MAYALILAR 2012-CI İLDƏ MÜBARƏK İNSANLARIN ORTAYA ÇIXACAĞINA VƏ BU İLİN YENİ ERANIN BAŞLANĞICI OLDUĞUNA İNANIRDILAR
ucgen

MAYALILAR 2012-CI İLDƏ MÜBARƏK İNSANLARIN ORTAYA ÇIXACAĞINA VƏ BU İLİN YENİ ERANIN BAŞLANĞICI OLDUĞUNA İNANIRDILAR

1445

Mayalılar minlərlə illik dövrü əhatə edən təqvim yaratmışdılar. Bu təqvim sisteminin sonunun isə 21 dekabr 2012-ci ildə olacağına inanırdılar.

Maya təqviminə görə, dünya 1 milyon 872 min gündə bir yeni eraya keçir. Bu təqvim sisteminə görə, dünyanın keçmişi təxminən 5,125 ilə bərabər olan dövrlərdən ibarətdir və bunların hər birinin sonunda dünyada radikal dəyişikliklər və böyük yeniliklər baş verir.

Mayalılara görə, hal-hazırki dövrümüz dünyanın beşinci və sonuncu dövrüdür. Bu dövr 13.0.0.0.0 tarixində sona çatacaq. Bu da bizim istifadə etdiyimiz təqvimə görə, 21 dekabr 2012-ci ilə uyğun gəlir.

Maya təqvimində 21 dekabr 2012-ci il tarixi 13 Baktun, 0 Katun, 0 Tun, 0 Uinal və 0 Kin adlandırılmışdır. Hesablamalara görə, Maya çağının başlanğıcından etibarən, cəmi 1,872,000 gün keçəcək, sonra yeni dövr - qızıl dövr başlayacaq.

Məhz bu səbəbdən, mayalılar 21 dekabr 2012-ci il tarixinin yalnız bir dövrün sonu olmadığını düşünür, bu tarixdə ağıllı, mübarək insanların ortaya çıxacağına və yeni dövrün başlanğıcının olduğuna inanırdılar.

21 dekabr 2012-ci ildə bir çağın bitəcəyini və yeni çağın başlayacağını bildirən daş əsər

Meksikada maya mədəniyyətinə aid Koba piramidaları arasında ikinci böyük  piramida olan Nohoç Mulun yaxınlığında bir daş əsər tapılmışdır. Bu daş əsər e.ə. 11 avqust 3114-cü ildə başlayan dövrün 21 dekabr 2012-ci ildə bitəcəyini bildirir.

Bu daş əsərin 2000 illik olduğu təxmin edilir. Çünki Koba piramidalarının tapıldığı yerlərin məskunlaşması təxminən e.ə. 600- 900-cu illər arasındakı tarixə təsadüf edir.

22 dekabr 2012-ci ilə işarə edən Maya qlifləri

Mayalayara görə, uzun maya dövrünün bitməsi ilə təzyiq və şiddətin də sonu olacaq, bu dövrdən sonra qızıl dövr başlayacaq.

Bu başlanğıcda dünyanın hər yerində hərc-mərclik olacaq, mövcud dövlət quruluşlarını aradan qaldıran bir çox fəlakət baş verəcək, üstəlik, bunlar qısa müddət ərzində baş verməyəcək, zamanla meydana gələcəkdir. Mayalılar belə hesab edirdilər ki, bundan sonra ruhani olan böyük mübarək şəxslər insanlara rəhbərlik edəcək, bu şəxslərin gəlişindən əvvəl onlara yol açan da ruhanilər olacaq. Mayalılar 21 dekabr 2012-ci ildə bu ruhanilərin təsirinin artacağını da düşünürdülər.

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo