OYNAQ MAYESİNDƏKİ MÖCÜZƏ
ucgen

OYNAQ MAYESİNDƏKİ MÖCÜZƏ

2500

Oynaq mayesi, insanın hərəkət edə bilməsini təmin edən, vasitələrdən sadəcə biridir.

 

Hərəkət edə bilməyimiz üçün, sümüklər, əzələlər, bunların çalışması üçün də beyin, həzm orqanları, qan dövranı, sinir sisteminin olması zəruri şərtlərdəndir. Bütün bu sistemlər öz daxillərində kompleks və mükəmməldir. Amma bütün bunlar yaradılıb da, sümüklər arasındakı oynaqlarda olan oynaq mayesi yaradılmamış olsaydı, hərəkət etməmiz mümkün olmazdı. Kiçicik belə görünsə oynaq mayesinin, əhəmiyyətli xüsusiyyətinin olması, Allahın yaratmasındakı son dərəcə incə hesablara söykənən, planlı və mükəmməl olduğunu göstərməyə kifayət edir .

 

Qolumuzu və ya ayağımızı oynadarkən niyə ağrı hiss etmirik, heç düşünmüsünüz? Mütəmadi sürtünmənin olduğu sümüklərdə normal şərtlər daxilində aşınmaların olması və bunun nəticəsində ağrı hissinin meydana gəlməsi lazım olduğu halda bu, baş vermir. Bunun səbəbi oynaqların arasında sürtünməyə maneə törədən oynaq mayesinin olmasıdır. Bu maye sürüşkənliyi təmin edərək oynaq səthindəki aşınmanın qarşısını alır. Biz də Rəbbimizin bədənimizdə yaratdığı bu qüsursuz dizayn sayəsində rahatlıqla hərəkət edə bilirik.

 

Sümüklər bədəndə yerləşmə yerlərinə görə müxtəlif xüsusiyyətlərə malikdir. Məsələn, daima hərəkət halında olan sümüklərimizin bəziləri, hərəkətsiz bölgələrdəki sümüklərə görə daha fərqli xüsusiyyətlərə malikdir. Buna nümunə olaraq oynaqlarımızı göstərə bilərik. Onurğamızı meydana gətirən fəqərələr, qollarımızdakı, əl və ayaqlarımızdakı oynaqlar hər hərəkətimizdə bir-birləri üzərində hərəkət edirlər. Daima hərəkət halında olduqları üçün də dəstəyə ehtiyacları vardır. Bunu belə bir bənzətmə ilə açıqlaya bilərik.  Hər hansı bir mexaniki alət çalışarkən hərəkət edən parçaların bir-birlərinə təmas nöqtələrində sürtünmə baş verir. Sürtünmənin reallaşdığı bölgələrdə qısa müddət ərzində aşınma və aşınma nəticəsində parçalarda qopma və qırılmaya rast gəlirik. Bunun qarşısının alınması üçün mexaniki parçaları nizamlı olaraq yağlayırlar. Sadə bir qapı məngənəsindən, üstün texnologiyaya sahib avtomobil mühərrikinə qədər hər hərəkətli mexaniki sistemdə yağlamaya ehtiyac vardır. Ancaq yağlama aşınmanın tam olaraq qarşısını almır sadəcə aşınmanı gecikdirir. Məsələn, avtomobillərin mühərriki hər beş min kilometrdə bir yağlanıldığı halda aşınmanın qarşısının alınması qeyri mümkündür. Bu səbəblə mühərrik parçalarının mütəmadi olaraq dəyişdirilməsi lazımdır.

 

Ancaq insanların və heyvanların oynaq yerləri ömürləri boyunca hərəkət etdikləri halda heç bir şəkildə baxıma ya da yağlanmaya ehtiyac duymazlar. Hətta insanın ömür boyu təxminən 100 min kilometr yol getdiyini düşünsək danışılan mexaniki sistemin etdiyi işdəki möcüzəvi istiqamət daha da aydın olar

Göründüyü kimi insanın hərəkət edə bilməsi üçün hər yöndən qüsursuz bir dizayn yaradılmışdır.

 

İnsanın üzərinə düşən isə, Rəbbimizə qarşı şükredici olmaqdır. Allah, bir ayəsində, şükrün əhəmiyyətinə belə diqqət çəkir:

 

Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər. (Nəml Surəsi, 73)

 

Oynaq mayesi sürtünmənin qarşısını təbii yolla alır. Bu qüsursuz sistem Allahın mükəmməl yaratma sənətinin ən bariz nümunələrindən yalnızca birisidir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr