Müsəlmanların xəbərdaredici xüsusiyyətləri ilə yanaşı, müjdəverici xüsusiyyətləri də vardır. Çünki Quran insanlara həm xəbərdarlıq, həm də müjdə kimi nazil edilmişdir.
Quranda müsbət xarakterli insanlar üçün bir çox müjdələr var. Şübhəsiz ki, bunların ən əhəmiyyətlilərindən biri gözəl əxlaqlı insanlar üçün hazırlanan cənnətdir. Allah insanların səbirli, səmimi, ədalətli, gözəl sözlü, təvazökar, gözəl xarakterli olacaqları təqdirdə axirətdə, bir çox mükafatlarla qarşılıq görəcəklərini bildirmişdir. Cənnət bu dünya ilə müqayisə edilməyəcək qədər böyük gözəlliyə, zənginliyə, əzəmətə və möhtəşəmliyə malikdir. İnsanlar, evlər, məkanlar bu günə qədər bənzərinə rast gəlmədiyimiz şəkildə və ən gözəl halda yaradılacaq. Burada mənəvi cəhətdən insanların həyatda gördüklərindən qat-qat çox xoşbəxtlik, sevinc və fərəh hissi yaşanacaq. Allah cənnət haqqında Quranda bir çox məlumatlar verir. Allahın cənnəti müsəlmanlar üçün bu cür tərif etməsi və incələməsi müsəlmanlar üçün böyük bir şövq və həyəcan mənbəyidir. Müsəlmanlar cənnət barədə düşündükcə, onların axirət üçün çalışmaq və xidmət etmək istəkləri daha da artır. Allahın heç bir əməli mükafatsız və əvəzsiz qoymadığını, hətta ən kiçik yaxşılığın da mükafatını verdiyini bir daha düşünür və Allaha daha böyük qətiyyətlə bağlanırlar.
Allah müsəlmanlara həm də bu dünyada mükafat verir. Bu müjdələrdə Quranda bildirilmişdir. Allahın verdiyi qəlb rahatlığı, iman gətirməyənlər üzərindəki mütləq qalibiyyət, mülkə varis etməsi, gözəl bir həyatla yaşatması kimi bir çox vədlər bu müjdələrə aiddir. Bu müjdələrin müsəlmanlara təşviq və sevinc səbəbi olması üçün Allah onları ayələrdə bildirmişdir.
Buna görə də müsəlmanların Quranda bildirilən bu mövzularda bir-birinə müjdə vermələri mühüm ibadətdir. Müsəlmanlara Allahın necə kömək etdiyi, Allahın onları necə qoruduğu və necə zəfərlər verdiyi ilə bağlı müjdələr inanların güclənməsinə səbəb olduğu halda, münafiqlərin vəkafirlərin isə ruhdan düşməsinə səbəb olacaq. Buna görə də Allah peyğəmbərlərini «xəbərdaredici» olmaqla yanaşı, həm də «müjdəvericilər» kimi təqdim etmişdir.