Menidae familiyasına daxil olan bu balıq növünə xüsusilə Sakit okeanında tez-tez rast gəlinir . Canlının , Senozoik zamanına ( 65 milyon il – günümüzə ) aid bir çox qalıq nümunəsi toplanmışdır. Xüsusilə Monte Bolca Yaranmanda olan Mene Maculata növü qalıqlar sözügedən canlıların milyonlarla ildir dəyişmədiyini göstərən əhəmiyyətli bir nümunədir. Mene balıqlarının həmişə eyni qaldıqlarını göstərən bunun kimi bir çox qalıq olmasına baxmayaraq, balıqların təkamülçülərin iddia etdiyi kimi digər canlılardan törədiyini göstərən heç qalıq yoxdur . Darvinistlərin balıqların necə ortaya çıxdığı mövzusundakı iddialarının heç bir dəlilə əsaslanmadığını İngilis Təbiət Tarixi Muzeyi səlahiyyətlilərindən J. R. Norman bu sözlərlə ifadə edir: "Bu zamana qədər əldə edilən geoloji qeydlər, balıqların mənşəyinə dair heç bir dəlil irəli sürməyib . " (JR Norman, " Classification and Pedigrees : Fossils , A History of Fishes ", British Museum of Natural History, 1975, s 343)