Lozannadan bu günə nə dəyişdi?
ucgen

Lozannadan bu günə nə dəyişdi?

1089

24 iyul I Dünya müharibəsini Osmanlı adına bitirən müqavilənin, yəni Lozanna müqaviləsinin ildönümü idi. Bu müqavilə ilə parça-parça olan Osmanlı ərazisinin geridə buraxdığı nəhəng torpaqlar başqa sahiblərə qismət oldu. Bu müqavilə ilə indi Yaxın Şərqin qapısında bir Türkiyə var.

Əslində məqsəd  I Dünya müharibəsinin başından bəri Osmanlının dəyərli torpaqlarını ələ keçirə bilməkdi. Osmanlı istəsə də, istəməsə də bu müharibənin bir parçası olacaqdı. Daxildən zəifləmiş imperatorluq bütün hiyləgər planların, gizli müqavilələrin hədəfində idi. Müharibənin 6 il əvvəlindən etibarən, kağız üzərində planlar qurulmağa başlanmışdı. 1908-ci ildə Rusiya və İngiltərə, 10 aprel 1915-ci ildə İngiltərə, Fransa və Rusiya, 26 aprel 1915-ci ildə İngiltərə, Fransa, Rusiya və İtaliya arasında bağlanan müqavilələrlə onsuzda Osmanlı torpaqları çoxdan sahiblərini tapımışdı. Bu gizli planları isə bu gün belə özündən sıx-sıx bəhs etdirən 9 may 1916-cı ildə bağlanan müqavilə Sykes-Picot izlədi. 

Bu müqavilə eynilə digərləri kimi qüvvəyə minməmişdir. Amma Osmanlı qalıqları üzərində edilən gizli bölgü – tam olaraq müqavilədəki kimi olmasa da- həyata keçirilmişdir. Bölünmüş Yaxın Şərq bu gizli planın əsəridir.

Əslində başlanğıcda  Sykes-Picot planın Sevr müqaviləsi ilə rəsmiləşəcəyi gözlənilirdi. Lakin Anadolu torpaqları üzərində qazanılan zəfərlər və xilafətin aradan qaldırılıb Türkiyə cumhuriyyətinin ilk təməllərinin atılması planları dəyişdirdi. Sevr də bir kənara qoyuldu və Yaxın Şərq Lozannaya görə formalaşdı. Bu gün I Dünya müharibəsinin sonrasından bəri qüvvədə olan tək müqavilə Lozanna müqaviləsidir. 

Lozanna bəlkə Türkiyə torpaqlarının varlığını qorudu, lakin Osmanlıdan qopan Yaxın Şərq, Afrika və Balkanlar qorunmadı. Sykes-Picot zehniyyəti hərəkətə keçdi və Osmanlı vilayətləri ölkələr halını aldı. Tək bir imperatorluğun parçalarının arasına sərhəd, qardaşların arasına düşmənçilik girdi. 600 ildir ki, sülh şəraitində yaşayan Osmanlı xalqı qardaşlıqlarını unudub süni sərhədlərin keşiyini çəkməyə başladılar. Araya qoyulan süni xətlər bir anda bütün döyüşlərin, qarşıdurmaların və müharibədən doymayan Yaxın Şərq ənənəsinin səbəbinə çevrildilər.

Hal-hazırda 50 ayrı parçaya bölünmüş Suriya, üçə bölünmüş İraq, çıxış qapısı olmayan və müsəlman aləmi tərəfindən tərk edilmiş Qəzza, qarşıdurmaların sona çatmadığı Liviya, heç cür sakitləşməyən Misir, qardaş qırğınına görə qan ağlayır. Qardaşlar dinlərinə, məzhəblərinə, etnik şəxsiyyətlərinə görə bölündükcə, qardaş qanı axmağa davam edəcək. Çünki bu faciəni onsuz da bölünən və parçalanan qardaşlıqlar başlamışdı.

Osmanlı, əlbəttə, mükəmməl deyildi. Lakin Osmanlının ən güclü dövrü daima iman və qardaşlığı ayaqda tutduğu dövr olmuşdu. Bu dəyərlərin unudulması isə Osmanlıya fəlakət, Yaxın Şərqə isə bölünməni gətirdi. 600 il boyu bütün dinlərin sülh şəraitində yaşadığı Qüddus bu günün ən qarışıq bölgələrindən birinə çevrildi. Çünki insanlar birlikdə yaşamaq arzularını itirdilər. Bir-birlərinə olan sevgilərini və birləşmə duyğularını itirdilər. Fərqli gördükləri ilə mehriban olmaq əvəzinə, onlardan uzaqlaşmağa üstünlük verdilər. Öz irqi, öz dini, öz məzhəbindən olmayanlara dözə bilməyən insanlar oldular. Sykes-Picotun hiyləgər bir planı olan milli eqoizmi bir anda mənimsədilər. Hər bölünmənin daha çox düşmənçilik, daha çox ixtilaf və daha çox hüzursuzluq gətirəcəyini başa düşmədilər.

Qərb 1916-cı il planı ilə bir səhvə yol verdi. Rəhbərlik, nəzarət və istismarın bölərək daha asan olacağına inandı. Hal-hazırda da Qərb qan ağlayan Yaxın Şərqə çıxış yolu tapmağa çalışır. Öz əsgərlərini o torpaqlarda itirir. Pullarını o torpaqları bombalayan insansız hava raketlərinə xərcləyir. Öz sərhədlərini Yaxın Şərqdə oyanmış radikalizm bəlasından qorumağa çalışır. Bölməyin bədəlini ağır ödəyir.

İndi keçmişdən dərs çıxarmağın tam vaxtıdır. Yaxın Şərqin problemlərini həll etmək adına Yaxın Şərqi daha kiçik parçalara ayırmağı, onsuz da bölünmüş torpaqları 33 ayrı ölkəyə çevirməyi hədəf edən ABŞ planı daha  böyük fəlakətlərin başlanğıcı ola bilər. Nifrətin sevgidən daha sürətli və daha güclü yayıldığı bu qarışıq mühitdə problemlərin tək həlli ittifaqdır. Yaxın Şərq xalqlarına eynilə öz atalarının etdiyi kimi, birlikdə, dostluq şəraitində yaşayacaqları bir mühit təsvir edilməlidir. İttifaq, sülh üçün bu çox zəruri bir şərtdir.

1916-cı ildə bir “İslam ittifaqı” fikrindən çəkinmiş qərb qüvvələri həmin narahatçılığı, şübhəsiz, bu gün də yaşayırlar. Elə bunun üçün İslam İttifaqının başqa dinləri və millətləri rəqim görməyən, dünyaya qardaşlıq və sülh duyğusu gətirməyə əsaslanan bir birlik olacağı Yaxın Şərq və qərb cəmiyyətlərinə təsvir edilməlidir. Bu Quranda təsvir edilən ittifaq şəklidir. Müsəlmanlar ancaq belə bir ittifaqı hədəf etsələr, uğur qazana bilərlər. Unudulmamalıdır ki, Yaxın Şərqdə irq, soy, məzhəb və ya başqalarına düşmənçilik üzərində qurulmuş hər süni ittifaq məhv olmuşdur.

Bunu unutmamalıyıq: Yaxın Şərqdə təqsir istənildiyi qədər zalım diktatorlara, radikal təşkilatlara, qərb qüvvələrinə atılsın, əsl təqsirli bir-birlərinə olan sevgilərini itirmiş və parçalanmış müsəlman aləmidir. Qərb əgər həqiqətən Yaxın Şərq üçün həll axtarırsa, dəbdən düşmüş, uğursuzluqla nəticələnəcəyi ehtimal olunan yeni Sykes-Picot planlarını inkişaf etdirmək əvəzinə, ittifaqı və sevgini təşviq etməlidir. Qurana əsaslanan sülhsevər bir ittifaq sadəcə İslam aləmini deyil, bütün dünyanı inkişaf etdirər. Sadəcə sülh gətirməklə kifayətlənməz, dinlər və millətlər arası qardaşlığı da möhkəmləndirər.  Onda xərcləmələr silahlara, güllələrə, müharibədə məhv edilən şəhərləri yenidən inşa etməyə deyil, yoxsullara, universitetlərə, sənayeyə ayrılar və artıq bədəninə mərmi dəymiş körpələri görmərik.

Adnan Oktarın Arab News'də nəşr olunan məqaləsi: 

http://www.arabnews.com/news/columns/610521

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr