Peyğəmbərimiz (səv) qövmünə özünün də bir insan olduğunu xatırlatmışdır
ucgen

Peyğəmbərimiz (səv) qövmünə özünün də bir insan olduğunu xatırlatmışdır

873

İnkar edənlərin əsas xüsusiyyətlərindən biri qürurdur. Bu qürurları səbəbindən Allahın elçilərinə itaət etməyi rədd etmiş və itaət etməmək üçün müxtəlif bəhanələr uydurmuşlar. Bu bəhanələrinin biri isə elçilərə ancaq fövqəlbəşər bir varlıq olsalar, itaət edəcəklərini bildirmələridir. Peyğəmbərimiz (səv) isə qövmünə özünün Allaha qul olan bir insan olduğunu, onların bu gözləntilərinin yersiz olduğunu və qurtuluşa çatmaq üçün Allaha yönəlmələrini söyləmişdir. Bu mövzudakı Quran ayələrində Allah  Peyğəmbərimizə (səv) bunları söyləməsini əmr etmişdir:

 

De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (Kəhf surəsi, 110)

(Ya Rəsulum!) De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı, (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”  De: “Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini) görəndir!”. (İsra surəsi, 95-96)

Peyğəmbərimiz (səv) qövmünə özünün də müsəlman olmaqla və Allaha itaət etməklə əmr olunduğunu və özünün yalnız xəbərdar etməklə məsul olduğunu, inkar edənlərin rəftarlarından məsul tutulmayacağını da bildirmişdir. Bunu xəbər verən ayələr belədir:

 


(Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir! Və mənə Quran oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”  (Nəml surəsi, 91-93)

 

“(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!  Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!”. (Nəhl surəsi, 127-128)

 

 

“Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər”. (Ənam surəsi, 124)

 

 

“Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.”. (Ali İmran surəsi, 120)

 

 

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr