Hz. Mehdi (ə.s.) Allahın izni ilə bütün yer üzünə İslam əxlaqını hakim edəcək, böyük və ehtişamlı bir elmi mübarizə icra edəcək və görülməmiş bir müvəffəqiyyət əldə edəcək. İnsanları din əxlaqından uzaqlaşdıran və inkarlarına vəsilə olan darvinizm və materializm kimi ideologiyaları fikirlə yerlə-bir edəcək, insanlar axın-axın din əxlaqını yaşamağa yönələcək. Bu böyük mübarizəsi əsnasında, dəccaliyyət hz. Mehdi (ə.s) əleyhinə saysız tələ quracaq, onu haqsız yerə həbsə atacaq, böhtanlarla qorxutmağa çalışacaq, hətta canına belə qəsd edəcək. Ancaq hz. Mehdi (ə.s.) Allahın mühafizəsi altındadır və Allahın izni ilə heç bir tələ ona zərər verə bilməyəcək. Zahirən çətinlik və maneələr kimi görünən vəziyyətlər belə, hz. Mehdi (ə.s)-ın daha da güclənməsinə, dünya səviyyəsində təsirinin daha da artmasına səbəb olacaq. HZ. MEHDİ (Ə.S) ƏSLA MƏĞLUBİYYƏTLƏRƏ UĞRADILMAYACAQ, ALLAHIN İCAZƏSİYLƏ HƏMİŞƏ QALİB GƏLƏCƏKDİR. Hz. Mehdi (ə.s)-ın məğlubiyyətə uğramayacağını işarə edən ayələrdən biri də belədir: