Bu müxtəlifliyi bir də heyvanlar üçün düşünək. Tanıdığımız bütün heyvanları gözümüzün önünə gətirək. Zürafələri, antilopları, filləri, toyuqları, balıq növlərini, qırğıları, sərçələri, tovuz quşlarını, dəvəquşlarını, dovşanları, kəpənəkləri, növbənöv böcəkləri düşünək. Bu canlıların bədənlərindəki mexanizmləri, yaşadıqları mühitləri, nəsil vermələrini, ovlanmalarını öz daxilində hissələrə ayıraraq düşünək.
Təkcə burada sayılanlar belə yaşadığımız dünyada inanılmaz müxtəlifliyin olduğunu görmək üçün kifayətdir.
Allahın canlılarda yaratdığı müxtəlifliyə nümunə vermək lazımdırsa, təkcə yer üzündə yaşayan kəpənək növlərinin sayı "200.000"-dir. Bu növlərin öz daxilində "1 milyon" kəpənək cinsini ehtiva etdiyi təbiətşünas alimlər tərəfindən müəyyən edilmişdir. Bütün bunların fövqəladə dərəcədə mürəkkəb və bir-birindən fərqli sistemləri var, yaşadıqları mühitdə gizlənmələrini təmin edən çox fərqli kamuflaj üsulları var. Bəzilərinin üzərində düşmənlərini qorxutmağa yarayan saxta göz şəkilləri yerləşdirilib.
Bu fövqəladə müxtəliflikdəki dizaynı göz qabağına gətirərək düşünün. Bu qədər çox npvdəki, üstəlik də, hamısı bir-birindən bu qədər fərqli quruluşdakı milyonlarla canlının, təsadüfən bir-birlərindən əmələ gəlməsinin qeyri-mümkün olduğunu ANLAMAZLIQDAN GƏLMƏYİN.
Ağıl və vicdandan istifadə edərək canlılardakı müxtəlifliyi və möcüzəvi xüsusiyyətləri düşünən bir insan asanlıqla bunların necə meydana gəldiyi sualına bir cavab tapacaq. Aləmlərin Rəbbi olan Allah bütün canlıları bənzərsiz şəkildə yaratmışdır. Allah hər şeyə hakimdir.
Siz də ətrafınızdakı canlılara baxdığınız zaman, rahatlıqla görəcəyiniz bu açıq-aydın həqiqəti ANLAMAZLIQDAN GƏLMƏYİN.
Göyləri və yeri nümunəsiz şəkildə yaradan Odur. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? O, hər şeyi yaratmışdır. O, hər şeyi biləndir. Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə vəkildir. (Ənam surəsi, 101-102)
Bu müxtəlifliklə yanaşı, təbiətdəki bir çox canlı olduqca heyrətverici sistemlərə və mürəkkəb bədən mexanizmlərinə malikdir. İnsanların necə işlədiklərini öyrənmək üçün uzun illərlə məşğul olduqları bu sistemlərdən, canlılar ilk yaradıldıqları gündən bəri istifadə edirlər. Bu mexanizmlərdəki fövqəladə xüsusiyyətlərin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə açıqlanması isə qeyri-mümkündür. Hər canlı olduğu mühitdə rahat yaşaya biləcəyi şəkildə xüsusi olaraq yaradılmışdır. Canlıların, bu sistemləri şüurlu olaraq özlərinin yaratmaları qeyri-mümkündür. Canlılardakı mükəmməl tarazlıqlar onların yaradılışlarındakı mükəmməllikdən qaynaqlanır.
Bu fəsildə təbiətdəki saysız-hesabsız müxtəlifliyə sahib bitkilər və heyvanlardakı mexanizmlərdən bəzi nümunələr veriləcək.
Bunları oxuyarkən yaxşı şəkildə düşünün, heyvanlardakı və bitkilərdəki bu heyrətamiz mexanizmlərin öz-özlərinə əmələ gələ bilmıyəcək qədər mükəmməl olduğunu əsla ANLAMAZLIQDAN GƏLMƏYİN.
"Heyvanlardakı mükəmməl strukturlar" deyildikdə ağla fərqli, adı heç eşidilməmiş canlıların maraqlı xüsusiyyətləri nəzərdə tutulurmuş kimi bir düşüncə gələ bilər. Halbuki insanın çox yaxınlığında olan, hər zaman görməyə alışdığı canlılarda da bu mükəmməl xüsusiyyətlər mövcuddur. Çox vaxt insanın belə bacara bilməyəcəyi qədər mürəkkəb əməliyyatlar icra edən bu canlıların, məsələn, bir milçəyin və ya bir quşun bədənində fövqəladə yaradılış var. Ətrafındakı canlıları diqqətlə müşahidə edən insan bu canlıların üstün ağlın məhsulu olduğunu, yəni bu canlıların yaradıldığını görəcək.
Məsələn hər gün, hər yerdə görməyə alışdığınız milçəklər, uçmaq üçün daha çox enerjiyə ehtiyac duyurlar. Buna görə də, milçəklərin digər canlılardan daha fərqli tənəffüs sistemi var. Havadan aldıqları oksigen bədənlərindəki xüsusi nazik hava borularıyla hüceyrələrə çatdırılır. Məhz bu sayədə, mərhələsiz və fasiləsiz surətdə, çox sürətli və məhsuldar şəkildə oksigenin yanmasını təmin edilir. Bu, milçəyin sahib olduğu möcüzəvi xüsusiyyətlərdən yalnız biridir. Milçəklərdə buna bənzər daha bir çox yaradılış möcüzəsi var. Allah milçəyin yaradılışındakı üstünlüyə bir ayəsində belə diqqət çəkir:
Ey insanlar, sizə bir nümunə verilir; indi onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa tapındıqlarınız həqiqətən bir milçəyi belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də gücsüzdür, istənilən də. (Həcc surəsi, 73)
Başqa bir nümunə olaraq arıları düşünək. Arıların bal hazırladıqlarını, altıbucaqlı gözcüklərdən pətəklər hördüklərini, toplu şəkildə şanda yaşadıqlarını hər kəs bilir. Halbuki arıların sahib olduqları xüsusiyyətlər təkcə bunlarla məhdudlaşmır. Bal arıları üçün yaşadıqları şana qulluq edilməsi çox vacibdir. Şandakı temperaturun sabit saxlanılması, şanın təmizliyi və təhlükəsizliyi kimi ehtiyacların hamısı işçi arılar tərəfindən təmin edilir. Bal arıları çöldəki temperaturun neçə olmasından asılı olmayaraq, şanın temperaturunu hər zaman sabit saxlayar və xüsusilə də kürt otaqlarının temperaturuna çox diqqət yetirərlər. Səhər vaxtlarında hava soyuq olduqda işçilər pətək ətrafında toplaşar və bədən istilikləri ilə yumurtaları isidirlər. Gün irəlilədikcə və hava istiləşməyə başladıqca arılar tərəfindən əmələ gətirilən topa yavaş-yavaş dağılar. Əgər istilik daha çox artmağa davam etsə, işçilərin bir hissəsi qanadlarından yelpik əvəzi istifadə etməyə başlayarlar. Bu havalandırma əməliyyatını şanın girişinə və pətəklərin üzərinə doğru istiqamətləndirərək şanın temperaturunu azaltmağa çalışarlar. Çox isti bir gündə isə, bu əməliyyat kifayət etməyəcəyi üçün arılar daha güclü soyutma üsulundan istifadə etmək məcburiyyətində qalarlar. Belə hallarda, sulandırılmış bal damlalarını boş gözcüklərin ağızlarına yerləşdirərlər. Qanadları ilə yaratdıqları hava axını bu damlaların içərisindəki suyu buxarlandırar. Bu soyutma sistemi sayəsində şanın temperaturu qısa müddətdə əvvəlki halına qayıdar.(4)
Hər an ətrafımızda gördüyümüz bu canlılarda mükəmməl dizayn və şüurlu davranışlar var. Üstəlik, burada danışdığımız xüsusiyyətlər canlılardakı fövqəladə xüsusiyyətlərin çox kiçik hissəsidir. Düşünən insanın bu xüsusiyyətlərdə asanlıqla görə biləcəyi üstün ağıl və plan, bizə bütün təbiətə hakim olan Yaradıcının, yəni Allahın varlığını sübut edən AÇIQ-AYDIN bir dəlildir. Bütün canlılar Allahın ilhamıyla hərəkət edirlər.
Lakin bəzi insanlar bunları heç düşünməzlər və ya düşündükləri zaman, bu canlıların gördükləri işlərdəki möcüzəvi tərəfi görməzlikdən gələrlər. Lakin siz Allahın yaratmasındakı bu üstünlüyü və bənzərsiz sənətini, eləcə də, bu canlıların Allahın ilhamıyla hərəkət etdiklərini ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.
Allah, yaratma sənətindəki üstünlüyü və bənzərsizliyi, çox sıx müşahidə edə bilmədiyimiz canlılarda da bizə göstərir. Buna çox heyrətverici bir nümunə olaraq Sibir səməndərlərini göstərə bilərik. Donmuş torpaqların metrlərlə dərinliklərində illərlə qala bilən Sibir səməndərlərinin, hava şəraitinin yaxşılaşmasıyla birlikdə buzları əriyər və normal həyatlarına davam edərlər. Bu canlıların -50 ℃ temperaturda belə yaşaya bildiyi müəyyən olunmuşdur. Sibir səməndərləri bu xüsusiyyətlərini, öz bədənlərində əmələ gətirdikləri və dondurucu soyuqlarda özlərini donmaqdan qoruyan antifirizə bənzəyən bir maddəyə borcludurlar. Antifiriz maddələri səməndərlərin qanındakı hüceyrələrdəki suyu əvəz edərək, toxumaların iti buz kristallarından zərər görməsinin qarşısını alar. (5)
İşıldaquşun verdiyi işığın ən əhəmiyyətli xüsusiyyəti odla və istiliklə heç bir əlaqəsinin olmamasıdır; buna "soyuq işıq" deyilir. Bu, müasir işıqlandırma texnologiyasının nail olmağa çalışdığı hədəfdir. Normal lampa, elektrik enerjisinin ancaq 3-4%-ni işığa, qalanını isə istiliyə çevirər. İşıldaquş isə yalnız işıq meydana gətirər.(6)
Sualtı gəmilərdə olan su çənləri su ilə dolarkən gəmi sudan daha ağır vəziyyətə gələr və dibə dalar. Əgər çəndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi təkrar su səthinə çıxar. Nautilus (lat. nautilidae) adlandırılan dəniz canlısı da eyni üsuldan istifadə edər. Nautilusun bədənində 19 sm diametrində ilbiz qabığı formasında spiralvarı bir orqan var. Bu orqanda bir-biriylə əlaqəli 28 "dalğıc hüceyrəsi" var. Bəs Nautilus suyu boşaltmaq üçün lazım gələn təzyiqli havanı necə əldə edir? Nautilus, bunun üçün biyokimyəvi yolla xüsusi qaz əmələ gətirər və bu qazı qan dövranı ilə hüceyrələrə çatdıraraq hüceyrələrdən suyun çıxmasını təmin edər. Bu yolla da, ovlanarkən, yaxud düşmənlərindən qaçarkən yüksəlmək və ya dibə batmaq üçün lazımi miqdarda suyu çölə vura bilir. Bir sualtı gəmi yalnız 400 metr dibə bata bildiyi halda, nautilus üçün 4000 metr dərinliyə dalmaq olduqca asandır.(7)
Soyutma sistemlərini ilk dəfə insanlar kəşf etməyiblər. Hər bir istiqanlı canlı, istiliyə nəzarət etmək üçün, bir çox mexanizmə sahibdir. Afrikanın sürətli qaçan ceyranı tez-tez düşmənlərindən qorunmaq üçün qaçmaq məcburiyyətində qalar. Bu sürət qaçışı ceyranın bədən temperaturunu yüksəldər. Lakin ceyranın həyatda qala bilməsi üçün beyninin bədənindən daha sərin saxlanılması lazımdır. Ceyran beynini sərin saxlamaq üçün başının sağ tərəfində, özünəməxsus soyutma sisteminə malikdir. Ceyranların və bənzər heyvanların, tənəffüs kanallarının arxasında uzanan, böyük qan yığınlarının içərisindən keçən yüzlərlə kiçik arteriya var. Sorulmuş hava burna aid bu gölməçəni soyudar və buna görə də, kiçik arteriyalardan keçən qan soyumuş olar. Sonra kiçik arteriyalar qanı beynə daşıyan tək bir qan damarı halında birləşərlər. Beynin soyudulması üçün lazımlı olan bu sistem mövcud olmasaydı ceyran da həyatını davam etdirə bilməzdi.(8)
Bayquşlardakı görmə dərinliyi, bütün yırtıcı quşlarda olsa da, heç bir quş bu mövzuda bayquş qədər yaxşı təchizatlı deyil. Bayquşların bəzi növləri, görmə sahələrini genişlətmək üçün, başlarını 180 dərəcə döndərib tam arxalarını görə biləcək bir struktura sahibdirlər. Bu rahatlıq təkcə yırtıcı heyvanlardan qorunmalarını deyil, eyni zamanda ovlarının yerini doğru müəyyənləşdirmələrini təmin edər. Bayquş gözlərinin bəlkə də ən fövqəladə xüsusiyyəti böyüklükləridir. Üzün böyük hissəsini əhatə edən bu böyük gözlər bir-birlərindən çox nazik sümüklə ayrılmışdır. Bunun nəticəsi olaraq, göz boşluğuna yaxşı şəkildə yerləşən gözlər göz əzələləri üçün demək olar ki, heç yer buraxmazlar. Bir çox bayquşun gözü yerindən oynamadığından bu quşlar fərqli istiqamətlərə çevrilmək üçün olduqca elastik olan boyunlarından istifadə edirlər.(9)
Bayquş, ovunun yerini təyin edən kimi, ən səssiz şəkildə onun üzərinə atılmalıdır. Lakin quşların çoxu uçarkən müəyyən səs çıxardarlar. Məsələn, havada uçan bir ququ quşunun qanadının xışıltısı çox uzaqlardan eşidilə bilər. Bir çox böyük quşun qanadları da uçarkən səs çıxardar. Səsli-küy çıxardan qanadlar isə, bir gecə ovçusu üçün ovunun baş tuta biləcək hücumu hiss etməsinə gətirib çıxardacağına görə açıqca əlverişsiz cəhətdir. Lakin bu problem, gecə ovlanan bayquşlarda xüsusi tük quruluşları sayəsində həll edilmişdir. Bayquşun tükləri yumşaqdır, uçmasını təmin edən güclü qanad tüklərinin ucları isə püsküllü quruluşa malikdir. Qanad tüklərinin məxmər yumşaqlığındakı səthləri, səsi effektiv şəkildə boğaraq bayquşun səssiz uçmasını təmin edər.(10)
Zınqırovlu ilanlar istiliyə həssas xüsusi gözləri ilə zülmət qaranlıqda belə siçan, siçovul kimi istiqanlı ovlarını tapa bilirlər. İlanın 15 sm yaxınlığında olan kiçik bir siçan ətrafındakı havada yalnız 0,005 dərəcə kimi olduqca az, hətta hiss edilməyəcək temperatur dəyişikliyi yaratdığı halda, ilan tərəfindən asanlıqla hiss edilir. İlan ovla əlaqədar beyninə çatan informasiyanı saniyənin 1/20 hissəsi qədər qısa müddətdə qəbul edib qiymətləndirərək reaksiya göstərə bilər. 1 saniyənin insan gözünün yavaş şəkildə açılıb-yumulması qədər qısa zaman olduğu təsəvvür edildikdə, ilanın ağlasığmaz sürəti daha aydın anlaşıla bilər. Ovunun yerini heç çaşmadan tapa bilən zınqırovlu ilan, heyrətamiz isabət qabiliyyətiylə hücum edir və zəhərli dişləriylə heyvanı öldürər.(11)
Su samurları kürklərini ayaqlarıyla darayarlar, bununla həm kürklərini təmizləyər, həm də dərilərindəki yağla kürklərinə qulluq etmiş olarlar. Samurlar bu əməliyyatla hava qabarcıqlarını kürklərinə əmdirərlər; bu onların kürklərini havalandırmaq üçün istifadə etdikləri tək üsuldur. Sakit okeanın dondurucu soyuğundan qoruna bilmələrində qalın dərilərinin qabarcıq tutma həcminin artıqlığı çox vacibdir. Dərilərindəki bu su qabarcıqları onları donmaqdan qoruyar. Əgər su samurlarının tükləri keçələşsə (belə ki, çox vaxt neft tullantıları buna səbəb ola bilər) heyvan çox qısa müddətdə donaraq ölər.(12)
Antarktidada yaşayan Uedel növünə aid suitilər, dənizin səkkiz aydan artıq müddətdə buzla örtülü olduğu, hava temperaturunun –56 dərəcəyə, sudakı temperaturun isə -26 dərəcəyə qədər endiyi sərt qışlarda belə bu şərtlərə davam gətirə bilir. Suitilər, çox dərinliyə daldıqları zaman, böyük və ani təzyiq dəyişməsindən ötrü yaranan dekompressiyadan təsirlənməzlər. Çünki uzunmüddətli dalışlarında su altına girmədən əvvəl bir neçə kiçik dalış edərlər. Qabırğa sümüklərini və diafraqmalarını açıb bağlayaraq ciyərlərindəki havanı çölə buraxar və ciyərlərini də bağlayarlar. Bir müddət sonra ciyərlərində heç hava qalmadığı üçün azot həll olaraq qana qarışmaz və beləlliklə də, mühüm təhlükələrin qarşısı alınmış olar. Suitilərin tənəffüs borusu bir çox məməli heyvanlarda olduğu kimi yuvarlaq deyil, yastı oval formalıdır və yüksək təzyiq altında dərhal bağlana bilir. Eynilə qulaqlardakı hava boşluqları da xarici təzyiq müəyyən həddə çatdıqda şişib buranı tıxayan qan damarlarıyla əhatə olunmuşdur. Bu xüsusiyyətlər suitilərə çətin vəziyyətlərdə kömək edən üstünlüklərdir.(13)
Kolibrinin ürəyi gün ərzində saniyədə 500-1200 dəfə döyünər. Gecə isə ürəyinin döyünmə sürəti elə yavaşlayar ki, sanki nəbzi dayanmış və nəfəs almırmış görkəmi yaranar. Bunun bənzərini qış gəldikdə kirpilər də edir. Bu, onların qış yuxusudur. Kolibri isə, hər il 365 dəfə qış yuxusuna getmək məcburiyyətindədir.
Burada verilən nümunələr yer üzündəki canlıların çox az hissəsidir. Lakin təkcə bu nümunələrə baxmaqla belə bütün canlılarda, hər təfərrüatında müəyyən bilik və dizayn olan mexanizmlərin olduğu görünə bilər. Bir canlının donmamasını təmin edəcək antifiriz əmələ gətirən sistemdən, görmə dərinliyi qazandıran göz quruluşuna, canlının yaşadığı mühitlə, çox qısa müddətdə sanki bütün halına gəlməsini təmin edən rəng dəyişdirmə qabiliyyətinə qədər bütün bu mexanizmlərin mənbəyi, əlbəttə ki, təsadüflər deyil. Təsadüflər şüur nümayiş etdirib plan qura bilməzlər. Bu canlılar bir şüur sahibi tərəfindən xüsusi olaraq seçilib, digər bir sözlə, yaradılıblar. Hər şeydən xəbərdar olan, hər şeyə hakim olan Allah bu xüsusiyyətləri onlara vermişdir. Onun yaratmasında sonsuz sənət və elm var. Allah mükəmməl şəkildə yaradandır.
Elə isə siz də bu möcüzəvi sistemlərin ancaq və ancaq Allahın üstün yaratmasının əsəri olduqlarını ANLAMAZLIQDAN GƏLMƏYİN.
Bir bitkini əlinizə alın və yarpaqlarına baxın. Yarpaqlarının düzülüşünü, rəngini, parlaqlığını araşdırın. Metrlərlə hündürlükdəki ağacların təpəsindəki yarpaqların belə, həmişə necə yamyaşıl qala bildiklərini düşünün. Sonra başınızı qaldırıb səmada uçan quşlara baxın, bir tükü əlinizə götürüb müşahidə edin, hətta bu müşahidəni mikroskopla aparın. Quşlara mükəmməl uçma qabiliyyəti verən tükün içindəki yüzlərlə kiçik qarmağı və bu qarmaqları bir-birinə bağlayan yüzlərlə kiçik rəzəni bir də özünüz görün.
Bu nümunələrin sayını artıraraq və çox fərqli istiqamətlərdən yanaşaraq daha bir çox canlını araşdıra bilərik. Onlardakı təfərrüatlı yaradılışı görə bilərik. Bəs bu xüsusiyyətlər necə meydan gəlmişdir? Canlılardakı bu təfərrüatlı xüsusiyyətlər təsadüfən baş verən təsadüflər nəticəsində meydana gəlmiş ola bilərmi?
Bu sualların cavabını da yenə suallar soruşaraq verək. Bir təyyarə şüurlu müdaxilə olmadan təsadüfən yarana bilərmi? Bəs bir fabrik kərpiclərin təsadüfən üst-üstə düzülməsiylə meydan gələ bilərmi? Əlbəttə ki, xeyr. Mürəkkəb strukturlara sahib olan bu texnologiya məhsulları ancaq ağıl sahibi insanlar tərəfindən dizayn olunar ve meydana gətirilərlə. Eynilə təbiətdəki bütün canlılarda görə bildiyimiz mükəmməl yaradılış da üstün ağlın məhsuludur. Bu AÇIQ-AYDIN bir həqiqətdir.
Fransa Elmlər Akademiyasının keçmiş direktoru olan tanınmış fransız zooloqu Pier Qrasse (Pierre Grassé), təsadüflərin canlı aləmin yaranmasını izah edə bilməyəcəyi həqiqəti ilə bağlı bunları söyləmişdir:
Tək bir bitki, tək bir heyvan, minlərlə və minlərlə tam olması lazım gələn şəkildə faydalı təsadüflərə məruz qalmalıdır, yəni möcüzələr adi qanuna çevrilməli, baş vermə ehtimalları inanılmaz dərəcədə aşağı olan hadisələr asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən qanun yoxdur, lakin elm bu işin içinə daxil edilməməlidir.(15)
Qrassenin də bildirdiyi kimi dünyadakı canlı varlıqların təsadüflər nəticəsində yaranması, ancaq xəyal məhsulu ola bilər.
CANLILAR TƏSADÜFƏN MEYDANA GƏLMƏYİBLƏR. Bütün canlıları üstün güc sahibi bir Yaradıcı, yəni aləmlərin Rəbbi olan Allah yaratmışdır. Artıq bütün dünyanın gördüyü bu açıq-aşkar həqiqəti siz də ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.
Təbiətdəki canlılarda gördüyümüz üstün ağıl, dizayn və nizam bütün kainata hakimdir. Yaşadığımız dünyadan kosmosdakı digər bütün göy cisimlərinə qədər yenə mükəmməl planlamanın şahidi oluruq.
Üzərində yaşadığımız Yer kürəsi iç-içə keçmiş sistemlərin işlədiyi çox xüsusi planetdir. Canlıların yaşaya bilməsi üçün çox həssas tarazlıqlarla birlikdə, xüsusi olaraq yaradılmışdır. Kainatdakı digər planetlərlə Yer arasında müqayisə aparıldıqda, bu həqiqət daha dəqiq aydın olur. Üzərində həyat olan tək planet Yerdir.
Yerin öz oxu ətrafındakı fırlanma sürəti, Günəşə olan uzaqlığı, atmosferindəki tarazlıqlar, xəyali oxunun meylli olması, digər planetlərin əksinə suyun maye halda davamlı mövcud olması və bunlara bənzər bir çox tarazlıq, Yeri digər planetlərdən fərqləndirər. Yerdəki həyatın davamlılığı baxımından bu tarazlıqlar olduqca əhəmiyyətlidir. Məsələn, canlıların yaşaması üçün mütləq vacib olan Yer kürəsi atmosferi yalnız insanın deyil, yer üzündəki bütün canlıların yaşaması üçün lazım olan qazları ən uyğun nisbətlərdə özündə saxlayır. Atmosferin tərkibində 77% azot, 21% oksigen, 1% karbon və digər qazlar var. Bu nisbətlər canlıların ehtiyacları üçün lazım olan ən ideal ölçülərdir. Bu qazlardan birini, məsələn, oksigeni ələ alaq.
Əgər oksigenin atmosferdəki nisbəti 21%-dən çox olsaydı canlı hüceyrələri qısa müddətdə zərər görərdi. Həmçinin canlı aləm üçün lazım olan bitki örtüyü və hidrokarbonat molekulları da zərər görərdi. Əgər bu nisbət daha az olsaydı tənəffüsümüz çətinləşər və yediyimiz qidaların enerjiyə çevrilməsi qeyri-mümkün olardı. Göründüyü kimi 21%-lik oksigen nisbəti canlı aləm üçün təyin olunmuş ən ideal nisbətdir.
Eynilə havadakı karbon nisbətinin hazırkından daha çox olması da, yer üzünün həddən ziyadə isinərək canlı aləmini təhdid edən temperatur səviyyəsinə çatmasına, daha az olması isə günəş istiliyinin ehtiyyat halında toplanıla bilməyib gecə-gündüz arasında çox böyük temperatur fərqlərinin yaranmasına və gecə temperaturun "0" dərəcədən çox aşağı temperaturlara çatan temperatur azalmasına səbəb olardı. Havadakı azotun nisbəti isə oksigenin yandırıcı təsirinin ən mükəmməl şəkildə tarazlandığı və canlı aləmin yaşaması üçün lazım olan ən uyğun qiymətdədir.
Bu nisbətlərin sabit qalması da yenə Yerdəki başqa vacib tarazlıq ünsürü ilə təmin edilir. Yer üzündəki bitki örtüyü, fotosintez yolu ilə karbonu oksigenə çevirərək hər gün təxminən 200 milyard ton oksigen əmələ gətirir. Yerin kütləsi də atmosferin kosmosa dağılıb getməsinə mane olmaq üçün lazım olan ən ideal ölçüyə malikdir.
Atmosferdəki bu tarazlıqlar təmin edilərkən, eyni zamanda Yer səthindəki temperaturun da nəzarət altında saxlanılması lazımdır. Bu nəzarət Yerin Günəş ətrafındakı orbitinin sabit olması, Günəşin böyüklüyü, Yerin fırlanma sürəti, Yerin xəyali oxunun meyilliyinə bağlıdır.
Günəş Sistemində yaşamağa əlverişli yeganə planet Yerdir. Bu planet üzərində həyatın mövcud bilməsi üçün lazım olan hər şərt çox həssas tarazlıqlarla təmin edilmişdir.
Aşağıdakı şəkildə göstərilən Mars planetidir. Şübhəsiz ki, digər planetlərlə Yer müqayisə edildikdə insan nə qədər xüsusi yaradılmış bir məkaanda yaşadığını rahatlıqla anlaya bilir.
Bunlarla birlikdə Yerdəki həyatın davamlılığı üçün lazım olan bir çox tarazlıq da var. Məsələn, cazibə qüvvəsinin hazırkı gücü tam olması lazım olan ölçüyə malikdir. Əgər cazibə qüvvəsi hazırkından daha güclü olsaydı, atmosfer özündə həddən ziyadə ammonyak və metan qazı toplayardı ki, bu da həyatın sonu demək olardı. Əksinə əgər cazibə daha zəif olsaydı, atmosfer daha çox su itirər və canlıların yaşaması qeyri-mümkün olardı.
Yer qabığının və ozon təbəqəsinin qalınlığı, Yer üzündəki su və azot dövranın təmin edilməsi, dağların varlığı, atmosfer təbəqəsinin qoruyucu xüsusiyyətə sahib olması və bunlara bənzər daha bir çox tarazlıq yer üzündəki canlı həyatın davamlılığı baxımından vacib tarazlıqlardır.
Əksər insan isə, atmosferin qaz tərkibindəki, Yerin Günəşə olan uzaqlığındakı və ya planetlərin hərəkətlərindəki həssas tarazlıqların, incə nizamlardan xəbərsiz şəkildə yaşamağa davam edərlər. Bu tarazlıqların və nizamların öz həyatları üçün nə qədər böyük əhəmiyyət daşıdığını bilməzlər. Halbuki bunlardan hər hansı birində yaranacaq çox kiçik bir dəyişiklik belə insanın varlığı və Yerdəki canlı həyatın davamı üçün çox böyük problem yaradacaq. Üstəlik, burada bəhs etdiklərimiz mövcud olan milyonlarla tarazlıqdan yalnız bir neçəsidir. Lakin yalnız bu bir neçə tarazlığın belə üstün ağlın və elmin məhsulu olduğu AÇIQ-AYDIN bir həqiqətdir.
Elə isə bu qədər həssas tarazlıqların təsadüfən yarana bilməyəcəyini, təkcə üstün güc sahibi Allahın bu nizamı qura biləcəyini ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.
4 The Marvels of Animal Behavior, National Geographic Society, 1972, s. 49-64
5 New Scientist, Eugene Potapov, How Salemenders Survive the Deep Freeze, Vol. 139, ıss. 1890, 11 Eylül 1993, s. 15
6 Bilim ve Teknik Dergisi, Ekim 1987, Sayı 239, s. 10
7 Bilim ve Teknik Dergisi, Cilt, 20 Sayı 231, Şubat 1987, s. 11
8 Lawrence O. Richards, It Couldn't Just Happen, s. 108
9 Görsel Bilim ve Teknik Ansiklopedisi, Cilt 3, s. 782
10 Görsel Bilim ve Teknik Ansiklopedisi, Cilt 3, s. 784
11 Görsel Bilim ve Teknik Ansiklopedisi, 7. Cilt, s. 2352
12 National Geography, June 1995, N.6, Vol. 187, s. 50
13 Görsel Bilim ve Teknik, 8. Cilt, s. 2660
14 David Attenborough, The Life of Birds, Princeton, New Jersey: Princeton University Press, 1998, s. 59