Şri Lanka hind okeanında bir adadır. Qısa bir müddət əvvəl dünya gündəminə buddistlərin müsəlmanlara hücum etməsi ilə girdi.
20 milyon əhalisi olan Şri Lankanın 70%-i buddistdir. Müsəlmanlar isə ölkənin ən böyük azlığı və əhalinin 10%-ni təşkil edir. Ölkədəki digər azlıqlar isə hindu və xristianlardır.
Şri Lankada millətçi buddist qrup Bodun Bala Sena ölkənin cənubundakı Aluthgama şəhərində mitinq təşkil etdi. Bu mitinqdən dərhal sonra Aluthgama və Dhargada baş verən şiddət hadisələrində dörd müsəlman qətlə yetirildi, yüzlərlə insan yaralandı, müsəlmanlara aid onlarla ev və iş yeri yandırıldı, dağıdıldı.
Hadisələr Şri Lankanın cənub-qərbində başladı. Bəzi buddist rahiblər Jaffna bölgəsində Navanthurai kəndinin məscidində və Jaffna Universitetinin məscidinə hücum etdi. Paytaxt Colombonun 25 kilometr cənubunda Panadurada da müsəlmanlara aid “No Limit” adlı mağaza şəbəkəsinin bir şöbəsi atılan molotof kokteyli ilə yandırıldı.
Maraqlısı odur ki, hadisə yerinə gələn iki yanğınsöndürən maşında yanğını söndürəcək su yox idi və lazımi suyu ətraf ərazilərdə də tapa bilməmişdilər. Bu hadisə Şri Lanka mediasında son günlərdə artmağa başlayan hücumlarda polisin laqeydliyinin olduğuna dair xəbərlərlə birləşdirdikdə müsəlmanların mütəşəkkil şəkildə hücuma məruz qaldığını göstərir. Onsuz da dövlət başçısı Mahinda Rajapaksanın qardaşı və eyni zamanda Müdafiə Naziri Gotabhaya Rajapaksanın ictimaiyyət qarşısında Bodun Bala Senaya verdiyi dəstək də hər kəsə məlumdur.
Şri Lankada buddistlərlə müsəlmanlar arasındakı gərginlik bir neçə il əvvəllə söykənir. Ölkədə 30 il davam edən qarşıdurmaların ardından buddistlər 2009-ci ildə etnik azlıq olan tamilləri məğlub edə bildi. İfrat sağçı Bodun Bala Sena (yerli dildə "Buddist İqtidar Gücləri" deməkdir) vətəndaş müharibəsində dövlətin tərəfində olduğundan müsəlmanları hədəf almağa başladı. Halbuki Şri Lankadakı müsəlmanlar əhalinin az bir hissəsini təşkil edir və həm iqtisadi, həm də siyasi cəhətdən zəifdirlər, üstəlik sülh yönümlü davranırlar. Qısası, buddistlər üzərində təzyiq olaraq qəbul edilə biləcək bir xüsusiyyətləri yoxdur.
Şinhalese buddist çoxluqdan gələn bu qrup ölkədə təkcə müsəlmanlara deyil, tamil və xristianlara qarşı bəslədikləri nifrətlə tanınırlar. Hücumları qızışdıran rahib Aşin Wirathu özünü “Buddist bin Laden” olaraq adlandırır.
Əslində ortada maraqlı bir vəziyyət var. Çünki buddizm dünyada zorakılıqdan ən çox uzaq dinlər arasındadır. Buddist rahiblərə öyrədilən əxlaqi dəyərlərin ən vaciblərindən biri öldürməmək prinsipidir. O zaman niyə buddist rahiblər xalqı müsəlmanlara qarşı qızışdıracaq çıxışlar edir və hətta onlarla insanın öldürüldüyü hadisələrə şəxsən qatılırlar? Eyni sual Birmada müsəlmanlara zülm edən buddistlərə də aiddir.
Ölkədəki ən radikal rahiblərdən biri olaraq tanınan 37 yaşındakı Galagoda Atte Gnanasaranın bir çıxışı “Youtube” adlı internet saytında yerləşdirilib. Qarşıdurmalardan bir müddət əvvəl yayımlanan və buddistləri müsəlmanlara qarşı qızışdıran bu video əslində hücumların səbəbini açıqlayır. Gnanasara çıxışında "Bura buddist bir ölkədir. Niyə çoxmədəniyyətli bir cəmiyyət olaraq adlandırmağa çalışırlar? Hər kəs buddist mədəniyyətin çətiri altında yaşaya bilməz" deyə bildirir. Müsəlmanların halal qida həssaslığını ələ salan radikal rahib müsəlmanlara aid iş yerlərinə hücum təşkil edilməsinə çağırır. Gananasara buddist hücumları davam etdirmələrini istəyərək, bu qarşıdurmaların müsəlmanların sonu olacağını da iddia edir.
İstər Burma, istərsə də Şri Lankadakı buddistlər vaxtilə müstəmləkəçilərin onlara qarşı tətbiq etdikləri təzyiq və təcrid metodunu indi müsəlmanlara qarşı edirlər. Müsəlmanların burada məruz qaldığı hücumlar dini fanatizmdən çox ideoloji təhriklərin nəticəsidir. Hücumları təşkil edənlər də irqçiliyə söykənən təcavüzkar millətçilik anlayışına sahibdirlər.
Bu millətçilik anlayışı insanın öz millətini sevməsi və onun üçün çalışması olaraq bilinən mülayim millətçilik anlayışından çox fərqlidir. Təcavüzkar millətçilik öz millətinin bütün digər millətlərə təzyiq etməsini, onları əzməsini, kölələşdirməsini hədəf alır. Faşist olaraq xarakterizə edilən təcavüzkar millətçilər millətçilik anlayışını, döyüş, işğal, qırğın kimi siyasi əməllərə və "qan tökmə" hədəfinə alət etməkdən çəkinmirlər.
Bu gün dünyadakı fərqli modellərdə insanların qarşısına çıxan faşist axınların tanınması, bunların əsl mənşəyinin və məqsədlərinin ortaya çıxarılması faşizm təhlükəsinə qarşı alınmış əhəmiyyətli bir tədbir olacaq. Bu sayədə bəzən "dindar" imicinə bürünən faşizmin bu maskasının endirilməsi, faşizmin əslində tamamilə haqq dinə qarşı bir sistem olduğunun ortaya çıxarılmasını da təmin etmiş olacaq.
Vicdan və ağıl sahibi hər insan yer üzündə fitnə-fəsad çıxaran, sülhü və təhlükəsizliyi pozmağa cəhd hər cür güc və ideologiya ilə elmi və fikri bir mübarizə aparmalıdır. Çünki sülh və təhlükəsizlik Allah'ın insanlara əmridir. Allah Quranda belə buyurur:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)
Adnan Oktarın Harakah Daily-də nəşr olunan məqaləsi: