Peyğəmbərimiz (səv) Allahın əmrinə tabe olaraq möminlərlə müşavirə edər, onların fikirlərini öyrənərdi. Bu mövzunun əmr edildiyi ayə belədir:
Peyğəmbərimiz (səv) möminlərin də fikirlərini öyrəndikdən sonra qərarını verər və nəticəsi üçün Allaha təvəkkül edərdi. Unudulmaması lazım olan çox əhəmiyyətli bir həqiqət alınan qərarların hamısının Allah qatında əvvəldən müəyyən olmasıdır. Allah taledə hər qərarı və hər qərarın nəticəsini təyin etmişdir. Bir mövzu haqqında məsləhətləşmə və sonra mövzunu bir hökmə və yaxud nəticəyə bağlamaq isə möminlər üçün bir ibadətdir. Peyğəmbərimiz (səv) bu həqiqəti bilərək möminlərlə danışmış, qərarını vermiş, ancaq qərarın nəticəsi üçün Allaha güvənərək, Allahın ən xeyirli nəticənin yaradacağını bilmişdir.
Məsləhət etmək möminlər üçün də gözəl və xeyirli nəticələr gətirə biləcək bir davranışdır. Hər şeydən əvvəl məsləhət edən adam təvazökar davranaraq gözəl əxlaq göstərir. Məsələn, Peyğəmbərimiz (səv) ümmətinin içində ən çox ağla sahib, ən bəsirətli və ən fərasətli olan adamdır. Buna baxmayaraq, ətrafındakılarla danışması, onların fikirlərini öyrənməsi, onların bir mövzuya gətirəcəkləri həllərin nələr olacağını soruşması onun nə qədər təvazökar bir insan olduğunun göstəricisidir.
Möminlər də hər mövzuda təvazökarlıq göstərib, "bunu məndən yaxşı onsuz da kim bilər" demədən digər şəxslərlə müzakirə etdikdə bunun xeyir və gözəlliklərini bir çox baxımdan görəcəklər. Beləliklə, Peyğəmbərimizin (səv) bir rəftarını tətbiq edib ona bənzəyəcəklər, möminlərə göstərdikləri təvazökarlıq və hörmət səbəbindən də Allahın və möminlərin sevgisini qazanacaqlar. Bütün bunlarla yanaşı, ağıllarını bəyənmək kimi bir bəladan uzaqlaşacaqlar. Həmçinin Allah Quranda “Şübhəsiz ki, bu açıq-aydın bir sehrdir!”– dedilər. (Yunus surəsi, 76) şəklində bildirir. Bu səbəbdən insan yalnız öz ağlına güvənməyib, başqalarının ağıl, düşüncə və məlumat təcrübələrindən faydalananda daha yaxşı nəticələr əldə edə bilər. Peyğəmbərimiz (səv) möminlərə bir-birləri ilə müşavirə etmələrini belə xatırlatmışdır:
"Kim bir işə girişmək istəyərsə və bu barədə müsəlman biri ilə məsləhətləşsə və qəti qərara gəlsə, Allah onu işlərin ən doğrusuna müvəffəq edər"
Allahın Quranda insanlar üçün göstərdiyi hər yol və Peyğəmbərimizin (səv) timsalında gördüyümüz hər rəftar bizim üçün ən xeyirlisi və ən gözəlidir. Məsləhət etmək bunlardan biridir. Bu səbəbdən Allahın əmrlərini çox yaxşı bilmək və Peyğəmbərimizi (səv) çox yaxşı tanımaq, ibadətlərimizi ən gözəl şəkildə yerinə yetirmək və ən gözəl əxlaqa sahib olmaq üçün çox əhəmiyyətlidir.
“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-Məhfuzda) olmasın” (Yunus surəsi, 61)
De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Yaxud O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)