Osminoqların sormacları niyə öz bədənlərinə yapışmır?
ucgen

Osminoqların sormacları niyə öz bədənlərinə yapışmır?

37891

Osminoqların bədənlərindəki hərəki funksiyaya nəzarət illərdir tədqiq edilən və elm adamlarının marağına səbəb olan bir mövzudur. Bu canlıların qollarında yüzlərlə sormac olur. Lakin hər yerə asanlıqla yapışan sormaclar osminoqların öz bədəninə yapışmır. Bunun səbəbi osminoqun dərisindəki xüsusi kimyəvi siqnaldır. 


Əgər Allah osminoqlara bu cür xüsusiyyət verməsə idi, bədənləri çox elastik olan bu heyvanlar hərəkət etdikcə qolları bir-birinə düyünlənərdi. 


Osminoqlarda olduğu kimi, Rəbbimiz digər bütün canlıları da ehtiyaclarına uyğun xüsusiyyətlərlə yaratmışdır. Quran ayələrinin birində Allah canlıların yaradılması ilə bağlı belə buyurur:


Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. (Allah) istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr