İnsanlara nemətlər verilməsinin, ya da bu nemətlərin onlardan geri alınmasının bir səbəbini Allah Quran ayələrində belə bildirir:
Səbəbi budur: Bir qövm (cəmiyyət), özündə olanı dəyişdirənə qədər Allah ona nemət olaraq bağışladığını dəyişdirən deyil. Allah, şübhəsiz, eşidəndir, biləndir. (Ənfal surəsi, 53)
Onu (insanı) öndən və arxadan izləyənlər vardır, onu Allahın əmriylə güdüb-qorumaqdadırlar. Həqiqətən, Allah öz nəfs (öz)lərində olanı dəyişdirənə qədər, bir birlikdə olanı dəyişdirməz. Allah bir birliyə pislik istəsə, artıq onu geri çevirməyə heç bir (şəkildə imkan) yoxdur; onlar üçün Ondan başqa bir vəli yoxdur. (Rəd surəsi, 11)
Bu ayələrdə bildirilənlər, insanların çox vaxt xəbərsiz olduğu və ya gözardı etdiyi çox əhəmiyyətli sirlərdir. Allah insanlara gözəl əxlaqları qarşılığında müxtəlif nemətlərini artırarkən, pis əxlaq göstərən insanlara verilən nemətləri isə qısacağını, insanların rəftarlarındakı və səmimiyyətlərindəki dəyişikliklərə görə üzərlərindəki nemətlərdə də dəyişiklik olacağını bildirir.
Bu sirri bilən möminlər, hər qarşılaşdıqları hadisədə Allahın yaratdığı hikmətləri araşdırdıqları kimi, bu mövzuya da diqqət yetirərlər. Əsla özlərini kafi görməz, daim Quran əxlaqını daha çox yaşamağa, əskiklərini, qüsurlarını düzəltməyə cəhd göstərərlər. Heç bir zaman sabit, olduqları halı qəbul edən, özlərini kafi görüb gözəl əxlaqlarından vaz keçən bir anlayış mənimsəməzlər.