyyəti daddırdığını ... mütəkəbbirləri (fikrən) dağıtdığını, zalımları təsirsiz etdiyini görüb səni əhatə edərək: “Əl-Hamdu lilllahi Rəbbil Aləmin” deməyimiz bizə nə vaxt nəsib olacaq?
Allahım! Sən qəlblərdən qəm, və kədərləri alansan; çözüm Sənin Qatındadır. Bu sıxıntılar girdabındakı həqir qulunun fəryadına yetiş,
Ey imdad istəyənlərin imdadına yetişən; əfəndisini (hz. Mehdi (ə.s)-ı) ona göstər də bununla üzüntü və pərişanlığını yox et. Ey müdhiş qüvvətlər sahibi; qəlbindəki yanğını söndür; ey Ərşə istiva edən və dönüş və nəticə özünə olan Allah.
Allahım! Bizlər, Səni və Peyğəmbərini xatırladan vəlinin (hz. Mehdi (ə.s)-ın) zühuruna müştaq olan həqir qullarınız; onu (hz. Mehdi (ə.s)-ı), bizlər üçün sığınacaq olaraq yaratdın; onu, bizə dayaq və sığınacaq etdin; və onu, bizlərdən mömin olanlara (mənəvi) öndər etdin. Bizdən tərəf ona cansağlığı və salam çatdır; Bununla bizə ehtiramını artır; onun (hz. Mehdi (ə.s)-ın) qərar tapdığı yerdə bizi də yerləşdir; Onu bizim qarşımıza salmaqla bizə verdiyin nemətini tamamla; ta ki bizi öz cənnətlərinə daxil edəsən və xalis bəndələrindən olan şahidlərlə dost olmağa müvəffəq edəsən.
... Allahım! Onunla (hz. Mehdi (ə.s) ilə) haqqı bərqərar et, batili yox et; dostlarına yol göstər; düşmənlərini zəlil et. Bizimlə onun (hz. Mehdi (ə.s)-ın) arasında elə bir əlaqə yarat ki, onun əcdadları ilə yaşayışımızı təmin etsin. Bizləri Onun ətəklərinə tutanlardan və onların kölgəsində yaşayanlardan qıl. Bizi, onun boynumuzdaki haqlarını təslim etməyə, itaətində ciddi olaraq işləməyə və əmrindən çıxmamağa müvəffəq eylə. Onun razılığını bizə ehsan eylə. Onun (hz. Mehdi (ə.s)-ın) şəfqət, mərhəmət və xeyir duasını bizə lütf buyur ki, bizlər bu vəsilə ilə Sənin geniş rəhmətinə və Qatından olan səadətə qovuşaq!
... Kərəmli üzünlə bizə yönəl, Sənə olan təkərrübümüzü (yaxınlaşmağımızı) qəbul et, bizə rəhmət gözü ilə nəzər et; elə bir rəhmət ki, onun (hz. Mehdi (ə.s)-ın) vəsiləsi ilə yanındakı kəramətinə kamil olaraq qovuşaq; Sonra o nəzərini öz səxavətinlə bizdən çevirmə və bizə onun cəddinin hovuzundan, onun (hz. Mehdi (ə.s)-ın) badəsi və onun əli elə nuşcanlıqla doya-doya içirt ki, artıq ondan sonra heç bir zaman susamaqdan söhbət belə getməsin, ey sevgililərin ən şəfqətlisi”.