Daha səmimi və daha çox inanaraq dua etmək...
ucgen

Daha səmimi və daha çox inanaraq dua etmək...

1931

Allah insana istədiyi hər mövzuda Allahdan kömək istəmək və dua etmək imkanı vermişdir. Allah səmimi qullarının dualarına mütləq cavab verəcəyini vəd etmişdir. Bu, Allahın bizə böyük bir lütfü və nemətidir.

Səmimiyyətdə çox böyük sirlər vardır. İnsan hər hansı bir işin həyata keçməsini çox istəyə bilər və Allahdan bunu  çox diləyərək dua edə bilər. Ancaq duada tələb olunan səmimiyyət bu deyildir. Buradakı, sadəcə olaraq insanın istədiyi şeyə diqqətini cəmləməsi və ürəkdən onu arzulamasıdır. Duada əsl lazım olan səmimiyyət isə Allaha qarşı bəslənən şiddətli səmimiyyətdir. Allahı çox sevmək, çox inanmaq, Allahın sözlərinə və vədlərinə heç şübhə etmədən inanmaq, Allahın sonsuz ağıl sahibi olduğunu bilmək və Allahın ən gözəlini yaradacağından tam əmin olmaq...

Bir insan Allahın sonsuz gücünü, sonsuz ağlını, sonsuz sevgisini, sonsuz şəfqət və mərhəmətini, sonsuz lütfkarlığını, sonsuz bağışlayıcılığını və istədiyi an istədiyi hər şeyi heç bir səbəb olmadan yaradacağını lazımı qədər təqdir edə bilirsə və bütün bu həqiqətlərə olan inancında qətiyyən şübhəyə yer vermirsə, ancaq o zaman səmimi dua edə bilər.

Cəmiyyətdə Allaha tam inanmayan, ancaq şübhə ilə də olsa (Allahı tənzih edərik), zaman-zaman Allahın adını anan bir çox insan vardır. Bu şəxslər Allaha ibadət etməyərək və Quran əxlaqını yaşamayaraq Allaha həqiqi inanmadıqlarını açıqca göstərərlər. Ancaq, dünya şərtləri daxilində bir hadisədə istədikləri nəticəni əldə edə bilməyəcəklərini gördükdə, ya da sıxıntı, çətinlik, xəstəlik kimi problemlərlə qarşılaşdıqlarında Allahın adını anmağa başlayarlar. Əlbəttə ki, burada səmimiyyət yoxdur. Bu, insanların ancaq düşdükləri çıxılmaz vəziyyətdən qurtulmaq üçün Allaha olan müvəqqəti və səthi yönəlmələridir.

Allah Quranda bu kimi insanların davranışını müxtəlif ayələrdə bildirmişdir. Normal şərtlərdə Allahı heç düşünməyən, Allahı heç anmayan, Allaha şükür etməyə, ibadət etməyə, Allahdan qorxub çəkinməyə heç ehtiyac duymayan (Allahı tənzih edərik) insanlar  zahirən çarəsiz olduqlarını hiss etdikləri anlarda “yalnızca Allahın adını anıb, yalnızca Allahdan kömək diləyərlər”:

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”. (Ənam surəsi, 63-64)

Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur. (Əl-İsra surəsi, 67)

Allah ayələrdə göstərilən insanların dualarını eşidib onlardan sıxıntını götürdüyündə onlar yenidən imansızlıqlarına və şirk içərisindəki həyatlarına geri dönərlər. Allahın sonsuz gücünü, qullarına olan yaxınlığını, sevgisini, şəfqətini, qorumasını çox açıq gördükləri halda yenə də səmimi olmazlar, yəni həqiqi mənada iman etməzlər.

Bəzi insanlar da Allaha iman edər və Allahın adlarının təcəssümünü gün boyunca həyatlarında açıq aşkar görərlər. Allahın nə qədər böyük lütf sahibi olduğunu, iman edənləri necə bir gözəl həyatla yaşatdığını, hər bir insana nə qədər sonsuz nemət və ruzilər verdiyini çox açıq anlayarlar. Ancaq, bəzən dua edərkən bu həqiqətlərdən qəflətə düşərlər: “Allahın dualarını mütləq qəbul edəcəyi inancını” mühafizə edə bilməzlər. Hadisələri Allahın sonsuz gücünə görə deyil, dünya şərtlərinə, hadisələrin inkişafına, texniki həqiqətlərə baxaraq dəyərləndirərlər. Öz ağıllarına uyğun olaraq, həyat və baş verəcək hadisələr haqqında qəti diaqnozlar qoyar  və öz dünya görüşlərinə görə müəyyən nəticələr çıxararlar. Məsələn,“2+2 cəmi qəti olaraq 4 edər  və bu misalın bundan başqa nəticəsinin olması mümkün deyil” kimi müəyyən texniki məsələlərə müraciət edərlər. Nəticədə, bu texniki həqiqətlərə olan inanclarıdualarında da əks olunar. Allahdan bir şey istədikləri halda, bir tərəfdən də bunun dünya şərtləri daxilində mümkün olmayacağı ilə əlaqədar qəti bir inanca sahibdirlər.

(Allahı tənzih edərik) Bu inancdakı insanlar Allaha “bəlkə alındı” məntiqi ilə dua edərlər. “Mən bu hadisələrin necə inkişaf edəcəyini onsuz da bilirəm, nəticə konkret olaraq bu olacaq, amma bəlkə hadisələr tərsinə dönər deyə bir dua edim” kimi bir anlayışla Allaha yönələrlər. Bu düşüncə ilə, əslində, ehtimallarının həyata keçməsi üçün dua etdiklərindən xəbərdar deyillər. Çünki, belə bir insanın əsl inandığı və dəstdəklədiyi fikir özünün gəldiyi nəticələrdir. İstədiyi şeyin həyata keçməsi üçün lazım olan vəziyyət isə tamamilə bunun tərsidir. Allaha qəti şəkildə güvənərək və Allahın istədiyi hər şeyi yarada biləcəyinə çox inanaraq dua etmək...

Səmimi imanın və səmimi duanın ən vacib şərtlərindən biri dünya həyatının zahiri üzünə aldanaraq gəlinən nəticələri beynindən atmaqdır. Allahın sonsuz ağlının yanında, özünün məhdud və səthi ağıla sahib olduğunu bilməsidir. Allahın istədiyi hər şeyi yaratmasındakı sonsuz gücünün yanında öz acizliyini görməsidir. Hadisələrin zahiri tərəfləri ilə daxili həqiqətlərinin eyni olmadığını və bunların ancaq Allahın biləcəyini qavramasıdır. Texniki həqiqətlərə baxaraq gəlinən nəticələrin çox vaxt səhv ola biləcəyini, Allahın gücünün bütün bunlardan üstün olduğunu anlamasıdır. Bir insan qəlbində Allaha qarşı dərin bir sevgi, inam və təslimiyyət yaşayırsa, Allahın bu insan üçün hər bir hadisəni ola biləcək ən xeyirli şəkildə nəticələndirəcəyini unutmamalıdır. Allahın sıxıntı və ehtiyac içərisində olan səmimi bir quluna mütləq rəhmət göstərəcəyindən əmin olmalıdır.

Allah Quranda istədiyi təqdirdə hər şeyin mümkün ola biləcəyini çox açıq şəkildə bildirib. Allah ən çətin anlarda, heç bir çıxış yolunun olmadığına aid çox açıq faktlar olduğu hadisələrdə gözlənilməz yerlərdən qullarına köməklik göstərmişdir. Allah istədikdə, çox az sayda olan cəmiyyət böyük saydakı cəmiyyətə qalib gəlir. Fironun əsgərləri ilə dəniz suyu arasında çıxılmaz vəziyyətdə qalan İsrail oğullarına və Hz.Musaya (ə.s) Allah heç gözləmədikləri şəkildə qurtuluş yolu açmışdır. Yaşı irəlilədiyi və xanımının da doğuşa əlverişli bir yaşda olmadığı halda Allah peyğəmbərin soyunu davam etdirəcək bir uşaq vermişdir. Allah bir balığın qarnındakı peyğəmbərə oradan çıxıb xilas olmaq imkanı yaratmışdır. Allah kimsənin görə bilməyəcəyi bir quyunun dibinə atılmış peyğəmbərinə oradan qurtulmaq üçün şərait yaratmışdır. Quranda Allahın sonsuz gücü və səmimi qullarına olan köməyi ilə bağlı bir çox xəbərlər verilmişdir. Bütün bu nümunələrin bir hikməti də Allahın sonsuz gücünü, sonsuz rəhmətini və istədiyi insanlara heç gözləmədikləri yerlərdən köməklik göstərə biləcəyini göstərməsidir.

Allah Ona qəlbən, səmimiyyətlə inanan, qeyd-şərtsiz, heç bir şühbə duymadan tam bir təslimiyyətlə güvənən kimsənin bütün dualarını eşidəcəyini Quranda belə xəbər vermişdir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (əl-Bəqərə Surəsi, 186)

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin Surəsi, 60)

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml Surəsi, 62)

Nuh Bizə yalvarıb yaxardı. Biz necə də gözəl cavab verənik. (Saffat Surəsi, 75)

Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf Surəsi, 55)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr